Icma.az
close
up
RU
8 Noyabr Azərbaycan tarixinin şanlı səhifəsidir

8 Noyabr Azərbaycan tarixinin şanlı səhifəsidir

Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.

David İbramxəlilov,
YAP Qusar rayon təşkilatının sədri

ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin riyakarlığı Azərbaycanın qələbəsi ilə başa çatan 44 günlük növbəti Qarabağ müharibəsini qaçılmaz etdi. Bu tarixi həqiqətdir və biz ədaləti öz gücümüzlə bərpa etdik. Bu da bir həqiqətdir ki, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın beynəlxalq aləmdə mövqeyi daha da güclənib. Ermənilər uzun zaman idi ki, “dənizdən dənizə Ermənistan” adlı sərsəm ideya ilə yaşayırdılar. Azərbaycan 44 günlük Vətən müharibəsində Ermənistanın bütün arzularını darmadağın etdi. Erməni hiyləsi baş tutmadı, bütün planlar alt-üst oldu. Azərbaycan bu müharibədə ermənilərə öz gücünü göstərdi. Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədi ilə 2020-ci ilin 27 sentyabrında bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan Ordusu 1990-cı illərin əvvəlində baş verən Birinci Qarabağ Müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilmiş əraziləri işğaldan azad etməyə başladı. Ermənistan ordusu bu müharibədə iflic vəziyyətinə düşdü. Dünya Ermənistan ordusunun nə qədər zəif olduğunu, erməni xalqının isə döyüşkən olmadığını gördü. Çünki bu müharibədə erməni xalqı döyüşmədi. Ermənistan xüsusi pullı döyüşçüləri müharibəyə cəlb etmişdir. Amma onlar da Azərbaycan Ordusu qarşısında tab gətirə bilmədilər. Bununla Ermənistanın həm də regionda imici daha da düşdü. Yəni, bir daha göründük ki, Ermənistanın nə özünün güclü ordusu var, nə özünün bir vətənpərvər xalqı var. Bu gün biz bir daha müşahidə etdik ki, Ermənistanda heç bir milli ideoloji xətti yoxdur: xalqla dövlət arasında çox böyük siyasi uçurum var.

Erməni ideoloqlarının belə, apardığı təbliğatın da sıfır nəticə olduğunu gördük. Çünki erməni ideoloqları yalnız saxtakarlığı, şovnimzi təbliğ edir. Yalan, böhtan üzərindən apardıqları siyasətləri onlara hər hansı fayda vermədi. Rəsmi İrəvanın işğalçı siyasəti və saxtakarlığı müharibəni qaçılmaz etd. Artıq Azərbaycan həm ərazi bütövlüyünü, həm də suverenliyini təmin edib. Biz 4 ildir 44 Gündə Qazanılan Zəfərin Qürurunu yaşayırıq. Azərbaycan dövləti torpaqlarımızın azadlığı uğrunda, haqq savaşında geri çəkilmədi. Baş Komandanın rəhbərliyi, vətənpərvər xalqın birliyi və qüdrətli ordumuzun qəhrəmanlığı sayəsində düşmən tapdağında olan torpaqlarımızın azad olunmasından artıq dörd il ötür. Bütün bunlar ordumuzun vətənpərvərliyini, mübarizliyini və qəhrəmanlığını göstərdi və ən fərəh doğuran anlardır. Azərbaycan Ordusu 30 ilə yaxın bir müddətdə davam edən erməni işğalına cəmi 44 gün ərzində son qoyaraq xalqımızın möhtəşəm qəhrəmanlıq salnaməsini yazdı. Bu gün əminliklə demək olar ki, Ümummilli Liderin qurub-yaratdığı müstəqil Azərbaycan dövləti Prezident İlham Əliyevin liderliyi ilə bundan sonra da inkişaf edərək müstəqil dövlət kimi yaşayacaq və torpaqlarımızın azad olunmasında əldə etdiyimiz şanlı qələbə, Zəfər Günü tariximizdə əbədi qalacaqdır. Zəfər Günü milli qürur və şərəf tariximizdir, gələcək nəsillər bu qürurverici tariximizi heç zaman unutmayacaq.

Qeyd etmək lazımdır ki, 8 Noyabr Azərbaycan tarixinin şanlı səhifəsinə Qələbə Günü kimi qızıl hərflərlə yazıldı. 2020-ci il tariximizin ən şərəfli dövrlərindən biri kimi daim xatırlanacaq. Ermənistan bütün dünya ictimaiyyəti qarşısında məğlubiyyətini etiraf etdi. 44 gün davam edən  hərbi əməliyyatlar zamanı müasir və güclü Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarını, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini azad etdi. Həmçinin Ağdam, Kəlbəcər və Laçın rayonları hərbi əməliyyatlar aparılmadan və qan tökülmədən Azərbaycana qaytarıldı. Məhz, yaşanan misilsiz qələbənin əbədiləşdirilməsi məqsədi ilə  artıq dördüncü ildir ki dövlət başçısı cənab İlham Əliyevin qərarına əsasən hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü təntənəli şəkildə qeyd edilir. 2020-ci ilin 8 noyabr tarixi Şuşanın azad edildiyi gün bütün Azərbaycan xalqı üçün Zəfər Günü kimi yadda qaldı. 44 günlük haqq savaşımız, Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazıldı. Bu qələbəni, müzəffər ordumuzun şücaəti, qəhrəmanlığı, qorxmaz, cəsur əsgərlərimizin canı, müqəddəs, ölməz şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazandıq. Dünyanın hər yerində yaşayan Azərbaycanlılar, bu qələbəni, Zəfər Gününü xüsusi qeyd edirlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:229
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 04 Noyabr 2024 19:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see315

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see279

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see270

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see269

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see261

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see255

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see250

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see237

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see225

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see224

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see219

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see217

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see206

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see194

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see191

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see190

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see180

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see179

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see178

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri