8 Noyabr prospektində yeni işıqforlar quraşdırılıb
Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi, yol-nəqliyyat hadisələrinin tez-tez baş verdiyi 8 Noyabr prospektində piyada və sürücülərin təhlükəsizliyi məqsədilə yeni işıqforlar quraşdırılıb.
Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) layihəsi əsasında Nəqliyyatı NİİM tərəfindən 8 Noyabr prospektinin müxtəlif hissələrində ümumilikdə 70 avtomobil, 48 piyada işıqforları quraşdırılaraq yol hərəkəti iştirakçılarının istifadəsinə verilib. Layihə çərçivəsində mərkəzin əməkdaşları tərəfindən prospektdə kabel-kommunikasiya xətlərinin yenilənməsi işləri də aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 29 Noyabr 2024 10:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















