Icma.az
close
up
RU
8 Noyabr Zəfər Günü Koreyada təntənəli şəkildə qeyd olunub FOTO

8 Noyabr Zəfər Günü Koreyada təntənəli şəkildə qeyd olunub FOTO

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Respublikasının Koreya Respublikasındakı Səfirliyinin təşkilatçılığı ilə Seul şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş təntənəli tədbir keçirilib.

Səfirlikdən Moderator.az-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Koreya Respublikasında fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov 8 Noyabr - Zəfər Gününün Azərbaycanın müasir tarixindəki yerindən bəhs edib. Bildirib ki, Azərbaycan xalqına qarşı 30 il davam edən, dünya birliyinin də göz yumduğu tarixi ədalətsizliyə məhz Azərbaycan ordusunun 44 günlük Vətən Müharibəsində qazandığı şanlı qələbə ilə son qoyulub. Qazanılan zəfərin Ermənistanın işğal etdiyi və viran qoyduğu Azərbaycan torpaqlarının azad edilməsi ilə yanaşı, azərbaycanlı məcburi köçkünlərin hüquqlarının bərpası baxımından da böyük əhəmiyyət daşıdığını vurğulayıb.

Ramin Həsənov bildirib ki, bu qələbəni Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörənliyi və qətiyyəti, torpaqlarının işğalı ilə heç vaxt barışmayan Azərbaycan xalqının mübarizə ruhu və milli birliyi təmin edib. O, torpaqlarımız uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib və qazilərimizə şəfa diləyib.

Başa çatmış münaqişənin xalqımıza vurduğu dərin yaralar hələ sağalmasa da, ölkəmizin Ermənistanla sülh şəraitində yaşamağa hazır olduğunu diqqətə çatdıran səfir məhz Azərbaycanın Ermənistanla sülh sazişi imzalamaq təşəbbüsü ilə çıxış etdiyini bildirib. Həmçinin, sülh danışıqlarının gedişatı, sərhədlərin delimitasiyası və demarkasiyası üzrə əldə olunan praktik nəticələr və sülh gündəliyimizin digər məsələləri barədə məlumat verib. Vurğulayıb ki, Ermənistan Azərbaycanla sülh üçün səmimi addımlar atarsa, regionda davamlı sülhə nail olmaq mümkündür.

Ramin Həsənov, eləcə də, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələrində aparılan bərpa işləri, humanitar mina problemi, eləcə də digər çağırış və çətinliklərdən bəhs edib. Bundan əlavə, ölkəmizin regional əməkdaşlığın gücləndirilməsi istiqamətində göstərdiyi fəaliyyət, qlobal aləmdə yürütdüyü fəal diplomatiya, o cümlədən yaxınlarda COP29 tədbirinə evsahibliyi edəcəyini qeyd edib.

Daha sonra qonaqlara ziyafət verilib. Koreyalı caz ustalarının ifasında dünya və Azərbaycan musiqisindən nümunələr səsləndirilib.Tədbir çərçivəsində Zəfər Gününü əks etdirən foto-şəkillər nümayiş etdirilib və Azərbaycana dair müxtəlif çap materialları tədbir iştirakçılarının ixtiyarına verilib.

Tədbirdə Koreyada akkreditə olunmuş səfirlər, bu ölkənin siyasi, iqtisadi, elmi, mədəni dairələrinin və kütləvi informasiya vasitələrinin təmsilçiləri, eləcə də Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:209
embedMənbə:https://moderator.az
archiveBu xəbər 08 Noyabr 2024 18:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri