Icma.az
close
up
RU
80 yaşında Xalq artisti adı kimə lazımdır?! Dərdlərini özü ilə aparan aktrisa

80 yaşında Xalq artisti adı kimə lazımdır?! Dərdlərini özü ilə aparan aktrisa

Icma.az, Kulis.az portalına istinadən məlumat yayır.

Bu gün Əməkdar artist Sevil Xəlilovanın anım günüdür.

Kulis.az onun haqqında materialı təqdim edir.

Sevil Rza qızı Xəlilova 10 yanvar 1953-cü ildə Bakıda anadan olub. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası nəzdindəki "kino aktyoru" kursunun axşam şöbəsində (1969-1970) təhsil alıb, 1970-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun kino aktyorluğu fakültəsinə daxil olub. Hələ tələbə ikən Akademik Milli Dram Teatrında N.Hikmətin "Şöhrət və ya unudulan adam" psixoloji dramını tamaşaya hazırlayan H.Salayevin dəvəti ilə bu əsərdə Professorun qızı rolunu ifa edib.

***

Aktrisa 1974-cü ildən təyinatla Akademik Milli Dram Teatrında işləməyə göndərilib. Ötən illər ərzində milli və dünya klassiklərinin, müasir Azərbaycan və əcnəbi dramaturqların əsərlərinin tamaşalarında oynayıb. "Kölgələr pıçıldaşır"da Çeşmə, "Şəhərin yay günləri"ndə Qumru, "Dəli yığıncağı"nda Zəvvar, "Əliqulu evlənir"də Humay, "Kimdir haqlı?"da Məlahət, "Büllur sarayda"da Səadət, "Təhminə və Zaur"da Mədinə, "Üç quruşluq opera"da Kitti, "Nişanlı qız"da Zərifə, "Vaqif"də Gülnar, "Fedra"da Enona, "Poçt şöbəsində xəyal"da Züleyxa, "Köhnə ev"də Mələk, "Hərənin öz payı"nda Xədicə xala, "Afət"də İlçay, "Dirilən adam"da Telli, "Ölülər"də Məşədi Orucun anası, "Ölüləri qəbristanlıqda basdırın"da Güləndam, "Eloğlu"da Cəvahir xanım və s. rollarını ifa edib. Aktrisa Azərbaycan Dövlət Televiziyasının hazırladığı tamaşalarda da maraqlı obrazlar yaradıb.

***

Sağlığında aktrisanın ən yaxın sirdaşı olan Xalq artisti Nuriyyə Əhmədova Sevil Xəlilovanın dərdlərini özü ilə apardığını deyib

"Bacım içini yeyə-yeyə getdi. Bütün dərdini-sərini öz içində apardı. Heç kim onun nə yaşadığını bilmədi".

Qızının da, yaxın rəfiqəsinin də söylədikləri Sevil Xəlilovanın sağlığında böyük problemlər yaşadığını göstərir. İş yoldaşları onun fiziki cəhətdən zəif olduğunu deyiblər.:

***

Müsahibələrinin birində metrodan istifadə etdiyi haqqında deyib:

"Mənim maşınla gedib-gəlmək imkanım yoxdur. Ömür-gün yoldaşım sağ olanda maşınımız da var idi. Mən indi əməkhaqqı və prezident təqaüdü ilə dolanıram. Əgər o təqaüd olmasa, heç metrodan da istifadə etməyə gücüm olmaz... Bir qızım var. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin həm bakalavr, həm də magistr pilləsini bitirib. Düzdür, ailə şəraiti ilə əlaqədar işləmir. Qızım ailəli olub, indi qızım və 4 yaşlı nəvəmlə bir yerdə qalıram. Mən belə qərar qəbul etdim ki, onlar mənimlə birgə yaşasalar, mənə, özlərinə, cəmiyyətə yaxşı olar. Dünyaya övlad gətirirsənsə, onun ağrısını da, acısını da çəkməlisən. Övladı cəmiyyət yararsız şəkildə böyütməkdənsə, bu şəkildə böyüməsi daha yaxşıdır. Mən heç zaman əqidəmi dəyişməmişəm, hər zaman deyirəm ki, mənəvi təmizlik partiyasının üzvüyəm. İnsan nə qədər sağa-sola ləngər vurursa, bütün bunlar özünü onun simasında göstərir. Bəzən efirdə belə söhbətlərə rast gəlirəm ki, kimsə deyir, “qızımı ərə vermişəm, oğlumu evləndirmişəm, özüm isə sevirəm”. Bu, dəhşətdir..."

***

İllərini teatra həsr eləyən aktrisaya Xalq artisti adı verilməyib:

"Mən böyük səhnəyə hələ tələbə ikən gəlmişəm. Böyük və kiçik rollar üzərində çalışdıqdan və çox əziyyətlər çəkdikdən 13 il sonra Naxçıvan Muxtar Respublikasının əməkdar artisti fəxri adına layiq görülmüşəm. Həmin dövrlərdə elə ay olurdu ki, mən 24, ya 26 tamaşa oynayırdım. Bu adı da mən çox fəxr və şərəflə daşıdım, çünki bu 13 illik zəhmətimin bəhrəsi idi. Bundan sonra düz 16 il sonra, 2002-ci ildə çoxsaylı rollardan, qastrol səfərlərindən sonra Azərbaycanın əməkdar artisti fəxri adına layiq görüldüm. Məhz 29 ildən sonra mən əməkdar artist adını qazandım. Amma iş orasındadır ki, o ad mənim üçün çox qiymətlidir və zəhmətimin bəhrəsidir. Mən bu adı halallıqla daşıyıram. Bu ad məhz mənimdir. Heç kim deyə bilməz ki, bu adı Sevil xanıma verdilər və yaxud adı aldı. Bunu mən qazandım. Üzərindən 5 il keçəndən sonra prezident təqaüdünə layiq görüldüm. Düzdü, mənim taleyimdə hər şey gecikə-gecikə olur, amma buna da şükür edirəm. Ola bilərdi ki, heç bu da olmasın... Sənətə gələn zaman çox böyük sənətkarlar görmüşəm və o vaxtlar o sənətkarların fəxri adları yox idi. Mən Hamlet Qurbanovun, Bürcəli Əsgərovun fəxri adının olmamasını gördükdən sonra necə özümə ad istəyə bilərdim? Bəzən insanların taleyində elə olur ki, kimsə qabağa düşür. Amma çox istərdim ki, sənətkarın, yaradıcı insanın həyatında hər şey zamanında olsun. Hər bir sənətkar məqamında, yerində layiq olana layiq görülürsə, yaşamaq stimulu, istəyi, tələbkarlığı da artır. Bəzən doğrudan da gecikir bunlar. Sənət adamına hər şeydən əvvəl tamaşaçı alqışı lazımdır. Sonra da əgər əməkdar artist, xalq artisti fəxri adları, “Şöhrət” ordeni verilmə ənənəsi varsa, məqamında insanlara verilməlidir ki, onun ləzzətini duyasan. Qocalanda, 80 yaşında xalq artisti adı kimə lazımdır?! Təqaüdlər, mükafatlar da zamanında verilməlidir ki, sənətkar öz ehtiyaclarını ödəyə bilsin... Elə insanlar var ki, düşünürlər ki, xalq artistidirsə, daha heç nə etməyə bilər. Ancaq bundan sonrası daha çətindir, çünki aktyor o adı doğrultmalıdır. Bu aləmdə elə insanlar tanıyıram ki, heç ad hayında deyillər, elə düşünürlər ki, mənə bir az pul versinlər, daha heç nə lazım deyil. Maddi sıxıntı insanlarda bu cür problemlər yaradır. Kimlərisə ad-san maraqlandıra bilər... Sözün düzü, məni elə çox yerlərdə xalq artisti kimi təqdim edirlər, biləndə ki, əməkdar artistəm, inanmırlar. Tamaşaçılar məni ya mağazada, ya ictimai nəqliyyatda görəndə dərhal tanıyır. Bəzən soruşurlar ki, niyə görünmürsünüz, efirə çıxmırsınız? Mən televiziyada hansı verilişə çıxım? İndi elə bir veriliş görmürəm ki, sənətimdən danışa bilim. Elə hamı çıxıb deyir ki, mən belə yaratmışam, mən belə oynamışam, məndən yoxdur, mən bir dənəyəm”.

***

Sevil Xəlilova teatr sənətindəki xidmətlərinə görə 1986-cı il iyun ayının 23-də Naxçıvan Muxtar Respublikasının əməkdar artisti, 24 dekabr 2002-ci ildə isə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülüb. Aktrisanın bir qız övladı var.

Polad Bülbüloğlu: "Gələn il kinoya pul ayrılmayıb, kinomuz inkişaf edə bilməyəcək" Vaqif Səmədoğlunun poeması əsasında animasiya filmi çəkilib Məhkəmə Elif Şafakın romanının plagiat olduğunu təsdiqlədi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:34
embedMənbə:https://kulis.az
archiveBu xəbər 28 Noyabr 2025 11:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see180

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see175

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see158

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see155

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see148

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see141

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see140

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see138

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see137

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see136

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see134

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see133

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see132

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri