Icma.az
close
up
RU
80 qəpiklik tərəvəzin bilinməyən faydaları

80 qəpiklik tərəvəzin bilinməyən faydaları

Icma.az, News24 portalına istinadən məlumatı açıqlayır.

Bakıda hazırda marketlərdə kökün kilosu cəmi 80 qəpikdən 1 manata qədər təklif olunur. Bu qədər ucuz, amma bir o qədər də faydalı tərəvəzin sağlamlıq baxımından dəyəri çoxları tərəfindən yetərincə bilinmir. Əksər hallarda kök bişirilərək və ya şorbaların, yeməklərin tərkibində istifadə olunur. Lakin çiy halda yeyildikdə kök həm daha faydalı, həm də daha təsirli olur.

Yekökünü çiy-çiy yeməyin bədənimizə təsirləri nələrdir? Kimlər rahatlıqla hər gün yeyə bilər, kimlərə ehtiyatlı olmaq lazımdır?

News24.az kökün əsas faydalarını təqdim edir:

A vitamini deposudur:

Kök beta-karotinlə zəngindir. Bu maddə orqanizmdə A vitamininə çevrilir. A vitamini göz sağlamlığı, immunitet və dəri üçün həyati əhəmiyyət daşıyır. Çiy kök bu baxımdan bişmişdən daha zəngindir, çünki bişirmə prosesi zamanı bəzi vitaminlər itə bilər.

Qəbizliyi aradan qaldırır:

Tərkibində yüksək miqdarda həll olunmayan lif olan kök bağırsaq hərəkətlərini tənzimləyir. Həftəlik 3-4 dəfə çiy kök yemək qəbizliyi azalda bilər.

Qanda şəkəri tənzimləyir:

Gİ (qlikemik indeks) aşağı olduğu üçün çiy kök qan şəkərini sürətlə qaldırmır. İnsulin dirəci və şəkərli diabet riski olanlar üçün əla bir qəlyanaltıdır. Amma porsiya miqdarı nəzarətdə saxlanmalıdır.

Dəri və saç üçün təbii dəstəkdir:

Çiy kök kollagen sintezini dəstəkləyən C vitamini və antioksidantlarla zəngindir. Bu isə dərinin parlaq, saçların sağlam görünməsinə səbəb olur.

Antixərçəng təsiri:

Araşdırmalar göstərir ki, çiy kökdəki “falcarinol” adlı təbii maddə bəzi xərçəng növlərinin qarşısını almaqda təsirli ola bilər. Xüsusilə bağırsaq xərçəngi ilə bağlı aparılan tədqiqatlar bu fikri dəstəkləyir.

Kimlər hər gün çiy kök yeyə bilər?

Sağlam şəxslər:

Gündə 1-2 orta boy kök rahatlıqla yeyilə bilər. Çiy halda salatlara, smuzilərə və ya sadəcə qəlyanaltı kimi əlavə etmək mümkündür.

Pəhriz saxlayanlar:

Kök az kalorili və toxluqverici bir tərəvəzdir. Arıqlamaq istəyənlər üçün ideal seçimdir. Aralıqlı oruc (intermittent fasting) edənlər üçün də uyğun qəlyanaltıdır.

Uşaqlar və böyüklər:

Uşaqların göz və diş sağlamlığı üçün, yaşlıların isə bağırsaq hərəkətləri və immun sistemləri üçün faydalıdır.

Kimlərə ehtiyatla yemək tövsiyə olunur?

Hipotiroid xəstələri (zob problemi olanlar):

Çiy kök, digər çiy tərəvəzlər kimi (xüsusilə turp, kələm, brokoli) tiroid funksiyasını bir qədər zəiflədə bilər. Bu səbəbdən zob xəstələri kökü çox miqdarda və daima çiy yeməkdən çəkinməlidirlər.

Həddindən artıq beta-karotin yığılması:

Çox uzun müddət hər gün çox miqdarda çiy kök yemək karotemiya adlı vəziyyətə səbəb ola bilər – bu, dərinin narıncımtıl rəng almasıdır. Zərərli deyil, amma estetik cəhətdən narahatedici ola bilər.

Həzm problemi olanlar:

Çiy tərəvəzlər bəzi insanlarda qaz və köp yarada bilər. Mədə həssaslığı olanlar daha az miqdarda, yaxud rendələyərək yeyə bilərlər.

Çiy kök gündəlik qidalanma proqramımıza asanlıqla daxil edilə bilən, əlçatan və təsirli bir tərəvəzdır. Onun bilinməyən və ya az bilinən faydaları – xüsusilə də antikanser və bağırsaq dostu olması – bu tərəvəzə xüsusi dəyər qazandırır. Əlbəttə, hər şeydə olduğu kimi bunda da miqdar və fərdi yanaşma önəmlidir. Amma ümumi götürdükdə, bu qədər ucuz olan bir məhsulun bu qədər sağlamlıq dostu olması, bir növ “səssiz qəhrəman” təsiri yaradır.

Unutmayın, sağlamlıq yalnız bahalı detokslarla deyil, kök kimi sadə, təbii məhsullarla da qoruna bilər./yenisabah

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:74
embedMənbə:https://news24.az
archiveBu xəbər 29 İyun 2025 22:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see240

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see215

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see210

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see177

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see153

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see150

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see146

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see146

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see137

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see137

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see136

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see135

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see133

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see133

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see128

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri