Icma.az
close
up
RU
“8 yaşlı uşaq bizə həm təsəlli, həm də həyat dərsi verdi!” Arda Turan Ukraynada başına gələnlərdən danışdı

“8 yaşlı uşaq bizə həm təsəlli, həm də həyat dərsi verdi!” Arda Turan Ukraynada başına gələnlərdən danışdı

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

Bu yay məşqçi karyerasında irəliyə doğru mühüm addım atan və “Şaxtyor”un “sükanı arxasına” keçən Arda Turanın Ukraynada işləri heç də pis getmir.
"Football-plus.az" xəbər verir ki, məlum səbəblər üzündən evsiz-eşiksiz qalan Donetsk nəhəngi 12 turdan sonra inamla Ukrayna çempionatında liderlik edir. Konfrans Liqasında isə komanda 3 oyuna 6 xal toplayıb.
İngiltərənin “Skay Sports” kanalı 38 yaşlı türkiyəli mütəxəssislə söhbətləşmək qərarına gəlib. “Şaxtyor” oktyabrın əvvəllərində KL-in liqa mərhələsinin 1-ci turunda səfərdə “Aberdin”i məğlub edərək vətəninə qayıtdıqdan sonra faktiki bombardmana məruz qaldı. Həmin həftəsonu LNZ ilə görüşdə 1:4 hesablı məğlubiyyət qeydə alındı. Bu, komandanın çempionatdakı yeganə məğlubiyyətidi. Arda Turan həmin günlər yaşadıqlarından, eləcə də Rusiyanın bombalarından sonra bir neçə dəfə əməliyyat olunan Roman adlı “Şaxtyor” fanatı ilə keçirdiyi görüşdən danışıb:

“Aberdin”lə oynadığımız həftənin sonunda başımıza bombalar yağdı. LNZ ilə matçdan bir gün öncə bombalardan qorunmaq üçün sığınacağa endik. Qəribə səslənə bilər, amma biz qorxmurduq. Sadəcə, yaxınlarımıza və evimizdəkilərə görə narahat idik. Həmin gecə, ümumiyyətlə, gözümüzü yummadıq. Biz heç vaxt növbəti oyunu hansı şərtlər altında keçirəcəyimizi bilmirik. Heç vaxt bəhanələrin arxasına sığınan adam olmamışam. Ancaq bəzən gözləmədiyin durumlarla qarşılaşırsan. Lvovda LNZ-yə məğlub olduq. Halbuki bizim üçün vacib oyun idi. Bizə əsas ilham qaynağı, bilirsiz, kim oldu? Roman adlı bir uşaq. Evi bombalanan, valideynlərini itirən, 35 dəfə əməliyyat olunan bu uşaq paltardəyişmə otağımıza gələrək “Cənab, üzülməyin. Həyatda həm yaxşı, həm də pis günlər olur. Sadəcə, irəliləmək lazımdı” dedi. Bu qədər çətinliklərdən keçən 8 yaşlı uşaq bizə həm təsəlli, həm də həyat dərsi verdi! Bəzən uğur qazanmaq üçün öyrəşdiyin rahatlıqdan, rahatlıq zonasından çıxmalısan. Düzdü, belə şeylər xüsusilə gənc oyunçular üçün çətinlik yaradır. Ancaq eyni zamanda inkişaf etmək, öyrənmək və rəqabət aparmaq üçün gözəl fürsətdi. Burda bir çox yeni şeylər öyrənəcəyimə inanıram. İşimizə hörmətlə yanaşmalı və ən azı bizi təqib edənlərin xətrinə meydanda gücümüzün 100 faizini qoymalıyıq. Digər tərəfdən, futbolun, sadəcə, bir əyləncə olduğunu unutmamalıyıq. Futbol həyat qədər real deyil. Aradakı fərqi anlamalıyıq. Mənə bu həyat dərsini həmin uşaq verdi. Normal bir klubda səhayət bitəndən bir neçə saat sonra evə dönmək mümkün olur. Amma burda belə deyil. Bəzən bir gündən artıq gözləməli olursan və ya 48 saat keçir, yenidən məşqə başlayırsan. “Şaxtyor” Avropada olduğu və demək olar, hər matçı səfərdə keçirdiyi üçün bu, asan deyil. Mövsümün əvvəlində bəzi əsas oyunçularımızı itirdik. Amma əvəzində heyətimizdə gənc və inkişafa meyilli olan bir çox futbolçu var. Klubun strategiyası məhz belədi. Mən də buna qatılıram və hörmətlə yanaşıram. Tanınmış ulduzlar almaq əvəzinə böyük gələcək vəd edən isimlərlə yola davam etmək istəyirik. Yaşları 18-19 civarında olan İsak, Kauan Elias, Lukas Ferreyra, Lukas Meyreleş kimi futbolçularımız var. Gənc və təcrübəsiz olduqları üçün bəzən istənilən oyunu sərgiləmirlər. Onların səhv etmək hüququnu əllərindən almamışıq. Amma digər tərəfdən, bu futbolçularla qalib gələndə çox böyük sevinc yaşayırıq. Çempionluq? Bunu ilk növbədə Roman üçün ürəkdən istəyirəm. Çempionluq mənim üçün arzularımın reallaşması demək olardı”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:48
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 26 Noyabr 2025 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şakanın cənazəsini niyə YANDIRDILAR...

25 Noyabr 2025 13:31see242

Qazaxıstan Azərbaycandan konteyner daşıyan iki dəniz gəmisi alacaq

25 Noyabr 2025 12:58see241

Facebook un zərərli sosial şəbəkə olduğu üzə çıxıb

24 Noyabr 2025 18:03see209

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see191

Sahibkar obyekti qanunsuz şəkildə genişləndirib dövlətdən gizlətməyə çalışdı; vətəndaşlar İFŞA ETDİ FOTO

24 Noyabr 2025 20:56see169

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see162

Dekabrda Prezident Administrasiyasının vətəndaş qəbulu CƏDVƏLİ

24 Noyabr 2025 18:33see156

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see151

Karvan Yevlax ın baş məşqçi postundan istefa verməmişəm Azər Həşimov

25 Noyabr 2025 00:02see145

İki əsrə aid bina hər an çökə bilər Sakinlər TƏHLÜKƏDƏ VİDEO

24 Noyabr 2025 23:22see142

Samir Abasov Neftçi dən qalmaqallı şəkildə ayrıldı o, klubdan tam həcmli kompensasiya tələb edib!

24 Noyabr 2025 22:11see142

“Çelsi”nin keçmiş müdafiəçisi: “Liverpul” dağılıb”

25 Noyabr 2025 01:11see135

Ali Məhkəmə həbs edilmiş xəzinədarla bağlı qərarı ləğv etdi

25 Noyabr 2025 17:01see132

Serbiyadan Azərbaycana birbaşa aviareyslər açılacaq

25 Noyabr 2025 01:22see129

Keçmiş prezidentin 27 illik həbs həyatı başladı

26 Noyabr 2025 01:06see129

Xalq artisti dələduzluqla üzləşdi VİDEO

25 Noyabr 2025 23:28see122

Konte: “Qarabağ”a qarşı oynamaq çətin idi”

26 Noyabr 2025 02:58see121

Bakıda SPE 2025 Xəzər Texniki Konfransı keçiriləcək

24 Noyabr 2025 21:12see119

“Qarabağ” və “Napoli” rəhbərləri arasında görüş keçirildi

25 Noyabr 2025 19:07see119

ABŞ Maduronu terrorçu elan etdi

25 Noyabr 2025 03:32see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri