Icma.az
close
up
RU
“Şanlı Zəfər Günü”

“Şanlı Zəfər Günü”

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının Tədbirlər Planına uyğun olaraq 04 noyabr 2025-ci il tarixdə 8 Noyabr Zəfər günü ilə əlaqədar YAP Masallı rayon təşkilatı aparatında Şəhid ailələri, Vətən müharibəsi iştirakçıları və veteranların iştirakı ilə “Şanlı Zəfər günü” mövzusunda tədbir keçirilmişdir.

Tədbirdə Ulu öndər Heydər Əliyevin eləcədə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev qarşıdan gələn 8 Noyabr Zəfər günü, 9 noyabr Bayraq günü və 21 noyabr Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 33 illiyi münasibətilə tədbir iştirakçılarını təbrik etmişdir. Natiq çıxış edərək qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə hər il noyabr ayının 8-nin Azərbaycanda Zəfər Günü kimi qeyd edilməsi qərara alınıb. Bu şanlı Zəfəri bizlərə bəxş edən Ali Baş Komandan cənab İlham Əliyev, Müzəffər Ordumuzun əsgər və zabitləri, hərbçiləri, torpaqlarımızı canları bahasına azad edən şəhidlərimiz, sağlamlığını itirən qazilərimiz oldu. Azərbaycan Respublikakısının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində rəşadətli ordumuz 30 ilə yaxın erməni əsarətində olan torpaqlarımızı azadlığına qovuşdurdu. Noyabrın 8-də uzun sürən həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə unikal hərbi əməliyyat kimi daxil oldu. Bu gün də xalqımız qüdrətimizin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbəni yüksək səviyyədə qeyd edir.

Bu möhtəşəm bayramlar münasibətilə tədbir iştirakçılarını bir daha təbrik edən Seyfəddin Əliyev sonda qeyd etdi ki; “Bu gün Azərbaycan Qarabağına, Qarabağ Azərbaycanına qovuşdu, millətimizin, xalqımızın uzaqgörənliyi və müdrikliyi sayəsində tarixi Zəfərə imza atıldı, milli Ordumuz şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə digər şəhər və rayonlarımızda törədilmiş soyqırım aktları zamanı həlak olan günahsız insanların qisasını döyüş meydanında aldı, işğalçı Ermənistana layiq olduğu yerini göstərdi. Bu qələbəni, zəfəri bizlərə yaşadan ulu öndər Heydər Əliyev siyasi kursu, o kursun layiqli davamçısı Prezident cənab İlham Əliyev qətiyyəti, siyasi iradəsi və güclü milli Ordumuz, onun əsgər və zabitləridir. Sevinirik ki, qalib olduğumuz Vətən müharibəsində azərbaycanlı kimliyi milli mənsubiyyəti, etnik çərçivələri aşaraq, Prezident cənab İlham Əliyevin ifadə etdiyi kimi bütün Azərbaycan xalqını bir dəmir yumruq kimi birləşdirdi. 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində qazanılmış tarixi Zəfər Möhtərəm Prezidentimizin Dəmir Yumruğunu böyük xalqımız, ulu millətimiz və bütöv, müstəqil Azərbaycanımız üçün daha güclü, daha yenilməz birlik, bütövlük, əzəmət və qələbə rəmzinə çevirdi!

Tədbirdə Qarabağ Müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin Masallı şöbəsinin sədri Nahid Rəhimov çıxış edərək bildirib ki, bu gün biz qalib ölkənin vətəndaşlarıyıq. Hər bir Azərbaycan vətəndaşı xoşbəxtdir ki, bu tarixi qələbənin şahidi oldu. Buna görə xalqımıza bu xoşbəxtliyi və tarixi qələbə sevincini yaşadan müzəffər ordumuza borcluyuq. Bu gün işğaldan azad edilən torpaqlarımızda xidməti borcunu yerinə yetirən əsgər və zabitlərimiz sülhü və sabitliyi təmin edirlər. Onlara bu şərəfli missiyanı yerinə yetirməkdə uğurlar arzulayır, Vətən üçün canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik!

Sonra Vətən müharibəsi iştirakçılarından Talıb Qəzənfərli, Cəmaləddin Məmmədov və başqaları çıxış edərək bu Zəfəri bizə yaşadan, öz canından, qanından keçən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyiblər. Ölkə başçısının və Birinci vitse-prezidentin şəhid ailələrinə və qazilərə olan qayğılarını hər zaman hiss etdiklərini bildiriblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 04 Noyabr 2025 15:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see392

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see266

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see263

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see259

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see259

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see255

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see254

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see252

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see250

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see249

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see238

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see230

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see230

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see228

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see228

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see228

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see227

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see226

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see224

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see224
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri