Icma.az
close
up
RU
8 noyabr bizim yenidən dirilişimiz, müzəffər xalq kimi bütün sədləri aşaraq yenidən başlama tariximizdir ŞƏRH

8 noyabr bizim yenidən dirilişimiz, müzəffər xalq kimi bütün sədləri aşaraq yenidən başlama tariximizdir ŞƏRH

Icma.az, Operativmedia saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"8 noyabr Zəfəri Azərbaycan tarixinin müstəsna mühüm hadisələrindən biri, son 200 illik tariximizdə isə, heç şübhəsiz ki, xalqımızın əzmi, dövlətimizin qüdrətinin inikasını dolğun əks etdirən ən şanlı səhifəmizdir. Üzərindən ötən 4 illik period və yaşanan proseslər bu gün Zəfər yolumuza daha praqmatik rakursdan baxmağa və tarixin bu şərəfli dövrünün siyasi-hüquqi və hətta sosial-iqtisadi nəticələrini daha sağlam formada təhlil etməyə imkan verir. Bu gün əminliklə deyə bilirik ki, 8 noyabr Zəfəri Azərbaycan tarixinin müstəsna mühüm hadisələrindən biri, son 200 illik tariximizdə isə heç şübhəsiz ki, xalqımızın əzmi, dövlətimizin qüdrətinin inikasını dolğun əks etdirən ən şanlı səhifəmiz olmaqla yanaşı, həm də bölgəmiz üçün yeni geosiyasi dönəmin başlanğıcıdır".

"Operativ Media" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib:

"Əlbəttə, qələbəmizin hərbi-siyasi nəticələri aydındır, biz işğala son qoyduq, bölgənin güc mərkəzinə, əsas nüfuz sahibinə çevrildik. Amma daha önəmlisi, Azərbaycan cənab İlham Əliyevin liderliyində öncə ermənilərə, son yüz ildə isə Ermənistana havadarlıq edən iri güclərə qalib gəlməklə regionun tarixi inkişaf konsepsiyasını dəyişdi. İlk növbədə, erməni mənafelərini ehtiva edən iki əsrlik gedişata dur deməklə Prezident İlham Əliyev Cənubi Qafqazın tarixində ilk dəfə uzunmüddətli sülh və əməkdaşlıq mühiti üçün perspektiv açdı. Eyni zamanda bölgəyə köçdükləri dövrdən etibarən ermənilər tərəfindən bu torpaqların əsl sahibləri - azərbaycanlılara qarşı etnik təmizləmə məqsədilə törədilən insanlıq əleyhinə cinayətlərə görə tarixi qisasımız alındı. Habelə müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Silahlı Qüvvələrimizin 44 günlük haqq savaşında dünya hərb tarixinə düşəcək uğurlu və unikal hərbi əməliyyatları ən qabaqcıl əsgəri məktəblərdə öyrənilməyə başlandı, bir zamanlar bizi görməzdən gələnlər Azərbaycana real güc kimi baxmağa başladılar. Bu qələbəmizin müstəsna komponentlərindən biri də, heç şübhəsiz ki, cənab İlham Əliyevin informasiya savaşında misilsiz liderliyi oldu. Cənab Prezident informasiya müharibəsinin də yükünü, demək olar ki, təkbaşına çiyinlərinə aldı və əcnəbi jurnalist ordusunun təxribatlarını səbr və təmkinlə, dünyagörüşü, geniş vizyon və böyük ustalıqla Azərbaycanın lehinə çevirdi, bununla cəbhədəki qələbələr informasiya məkanında da təkrarlandı. 
44 günlük savaşın nəticəsi həm də həmrəyliyimizin, xalq-ordu-hakimiyyət birliyinin təntənəsi oldu. Biz dünyaya necə böyük milli-mənəvi dəyərlərə sahib, vətənə, millətə, dövlətə nə qədər bağlı xalq olduğumuzu göstərdik. Göz qırpmadan canını Vətənə qurban verən oğullarla sübut etdik ki, biz, həqiqətən də, Zəfərə layiq xalqıq. 
Bəli, bizim bu qələbəyə çox ehtiyacımız var idi, amma postmüharibə dövründə gördük ki, Zəfər qədər onun davamlılığını təmin etmək, nəticələrini qorumaq da önəmlidir. Ardıcıl diplomatik, hərbi-siyasi gedişlər, iqtisadi həmlələrlə, ciddi ordu quruculuğu və hərbi islahatlarla cənab İlham Əliyev nümayiş etdirdi ki, Azərbaycan xalqı canı, qanı hesabına qələbə qazandığı kimi, Zəfərin nəticələrini də qorumağa qadirdir. 
8 noyabr həm də ona görə önəmlidir ki, bu bizim yenidən dirilişimiz, müzəffər xalq kimi bütün sədləri aşaraq yenidən başlama tariximizdir. Qələbədən keçən dörd il isə dəfələrlə bizə sübut etdi ki, bu yolda uğurumuzun yeganə təminatı Heydər Əliyev yolu, İlham Əliyev şəxsiyyəti və onun ətrafında möhkəm milli həmrəyliyimizdir. 
Bu gün onillərlə işğal və separarizmin əsarətində qalan torpaqlar cənnətə çevrilməkdə, həmin ərazilərimizin potensialı ölkə iqtisadiyyatına uzun fasilədən sonra reinteqrasiya olunmaqda, ləyaqətli və təhlükəsiz formada Böyük Qayıdış baş tutmaqdadır. Beləliklə, Zəfərimizdən doğan gücümüz, mökəmlənən həmrəyliyimiz qələbələrin davamlılığını həm təmin edir, həm zərurətə çevirir. Lakin unutmamalıyıq ki, qalibiyyət tarixin təbii axarında qorunmur, xüsusən cari region reallığında qələbənin nəticələrinin qorunması yalnız Heydər Əliyev siyasi kursunun davamlılığından birbaşa asılıdır".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://operativmedia.az
archiveBu xəbər 08 Noyabr 2024 13:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see215

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see214

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see193

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see176

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see174

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see169

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see168

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see168

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see165

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see162

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see158

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see150

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see146

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see146

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see142

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see140

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see140

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see140

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see138

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri