80 yaşlı Misir Mərdanov: Nə isə görüləsi işlər çoxdur, təki Allah can sağlığı versin!
Mia.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, Elm və Təhsil Nazirliyinin tabeliyinə verilmiş İdarəetmə Sistemləri İnstitutu ilə Riyaziyyat və Mexanika İnstitutu ləğv edilərək, onların bazasında vahid Riyaziyyat İnstitutu yaradılıb. Yeni yaradılmış instituta direktor əvəzi vəzifəsinə texnika elmləri doktoru Elxan Səbziyev təyin edilib. Bununla da, ləğv olunan Riyaziyyat və Mexanika İnstitutunun direktoru, sabiq təhsil naziri Misir Mərdanov vəzifəsini itirmiş olub.
Mia.az-ın məlumatına görə, sabiq təhsil naziri Misir Mərdanov bundan sonra hansı fəaliyyətlə məşğul olacağı barədə Modern.az saytına açıqlama verib.
Eks-nazir bildirib ki, görüləsi işlər çoxdur: "Mən Bakı Dövlət Universitetində Ali riyaziyyat kafedrasının müdiriyəm, planlarım çox genişdir, elmi tədqiqatlarımı və riyaziyyatın tədrisi metodikası istiqamətində işlərimi davam etdirəcəyəm. Eləcə də ölkəmizdə və beynəlxalq aləmdə yüksək nüfuzu olan, baş redaktoru olduğum AMEA Riyaziyyat və Mexanika İnstitutunun "Elmi əsərlər" jurnalının işlərinə rəhbərliyimi davam etdirəcəyəm. Nə isə görüləsi işlər çoxdur, təki Allah can sağlığı versin!"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:26
Bu xəbər 01 Yanvar 2026 13:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















