Icma.az
close
up
RU
8000dən çox bələdiyyə üzvü seçiləcək Gələn ildən GÖZLƏNTİLƏR

8000dən çox bələdiyyə üzvü seçiləcək Gələn ildən GÖZLƏNTİLƏR

Icma.az, Modern.az saytına istinadən bildirir.

Azərbaycan bələdiyyə seçkilərinə hazırlaşır. Yanvarın 29-da ölkə ərazisində yerli özünüidarəetmə orqanlarına seçkilər keçiriləcək. Qeyd edək ki, ölkəmizdə sonuncu bələdiyyə seçkiləri 2019-cu il dekabrın 23-də baş tutub.

Budəfəki seçki əvvəlkilərdən fərqli olaraq daha az bələdiyyələri əhatə edəcək. Belə ki, seçkilər 685 bələdiyyəyə keçiriləcək və 118 seçki dairəsini əhatə edəcək. Azad edilən ərazilərdə tam məskunlaşma bitmədiyinə görə bu ərazilərdə bələdiyyə seçkiləri baş tutmayacaq.

Modern.az-ın Mərkəzi Seçki Komissiyasının (MSK) təqdim etdiyi siyahıya əsasən apardığı hesablamalara görə, seçkilərdə 8071 bələdiyyə üzvü seçiləcək.

Qeyd edək ki, Növbəti il dövlət büdcəsindən bələdiyyələrə cəmi 13.5 milyon manat (2024-cü illə müqayisədə 1 milyon manat və ya 8% çox) vəsait ayrılması proqnozlaşdırılır. Vəsaitin 7.5 milyon manatı dotasiya, 1,6 milyon manatı subvensiya, 4,4 milyon manatı isə və su təchizatı qurğularının istismarı və onlara xidmətlə bağlı xərclər üçün isə subsidiya formasında ayrılacaq. Həmçinin, bələdiyyələrə qrant almaq hüququ da verilib.

Beləliklə, yeni formalaşacaq bələdiyyələrin əvvəlkilərdən fərqlənəcəyi gözlənilir.

Mövzu ilə bağlı Modern.az-a danışan "Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai birliyinin sədri Vüqar Tofiqli  birləşdirmə nəticəsində yeni formalaşacaq bələdiyyələrin cəmiyyətdə fəaliyyətlərinin ilkin dövründə  süni şəkildə yaradılmış neqativlərin tam şəkildə aradan qaldırılmasına nail olacağını düşünür:

“Bununla da müəyyən mənada həm sakinlərin, həm də vergi ödəyicilərinin qaldırdıqları hər bir məsələləri sürətli şəkildə həll edə biləcəklər. “Güman edirəm ki, yeni formalaşacaq 685 bələdiyyənin inkişafına seçicilər və bələdiyyə üzvləri ilə yanaşı həm yerli, həm də mərkəzi icra hakimiyyəti orqanları öz töhfələrini birmənalı olaraq verməlidirlər. Nəzərə alaq ki, bu gün bələdiyyələrin qarşılaşdıqları bir çox problemlər məhz bəzi mərkəzi və yerli icra hakimiyyəti orqanlarının qeyri-konstruktiv fəaliyyətlərin nəticəsində yaranıb. Bu gün hər bir secici ilə yanaşı, həm də mərkəzi və yerli icra orqanları da  bələdiyyələrlə  qarşılıqlı münasibətləri tənzimlənməli və bu qurumların inkişafına dəstək göstərilməlidir. Hazırda bu addıma çox böyük ehtiyac var” - Vüqar Tofiqli bildirib.

Müsahibimiz qeyd edib ki, birləşdirmə ilə bağlı ilkin vaxtlarda müəyyən çətinliklər yarana bilər:

“İnanıram ki, yaradılacaq birləşdirmə komissiyaları obyektiv qərarlar qəbul etməklə və sürətli addımlar atmaqla yeni formalaşdırılan bələdiyyələrin fəaliyyətinə "yaşıl işıq" yandıracaqlar. Bununla da bələdiyyələr sərbəst şəkildə cəmiyyətdə öz sözünü demiş olacaqlar”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://modern.az
archiveBu xəbər 30 Noyabr 2024 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məşhur futbolçu karyerasını sonlandıracaq SƏHHƏTİNƏ GÖRƏ

13 Dekabr 2025 00:58see238

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see224

Dursun Özbek: Artıq susmaq mümkün deyil

12 Dekabr 2025 17:13see192

Ramiz Mehdiyevin etdiyi hərəkətlər onun Akademiyada qalmasına imkan vermir İsa Həbibbəyli

12 Dekabr 2025 12:34see174

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

13 Dekabr 2025 00:26see165

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see150

Azərbaycanda tanınmış tiktoker saxlanıldı Foto

13 Dekabr 2025 16:57see146

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see145

Arteta “Vulverhempton”la oyundan əvvəl: “Sabah üç xal qazanmalıyıq”

12 Dekabr 2025 21:09see144

Ukrayna millisi DÇ 2026 nın seçmə mərhələsinin pley offunda ev oyunlarını keçirəcəyi yeri müəyyən edib

12 Dekabr 2025 01:05see139

İsrailin işğal siyasəti İranı nüvə silahına itələyir ŞƏRH

12 Dekabr 2025 04:26see137

Ermənistan hələ 3+3 formatına qoşulmağa və iştirak etməyə hazır deyil Millət vəkili

12 Dekabr 2025 14:33see137

“Daxilmdə nəsə mənə kifayət qədər yaxşı olmadığımı deyirdi” Norris

12 Dekabr 2025 02:00see135

Audi TT əfsanəsi 2027 ci ildə geri dönəcək FOTO

13 Dekabr 2025 06:22see133

500 manat pensiyalar bu qədər artacaq Açıqlama

12 Dekabr 2025 22:34see133

ABŞ bizi AB dən ayıra bilməz Avstriya

12 Dekabr 2025 01:32see132

Azərbaycan Ərdəbil ilə investisiya üzrə birgə fəaliyyətini gücləndirə bilər FOTO

12 Dekabr 2025 04:52see130

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevlə bağlı paylaşım edib

12 Dekabr 2025 00:17see128

Ukrayna müharibəsinin bitməsi üçün... Ərdoğan

12 Dekabr 2025 18:26see127

Kürdəmirdə ağır qəza Yük maşını avtobusa çırpıldı FOTO

12 Dekabr 2025 23:16see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri