Icma.az
close
up
RU
AMEA 80 illik yubileyə hazırlaşır

AMEA 80 illik yubileyə hazırlaşır

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Azərbaycan Milli Elmlər Akademiyanın Rəyasət Heyətində keçirilən müşavirədə Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyinin qeyd edilməsi haqqında sərəncamının icrası ilə bağlı ali elm ocağında görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub.

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli yubiley ilə bağlı görülmüş işlər barədə məlumat verib. Diqqətə çatdırılıb ki, Qarabağ Universitetində, AMEA-nın Naxçıvan Bölməsində, eləcə də Bakı Dövlət Universitetində Akademiyanın yubileyi qeyd olunub. Vəcihə Səmədova adına sərgi salonunda Akademiya əməkdaşlarının rəsm əsərlərindən ibarət sərgi təşkil olunub. Bu günlərdə isə Yeni Azərbaycan Partiyası ilə birgə yubiley mərasimi keçirilib, qurumun bir sıra əməkdaşı partiyaya üzv qəbul edilib.

Bildirilib ki, AMEA-nın tarixində ilk dəfə ölkəmizdən kənarda da – qardaş Türkiyənin Ankara şəhərində, QİƏT-ə üzv ölkələrin Elmlər Akademiyaları prezidentlərinin İstanbul toplantısında yubiley məclisi keçirilib. Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyasının Minskdə keçirilən yığıncağında AMEA-nın yubileyi qeyd edilib.

Yubiley çərçivəsində “Elm” nəşriyyatında “Azərbaycan Milli Elmlər Akademiyası: Heydər Əliyevdən İlham Əliyevə”, “Azərbaycan Milli Elmlər Akademiyası XX əsrdə tarixi zərurətdən yarandı” kitab və monoqrafiyalar hazırlanıb. Milli elmimizin 80 illiyi münasibətilə 4 döş nişanı” təsis olunub.

Müşavirədə AMEA-nın akademik-katibi Arif Həşimov, ETN İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Əli Abbasov, Rəyasət Heyəti aparatının şöbə müdirləri – filologiya elmləri doktoru Sərxan Xavəri, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva, filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov, riyaziyyat üzrə fəlsəfə doktoru Fariz İmranov və Samir Hüseynov yubileyə hazırlıqla bağlı görülən işlər barədə məlumat veriblər.

Sonda akademik İsa Həbibbəyli noyabr ayında Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinə həsr olunmuş yekun yubiley məclisinin yüksək səviyyədə qeyd edilməsi ilə bağlı müvafiq tövsiyə və tapşırıqlarını çatdırıb.

Qabil ƏLIYEV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 Oktyabr 2025 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see433

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see351

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see348

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see319

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see317

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see306

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see305

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see305

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see298

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see287

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see278

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see277

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see266

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see262

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see256

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see256

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see247

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see247

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see244

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see235
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri