Icma.az
close
up
RU
Menu

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

Soyuq hava infarkt və insult riskini artıra bilər Günay İsmayılova

Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub (Foto)

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

Azərbaycan futbolunun əfsanəsi

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

Musa Quliyev: “Maaş artımı ciddi islahatlara və yenilənmələrə ehtiyacı olan səhiyyə sahəsinə mühüm təkan olacaq”

Bir dəqiqə ərzində demensiyanı müəyyənləşdirməyə imkan verən sadə test açıqlandı

Endirim, yoxsa qiymət oyunları? Cibinizdən belə pul çıxır

Azərbaycanın Mərkəzi Asiya və ŞƏT müstəvisində geosiyasi imkanları təhlil olunub

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

Əməkdar artist Züleyxa Hacıyeva vəfat etdi

Kartınızdan xəbərsiz pul çıxır? Səbəbini öyrənin

“” portalı “2025 ci ilin ən yaxşı Milli İxracın Təşviqi Platforması” mükafatına layiq görülüb

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

Təzə, yoxsa qurudulmuş? Əncirin sağlamlığa faydaları nələrdir?

“Sabah” BOS da oynaya bilər? klub rəsmisindən açıqlama

Müharibə iştirakçısı veteran statusu ala bilmir FOTO

80 illik qadağa tarixin arxivində

80 illik qadağa tarixin arxivində

Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Yaponiya silah ixracına qoyulan məhdudiyyətləri aradan qaldırır

Dünyanın sürətlə dəyişən reallıqları fonunda ölkələr və regionlar üçün qarşıya çıxan əsas çağırışlardan biri də adekvat təhlükəsizlik sisteminin qurulması ilə bağlıdır. İzlənilən proseslərdən o qənaət hasil olur ki, dünya bundan sonra heç vaxt əvvəlki kimi olmayacaq. Buna görə də geosiyasi münasibətlərin sürətlə transformasiyası fonunda dövlətlərin özlərinin təhlükəsizlik arxitekturalarını yenidən dizayn etmələri, onun forma və məzmununu fərqli şərtlərlə tənzimləmələri bir zərurət qismində çıxış edir.

Gündoğar ölkə siyasətini dəyişir

Özünün təhlükəsizlik arxitekturasında müəyyən korrektələr etməyə qərar verən dövlətlər sırasında gündoğar ölkə - Yaponiya da var.  Tokio 80 illik qadağanı tarixin arxivinə göndərir. Söhbət Yaponiya hökumətinin  ölümcül silahlar da daxil olmaqla, silah ixracına qoyulan məhdudiyyətləri aradan qaldıraraq Müdafiə Avadanlıqlarının Transferi üzrə Üç Prinsip sənədinə dəyişiklikləri təsdiqləməsindən gedir. Verilən məlumatlara görə, silah ixracına qoyulan qadağanın aradan qaldırılması Yaponiyanın hazırkı qlobal transformasiyalara adekvat hazırlanan təhlükəsizlik konsepsiyasının tərkib hissəsidir. “Müdafiə Avadanlıqlarının Transferi üçün Üç Prinsip” adlanan sənədin yenidən nəzərdən keçirilməsinə dair qərarı Nazirlər Kabinetinin katibi Minoru Kihara açıqlayıb.

Öz növbəsində Yaponiyanın Baş naziri Sanae Takaiçi “X” platformasındakı paylaşımında bildirib: “Hazırda heç bir ölkə sülhü və öz təhlükəsizliyini təkbaşına müdafiə edə bilməz və müdafiə avadanlıqlarında bir-birini dəstəkləyən tərəfdaş ölkələrə ehtiyac var”.

Takaiçi hökuməti tərəfindən təsdiqlənən düzəliş hərbi ixracatın əksər hissəsini xilasetmə, nəqliyyat, xəbərdarlıq, müşahidə və minatəmizləmə avadanlıqları ilə məhdudlaşdıran beş ixrac kateqoriyasını aradan qaldırır. Bunun əvəzinə, nazirlər və rəsmilər təklif olunan hər bir razılaşmanın mümkünlüyünü qiymətləndirəcəklər. Yaponiya özünün üç ixrac prinsipini qoruyub saxlayacaq ki, bu da onun ciddi yoxlamalar, malların üçüncü ölkələrə ötürülməsinə nəzarət və münaqişələrdə iştirak edən tərəflərə silah satışına qadağa qoymaq öhdəliklərinə uyğundur.

Bütün izahlar öz yerində. Ancaq rəsmi Tokionun silah ixracına məhdudiyyətləri aradan qaldırmağa qərar verməsinin ölkənin hərbi sənayesini gücləndirmək üçün daha çox həcmdə maliyyə cəlb etmək istəyindən və ehtiyacından qaynaqlandığı da ortadadır. Daha dəqiq ifadə etsək, hazırda bu amil Tokio üçün bir vazkeçilməz şərt qismində çıxış edir. Sirr deyil ki, Yaponiya yüksək texnologiyaları istehsalata, o cümlədən də hərbi sənayeyə uğurla  tətbiq edən ölkələr sırasında yer alır. Ölkənin əqli və mühəndislik potensialı bu sahədə daha yüksək hədəflərə çatmağa imkan verir. Lakin bundan ötrü böyük həcmlərdə maliyyənin təmin edilməsinə ehtiyac var. Daxili ehtiyacın qarşılanmasına yönələn istehsalla bunu təmin etmək mümkünsüzdür. Yaponiyada uzun müddət silah ixracına qoyulan məhdudiyyətlər hərbi istehsalın kiçik həcmdə qalmasına səbəb olub. Bu isə xərclərin artmasına və gəlirliliyin azalmasına gətirib çıxarıb, nəticədə bir sıra şirkətlər müdafiə sənayesindən çəkilib. Dünya bazarında isə müasir, qabaqcıl silahlara tələbat getdikcə artır. Beləliklə, Yaponiya  silah ixracına məhdudiyyətləri aradan qaldırmaqla ölkəyə daha çox maliyyə cəlb etməyi, son nəticədə isə hərbi sənayesinin imkanlarını daha da genişləndirməyi hədəfləyir. Qeyd edək ki, son illərdə Yaponiya müdafiə xərclərini davamlı olaraq artıraraq ÜDM-in 2 faizinə çatdırıb və Takaiçi hökumətinin bu il yeni təhlükəsizlik strategiyasında daha çox artımın olacağı gözlənilir. Artıq  Yaponiya parlamenti 2026-cı maliyyə ili üçün büdcəni təsdiqləyib və müdafiə xərcləri ilk dəfə 9 trilyon yen (təxminən 56,7 milyard dollar) həddini keçib.

Hərbi məhsulların ixrac siyahısında hansı ölkələrin adları yer alır?

Verilən məlumatlara görə, ixrac məhdudiyyətlərinin aradan qaldırılması ilk növbədə indiyədək Tokio ilə razılaşdırılmış şərtlər altında silah alqı-satqısına dair müqavilələr imzalamış tərəfdaş ölkələrə şamil ediləcək. Yaponiyanın hazırda 17 ölkə ilə belə müqavilələri var. ABŞ, Birləşmiş Krallıq, Avstraliya, Hindistan, Filippin, Fransa, Almaniya, Malayziya, İtaliya, İndoneziya, Vyetnam, Tayland, İsveç, Sinqapur, BƏƏ, Monqolustan və Banqladeş bu siyahıda yer alan ölkələrdir.

Yaponiya artıq Avstraliyaya idarə olunan raket freqatları satmaq barədə razılığa gəlib. Yeni Zelandiya da onlara maraq göstərib. İndoneziya və Filippinə istifadə olunmuş hərbi gəmilərin verilməsi də müzakirə olunur. Hava hücumundan müdafiə təchizatı da mümkündür. Tokio, həmçinin Böyük Britaniya və İtaliya ilə birgə 2030-cu illərin ortalarında istifadəyə verilməsi planlaşdırılan yeni nəsil qırıcı təyyarə hazırlayır. Bu, inkişaf xərclərini bölüşmək və yeni texnologiyalara çıxış əldə etmək strategiyasının bir hissəsidir. Əvvəllər silah ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılması qərarının Tokionun Ukraynaya da silah tədarükü üçün qapı açacağını mümkün edir.

Cəmiyyət silah ixracına “yox” deyir

Yaponiya atom bombası dəhşətini yaşayan ölkədir. 6 avqust 1945-ci ildə atom bombası bu ölkənin Xirosima, həmin tarixdən üç gün sonra isə  Naqasaki şəhərlərinə atılıb. Onilliklər boyunca bu faciələrin ağır fəsadlarını yaşayan Yaponiya cəmiyyətində “pasifist kimlik” (sakit, barış kimliyi) formalaşıb.  Bu anlayış özündə müharibələrə nifrət hissini ehtiva edir.

Təbii ki, “pasifist kimlik” əhval-ruhiyyəsi ilə böyüyən nəsil silah ixracına qoyulan qadağaların tarixin arxivinə göndərilməsini qəbul etmir və hökumətin qərarına “yox deyir. Bu günlərdə Yaponiyada minlərlə insan parlament binası ətrafında genişmiqyaslı etiraz aksiyası keçirib. China Media Group tərəfindən yayılan məlumata görə, etirazlar Yaponiya hökumətinin silah ixracına qoyulan məhdudiyyətləri yumşaltmaq, konstitusiyaya dəyişiklik etmək və müdafiə büdcəsini artırmaq planlarına qarşı təşkil olunub.

Xirosima doğumlu 56 yaşlı Cuniçi Kikuta deyib: “Sülhün əhəmiyyətini öyrənərək böyümüşəm. Atom bombasının yaratdığı dağıntı bu gün də hələ aktuallığını qoruyur”.

Kikuta bununla qərara qarşı olduğunu bildirib. O, vurğulayıb ki, Yaponiya nüvə silahına məruz qalan yeganə ölkə kimi silahlardan uzaq durmaq və müharibə əleyhinə çıxmaq mövqeyini qoruyub saxlamalıdır.

Mübariz FEYİZLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 29 Aprel 2026 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see497

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see303

Soyuq hava infarkt və insult riskini artıra bilər Günay İsmayılova

02 Sentyabr 2026 15:27see245

Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub (Foto)

02 Sentyabr 2026 17:03see242

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

03 Sentyabr 2026 10:01see236

Azərbaycan futbolunun əfsanəsi

03 Sentyabr 2026 00:27see235

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

03 Sentyabr 2026 00:30see227

Musa Quliyev: “Maaş artımı ciddi islahatlara və yenilənmələrə ehtiyacı olan səhiyyə sahəsinə mühüm təkan olacaq”

02 Sentyabr 2026 17:43see218

Bir dəqiqə ərzində demensiyanı müəyyənləşdirməyə imkan verən sadə test açıqlandı

02 Sentyabr 2026 05:49see212

Endirim, yoxsa qiymət oyunları? Cibinizdən belə pul çıxır

02 Sentyabr 2026 20:16see199

Azərbaycanın Mərkəzi Asiya və ŞƏT müstəvisində geosiyasi imkanları təhlil olunub

02 Sentyabr 2026 20:20see193

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

03 Sentyabr 2026 02:50see192

Əməkdar artist Züleyxa Hacıyeva vəfat etdi

02 Sentyabr 2026 21:50see188

Kartınızdan xəbərsiz pul çıxır? Səbəbini öyrənin

02 Sentyabr 2026 17:42see185

“” portalı “2025 ci ilin ən yaxşı Milli İxracın Təşviqi Platforması” mükafatına layiq görülüb

02 Sentyabr 2026 18:21see185

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

03 Sentyabr 2026 03:24see176

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

03 Sentyabr 2026 00:41see176

Təzə, yoxsa qurudulmuş? Əncirin sağlamlığa faydaları nələrdir?

02 Sentyabr 2026 21:07see174

“Sabah” BOS da oynaya bilər? klub rəsmisindən açıqlama

03 Sentyabr 2026 02:12see169

Müharibə iştirakçısı veteran statusu ala bilmir FOTO

02 Sentyabr 2026 23:01see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri