Icma.az
close
up
RU
8 Noyabr Zəfər Günü Koreyada təntənəli şəkildə qeyd olundu FOTO

8 Noyabr Zəfər Günü Koreyada təntənəli şəkildə qeyd olundu FOTO

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Respublikasının Koreya Respublikasındakı Səfirliyinin təşkilatçılığı ilə Seul şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş təntənəli tədbir keçirilib.

Səfirlikdən redaktor.az-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Koreya Respublikasında fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov 8 Noyabr - Zəfər Gününün Azərbaycanın müasir tarixindəki yerindən bəhs edib. Bildirib ki, Azərbaycan xalqına qarşı 30 il davam edən, dünya birliyinin də göz yumduğu tarixi ədalətsizliyə məhz Azərbaycan ordusunun 44 günlük Vətən Müharibəsində qazandığı şanlı qələbə ilə son qoyulub. Qazanılan zəfərin Ermənistanın işğal etdiyi və viran qoyduğu Azərbaycan torpaqlarının azad edilməsi ilə yanaşı, azərbaycanlı məcburi köçkünlərin hüquqlarının bərpası baxımından da böyük əhəmiyyət daşıdığını vurğulayıb.

Ramin Həsənov bildirib ki, bu qələbəni Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörənliyi və qətiyyəti, torpaqlarının işğalı ilə heç vaxt barışmayan Azərbaycan xalqının mübarizə ruhu və milli birliyi təmin edib. O, torpaqlarımız uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib və qazilərimizə şəfa diləyib.

Başa çatmış münaqişənin xalqımıza vurduğu dərin yaralar hələ sağalmasa da, ölkəmizin Ermənistanla sülh şəraitində yaşamağa hazır olduğunu diqqətə çatdıran səfir məhz Azərbaycanın Ermənistanla sülh sazişi imzalamaq təşəbbüsü ilə çıxış etdiyini bildirib. Həmçinin, sülh danışıqlarının gedişatı, sərhədlərin delimitasiyası və demarkasiyası üzrə əldə olunan praktik nəticələr və sülh gündəliyimizin digər məsələləri barədə məlumat verib. Vurğulayıb ki, Ermənistan Azərbaycanla sülh üçün səmimi addımlar atarsa, regionda davamlı sülhə nail olmaq mümkündür.

Ramin Həsənov, eləcə də, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələrində aparılan bərpa işləri, humanitar mina problemi, eləcə də digər çağırış və çətinliklərdən bəhs edib. Bundan əlavə, ölkəmizin regional əməkdaşlığın gücləndirilməsi istiqamətində göstərdiyi fəaliyyət, qlobal aləmdə yürütdüyü fəal diplomatiya, o cümlədən yaxınlarda COP29 tədbirinə evsahibliyi edəcəyini qeyd edib.

Daha sonra qonaqlara ziyafət verilib. Koreyalı caz ustalarının ifasında dünya və Azərbaycan musiqisindən nümunələr səsləndirilib.Tədbir çərçivəsində Zəfər Gününü əks etdirən foto-şəkillər nümayiş etdirilib və Azərbaycana dair müxtəlif çap materialları tədbir iştirakçılarının ixtiyarına verilib.

Tədbirdə Koreyada akkreditə olunmuş səfirlər, bu ölkənin siyasi, iqtisadi, elmi, mədəni dairələrinin və kütləvi informasiya vasitələrinin təmsilçiləri, eləcə də Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 08 Noyabr 2024 18:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see238

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see194

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see179

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see165

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see164

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see156

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see155

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see144

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri