Icma.az
close
up
RU
8 Noyabr Şanlı Zəfər Günü

8 Noyabr Şanlı Zəfər Günü

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanın müasir tarixində 8 Noyabr – Zəfər Günü milli qürurun, xalq birliyinin, ədalətin və dövlətin gücünün təntənəsidir. Bu gün xalqımızın 30 illik həsrətinə son qoyan, əzəli torpaqlarımızın azadlığı uğrunda aparılan Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbəni simvolizə edir. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin dediyi kimi: “Mən işğal dövründə deyirdim, hər birimiz azadlıq gününü, bu müqəddəs günü öz işimizlə yaxınlaşdırmalıyıq, yaxınlaşdırırdıq və yaxınlaşdırdıq.”

1988-ci ildə başlayan erməni təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal edilmiş, bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün həyatı yaşamış, yüzlərlə şəhər və kənd yerlə-yeksan edilmişdir. İşğal təkcə ərazilərimizin deyil, həm də mədəni irsimizin, iqtisadi potensialımızın məhv edilməsi ilə nəticələnmişdir. Lakin Azərbaycan xalqı bu illər ərzində azadlıq idealına sadiq qaldı, Vətənə bağlılığını və müstəqillik iradəsini qorudu.

Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan müstəqil dövlətçilik xətti, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə məqsədyönlü, sistemli və prinsipial siyasət kimi davam etdirildi. Dövlətin bütün strateji resursları – diplomatik, iqtisadi, hərbi və ideoloji istiqamətlər – Vətən torpaqlarının azadlığı məqsədinə yönəldildi. Güclü ordu quruculuğu, müasir hərbi sənaye kompleksinin yaradılması, beynəlxalq arenada balanslı və fəal siyasət aparılması, eləcə də xalq-ordu birliyinin möhkəmlənməsi bu zəfərin təməlini qoydu.

Azərbaycan Ordusu Prezident cənab İlham Əliyevin rəhbərliyi altında dünyanın ən güclü ordularından birinə çevrildi. Ölkəmiz öz hərbi texnologiyasını istehsal etməyə, ordusunu müasir texnika və silahlarla təchiz etməyə başladı. Azərbaycanın iqtisadi gücü, enerji layihələri, nəqliyyat və logistika infrastrukturu onu regionun lider dövlətinə çevirdi.

2020-ci il 27 sentyabr tarixində Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin “İrəli!” əmri ilə əks-hücum əməliyyatlarına başladı. 44 gün ərzində Ordumuz hər gün irəliləyərək tarixi ədaləti bərpa etdi. “Dəmir yumruq” əməliyyatı nəticəsində 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad olundu. Şuşa şəhərinin azad edilməsi isə müharibənin taleyini həll edən əsas mərhələ oldu.

Prezident cənab İlham Əliyev Şuşanın azad edilməsi barədə xalqa müraciətində dedi: “Şuşasız bizim işimiz yarımçıq qalardı. Şuşa azaddır! Qarabağ Azərbaycandır!” Bu tarixi sözlər azərbaycanlıların yaddaşında əbədi həkk olundu.

Vətən müharibəsi təkcə döyüş meydanında deyil, diplomatik və informasiya müstəvisində də qazanılmış Zəfər idi. Prezident İlham Əliyev 44 gün ərzində dünya ictimaiyyətinə 30-dan çox beynəlxalq müsahibə verərək Azərbaycanın haqq səsini, müharibənin ədalətli səbəblərini və beynəlxalq hüququn prinsipial mövqeyini dünyaya çatdırdı. Bu dövrdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan tək deyil” bəyanatı və iki qardaş dövlət arasında imzalanmış Şuşa Bəyannaməsi müttəfiqlik münasibətlərini ən yüksək zirvəyə qaldırdı.

Azərbaycan xalqı “Dəmir yumruq” altında birləşərək, etnik və dini fərqlərdən asılı olmayaraq sarsılmaz həmrəylik nümayiş etdirdi. Bu birlik Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin əsasını qoydu.

Vətən müharibəsində Qələbə xalqımızın minlərlə şəhidinin qanı, qazilərimizin fədakarlığı hesabına əldə edildi. Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə “Vətən Müharibəsi Qəhrəmanı” adı, “Zəfər” və “Qarabağ” ordenləri, onlarla medallar təsis olundu. 2020-ci il 3 dekabr tarixli Sərəncamla hər il 8 Noyabrın “Zəfər Günü” kimi qeyd edilməsi qərara alındı.

Bakıda inşa edilən Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyi, eləcə də Zəfər Parkı bu qəhrəmanlıq tarixinin əbədiləşdirilməsi məqsədi daşıyır. Zəfər Parkında ucaldılan 44 metrlik “Zəfər Tağı” 44 günün simvoluna çevrilib. Hərbi Qənimətlər Parkı isə işğalın acı gerçəkliklərini və Qələbənin dəyərini gələcək nəsillərə çatdıran canlı muzeydir. Vətən müharibəsindən sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş torpaqlarda genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. 2022-ci ildə təsdiqlənmiş “Böyük Qayıdışa dair Dövlət Proqramı” çərçivəsində artıq minlərlə ailə öz doğma yurdlarına qayıdıb. Azad edilmiş ərazilərdə müasir infrastruktur, yollar, məktəblər, xəstəxanalar, hava limanları və sənaye parkları inşa edilir.

Qarabağ və Şərqi Zəngəzurda sosial layihələrin icrası, “DOST” mərkəzlərinin fəaliyyətə başlaması, şəhid ailələri və qazilərin sosial müdafiəsi istiqamətində həyata keçirilən tədbirlər dövlətin öz vətəndaşına olan qayğısını göstərir. Prezident İlham Əliyevin dediyi kimi: “Vətən uğrunda canlarını fəda etmiş qəhrəmanlarımızın ailələri dövlət tərəfindən daim qayğı ilə əhatə olunmalıdır və biz bunu təmin edirik.” Azərbaycan 2023-cü ilin sentyabrında həyata keçirdiyi lokal antiterror əməliyyatı ilə Qarabağda dövlət suverenliyini tam bərpa etdi. 15 oktyabr 2023-cü ildə Prezident cənab İlham Əliyevin Xankəndidə Azərbaycan Bayrağını ucaldaraq dediyi sözlər bu tarixi mərhələnin yekunu idi: “Bu şanlı tarix bizimlə əbədi olacaq.”

Prezident İlham Əliyevin 2024-cü il Sərəncamı ilə Dövlət Suverenliyi Günü təsis edilmiş, 2025-ci il isə “Konstitusiya və Suverenlik İli” elan olunmuşdur. Bu qərarlar Azərbaycanın ərazi bütövlüyünün və dövlət müstəqilliyinin dönməzliyinin simvoludur. Zəfər Günü təkcə hərbi Qələbə deyil, həm də milli ruhun, dövlətin gücünün, xalqın birliyinin və ədalətin təntənəsidir. Bu gün bizi sabaha inamla aparan milli həmrəyliyin, lider-xalq birliyinin rəmzidir.

Azərbaycan xalqı bu Zəfəri yaradan qəhrəman oğul və qızları ilə, Müzəffər Ali Baş Komandanı ilə, azad Qarabağ və Zəngəzurla qürur duyur. Tarixi Qələbəmizlə bərpa olunmuş ədalət gələcək nəsillərə azadlıq, müstəqillik və vətən sevgisi dərsi kimi əbədi qalacaq.

Həsən Bayramov

Pedaqogika üzrə elmlər doktoru, professor

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://525.az
archiveBu xəbər 12 Noyabr 2025 14:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see380

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see323

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see304

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see279

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see273

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see264

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see251

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see245

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see239

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see228

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see215

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see202

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see201

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see197

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see196

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see194

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see190

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see182

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see180

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri