Icma.az
close
up
RU
80 yaşlı Misir Mərdanov gedib bir düstur kəşf eləsin, Riyaziyyat İnstitutu batır

80 yaşlı Misir Mərdanov gedib bir düstur kəşf eləsin, Riyaziyyat İnstitutu batır

Icma.az, Mia.az portalına istinadən məlumat yayır.

8 avqustda Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ arasında imzalanan sənədlər və sülh müqaviləsinin paraflanması həm də Cənubi Qafqazın taleyində hansısa prosesə hazırlıqdır. Heç şübhəsiz ki, əsas hədəflərdən biri sülhdür - sülh vacibdir, xalqlar arasında əlaqələr də qurula bilər və bütün bunlar imzalanan sənəddə də öz əksini tapıb.

Amma böyük güclər niyə sülhə nail olmaq istəyir, onların strateji hədəfləri nədir? Bilmirik. Bununla belə, biz, hələki regionda nələrin planlaşdırıldığından da xəbərsizik. Özümüzü elə aparırıq ki, sanki bütün dünya güclərinin, eləcə də ABŞ-ın əsas hədəfi Azərbaycanı daha güclü etmək və Naxçıvanla Azərbaycanın qərb rayonlarını birləşdirməkdir. Bütün bunlar bizim strateji hədəfimizdir, onların deyil.

Və tələsirik... Məsələn, 8 avqust görüşündən sonra ermənilərin təriflənməsi prosesi başlayıb, sanki ermənilərin müsbət obrazının yaradılması üçün tələsirik. Halbuki, Ermənistanda eyni tendensiya müşahidə edilmir, Azərbaycanla bağlı “isti” təriflərə rast gəlmək olmur. 80 yaşlı Misir Mərdanov 2017-ci ildən AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktorudur. Nə vaxt baxırsan, müsahibələr verir, xatirələr danışır, nazir olduğu dövrün eyforiyasından hələ də çıxa bilmir. Bu dəfə də Paşinyanın əmisini tərifləyib. Yəni, bu qədərmi qovhaqovdayıq, bu qədərmi qaçhaqaçdır?! M.Mərdanov gedib bir düstur kəşf eləsin, Riyaziyyat İnstitutu batır, oranı diriltsin də, elə bil ədəbiyyatçıdır, poetikaya köklənib. Erməniləri tərifləmək sonrakı mərhələnin məsələsidir axı...

Ölkədə hələ də müalicə alan qazilər, həyatını qaydaya sala bilməyən şəhid ailələri və hər gün övladının məzarı başında üsyan qoparan şəhid anaları var. Gözləyin, sülh müqaviləsi imzalansın, sonra erməniləri tərifləyərsiniz. Onsuz da dövlətin mövqeyi nə olacaqsa, xalq da bu mövqedən çıxış edəcək. Amma çay gəlməmiş çırmanırıq.

MİA.AZ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:184
embedMənbə:https://mia.az
archiveBu xəbər 15 Avqust 2025 08:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri