Icma.az
close
up
RU
2024cü ilin iqtisadi mənzərəsi: Gələn ildən GÖZLƏNTİLƏR

2024cü ilin iqtisadi mənzərəsi: Gələn ildən GÖZLƏNTİLƏR

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

2024-cü il Azərbaycanın beynəlxalq arenada daha nüfuz qazandığı, iqtisadi və sosial sahələrdə mühüm irəliləyişlərlə yadda qaldı.  Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) nəinki ölkəmizdə, ümumiyyətlə, dünyada 2024-cü ildə baş tutan ən mötəbər tədbirlərdən biri idi. COP29-un uğurla təşkil olunması, iqtisadi inkişaf və Böyük Qayıdışa dair Dövlət Proqramının icrası Azərbaycanın güclü və müstəqil bir dövlət olduğunu bir daha göstərdi.  Prezident İlham Əliyevin iqtisadiyyatın gücləndirilməsi istiqamətində həyata keçirdiyi siyasət nəticəsində ölkədə dinamik iqtisadi inkişaf təmin olundu. Azərbaycan işğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdışa dair I Dövlət Proqramını həyata keçirərək Qarabağ və Şərqi Zəngəzurda bərpa işlərini sürətləndirdi.

2024-cü ili necə başa vururuq?

2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda 113,3 milyard manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 4,1 faiz çoxdur. Xüsusilə qeyri-neft sektoru müsbət dinamikasını qoruyub saxlayıb, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb. Ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər  0,4 faiz artıb, qeyri-neft-qaz sektorunda isə artım 6,4 faiz təşkil edib.

ÜDM-də ən böyük pay sənayeyə məxsusdur. Sənaye sektoru ÜDM-in 37,1 faizini təşkil edib. Bunun ardınca ticarət (10 faiz), nəqliyyat və anbar təsərrüfatı (7,1 faiz), kənd təsərrüfatı (6,1 faiz) və tikinti (6,2 faiz) sahələri gəlir. Əhalinin hər nəfərinə düşən ÜDM 11 104 manat olub ki, bu da bir il əvvəllə müqayisədə 3,6 faiz çoxdur.

Sənaye sektorunun inkişafı

2024-cü ilin sənaye sektorunda 58,3 milyard manatlıq məhsul istehsalı ilə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,6 faiz artım nümayiş etdirib. Bununla yanaşı, qeyri-neft sənaye məhsullarının istehsalı 7,2 faiz artıb. Ən böyük artım emal sənayesində baş verib. Məsələn, əczaçılıq məhsullarının istehsalı iki dəfə, avtomobil istehsalı isə 56,6 faiz artıb. Eyni zamanda, mebel istehsalı 40,5 faiz, elektrik avadanlıqlarının istehsalı 29,6 faiz, geyim istehsalı isə 28,6 faiz çox olub.

Sənaye sektorunun 64,4 faizi hasilatın payına düşüb. Neft hasilatında 3,9 faiz azalma müşahidə olunsa da, qaz hasilatında 5,9 faiz artıb. Elektrik enerjisi, qaz və buxar istehsalı sahəsində 0,9 faiz azalma olsa da, su təchizatı və tullantıların təmizlənməsi sahəsində 7,5 faiz artım qeydə alınıb.

Kənd təsərrüfatında artım və azalma sahələri

2024-cü ilin yanvar-noyabr aylarında kənd təsərrüfatı sektoru, xüsusilə bitkiçilik və heyvandarlıq sahələrində də az da olsa artım qeydə alınıb. Dənli və dənli paxlalı bitkilərin istehsalı 0,7 faiz, tərəvəz istehsalı 1,0 faiz, meyvə və giləmeyvə istehsalı isə 4,8 faiz artıb. Lakin kartof istehsalında 7,6 faiz, pambıq istehsalında isə 7,5 faiz azalma müşahidə olunub. Heyvandarlıq sahəsində ət istehsalı 1 faiz, süd istehsalı 0,9 faiz, yumurta istehsalı isə 4,8 faiz artıb. Bundan fərqli olaraq, yun istehsalı 2,1 faiz, barama istehsalı isə 32,9 faiz azalıb.

İnvestisiyaların iqtisadiyyatın inkişafına təsiri

2024-cü ilin yanvar-noyabr aylarında əsas kapitala yönəldilmiş investisiyalar 15,9 milyard manat olub ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3,8 faiz azalma deməkdir. Bu, neft-qaz sektorundakı investisiya azalmasından qaynaqlanıb. Bununla belə, qeyri-neft-qaz sektoru və tikinti sahələrinə yönəldilən investisiyalar artıb. İnvestisiyaların böyük bir hissəsi məhsul istehsalı sahələrinə (51,2 faiz), xidmət sahələrinə (35,3 faiz) və yaşayış evlərinin tikintisinə (13,5 faiz) sərf olunub.

Əsas kapitala yönəldilmiş investisiyaların 13 milyard manatını və ya 82,1 faizini daxili investisiyalar təşkil edib. Əsas kapitala yönəldilmiş investisiyaların 11,4 milyard manatı və ya 71,9 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Nəqliyyat və informasiya sektorunda artım

024-cü ilin yanvar-noyabr aylarında nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 213,7 milyon ton yük və 1870,5 milyon sərnişin daşınıb. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 3,3 faiz, sərnişin daşınması isə 8 faiz artıb. Yüklərin 59,4 faizi avtomobil nəqliyyatı, 28,8 faizi boru kəməri, 7,9 faizi dəmir yolu, 3,7 faizi dəniz və 0,2 faizi isə hava nəqliyyatı ilə daşınıb. Sərnişinlərin 88,2 faizi avtomobil nəqliyyatı, 11,2 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

İnformasiya və rabitə sahəsində də müsbət dinamika müşahidə olunub. 2024-cü ilin yanvar-noyabr aylarında informasiya və rabitə müəssisələri tərəfindən göstərilən xidmətlərin ümumi həcmi 3188,7 milyon manat təşkil edib. Bu xidmətlərin 71,9 faizi əhali sektoruna aid olub. 2024-cü ilin eyni dövrü ilə müqayisədə göstərilmiş informasiya və rabitə xidmətlərinin həcmi 12,5 faiz artıb. Bu sahədə əldə edilən gəlirin 84,3 faizi qeyri-dövlət sektorunun payına düşüb.

Xarici ticarət və ixrac potensialı

Azərbaycanın xarici ticarət dövriyyəsi 2024-cü ilin yanvar-oktyabr aylarında 38,4 milyard ABŞ dolları olub. İxrac 21,8 milyard dollar, idxal isə 16,6 milyard dollar təşkil edib. Bununla da xarici ticarətdə 5,1 milyard dollar müsbət ticarət saldosu yaranıb. Ötən dövrdə qeyri-neft-qaz məhsullarının ixracı 2,8 milyard dollar olub ki, bu da əvvəlki dövrə müqayisədə 3,5 faiz artım deməkdir. Bununla yanaşı, ixracın real ifadədə 5,9 faiz azalması, beynəlxalq bazarlarda Azərbaycanın ixrac potensialının gücləndirilməsi istiqamətində daha çox işlər görülməsi gərəkdiyini göstərir.

2024-cü ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 53,8 milyard manatlıq məhsul satılmış, xidmət subyektləri tərəfindən 11,4 milyard manatlıq ödənişli xidmət göstərilmişdir. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə əmtəə dövriyyəsi 3,8 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir 8,5 faiz artıb. Ümumilikdə ticarət şəbəkələrində 29,5 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 24,3 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

Əmək bazarı və inflyasiya göstəriciləri

2024-cü ilin yanvar-noyabr aylarında illik inflyasiya 2 faiz olub. Bu dövrdə qida məhsulları, içkilər və tütün məmulatları üzrə 1 faiz, qeyri-qida malları üzrə 1,5 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər isə 3,8 faiz bahalaşıb.

2024-cü ilin yanvar-noyabr aylarında muzdlu işçilərin orta aylıq əməkhaqqı 7,8 faiz artaraq 993,2 manat təşkil edib. Eyni zamanda, əhalinin ümumi gəlirləri 6,3 faiz artaraq 74,7 milyard manata çatıb. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 953,3 manat, özəl müəssisələrdə isə 1034,5 manat olub. Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.

2024-cü ilin yanvar-noyabr aylarında dövlət büdcəsinə 34,1 milyard manat vəsait daxil olub, büdcədən 31,0 milyard manat xərclənib. Nəticədə büdcənin icrasında 3 milyard manatlıq profisit yaranıb. Bu, Azərbaycanın dövlət maliyyəsinin sabitliyini və idarəedilməsini nümayiş etdirir. Büdcənin profisitli icrası həmçinin sosial proqramlara və investisiyalara yönəldilən vəsaitləri artırmağa imkan verir.

Ümumilikdə ilin iqtisadi mənzərəsi müsbət qiymətləndirilir

İqtisadçı ekspert Pərviz Heydərov Modern.az-a açıqlamasında qeyd edir ki, 2024-cü ilin əvvəlki dövründə ÜDM istehsalı üzrə artım bir az da çox ola bilərdi: “Sadəcə enerjidaşıyıcıları üzrə qiymətlər əvvəlki ildəki kimi olmadı, üstəlik neft hasilatımız da artıq 30 milyon tondan aşağıya düşüb ki, il ərzində qeyri-neft-qaz ixracı üzrə temp də bir ara zəiflədi. Bununla belə, yanvar-noyabr aylarının yekununa əsasən ÜDM istehsalı üzrə 4,1%-lik artım kifayət qədər böyük rəqəmdir. 2024-cü il həmçinin ölkəmizdə gözlənildiyi kimi turizmin də inkişafı sarıdan əlamətdar oldu. Belə ki, ilin yanvar-noyabr aylarında Azərbaycana dünyanın 195 ölkəsindən 2,4 milyon və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 27,4 faiz çox əcnəbi şəxs gəlib. Bundan əlavə, Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına qoşulan ölkələrin Konfransı - COP29 Bakıda uğurla keçdi və xüsusilə qeyd etmək lazımdır. Ölkəmiz indiyədək qazandığı siyasi və iqtisadi nüfuzu bir daha ortaya qoydu”.

P. Heydərovun sözlərinə görə, cari ildə ölkədə alternativ enerji mənbələrindən istifadə sahəsində də xeyli irəliləyiş əldə olunub. Yanvar-noyabr ayları ərzində yaşıl enerji mənbələri üzrə elektrik enerjisi istehsalı ötən ilin müvafiq dövrünə nisbətən 1,6 milyard kVt-saat, yəni 80 faiz artaraq 3,6 milyard kVt-saat təşkil edib:

“Ümumiyyətlə, ölkəmiz alternativ enerji mənbələrindən istifadə sahəsində çox inamlı, qətiyyətli addımlar atıb və atır, bu sahədə sürətlə irəliləməkdə davam edir. Sözügedən istiqamətdə qarşıya qoyulan məqsəd, hədəf isə ondan ibarətdir ki, bu gün dünyada necə ki neft-qaz ixracatçısı kimi tanınırıq, tezliklə həm də 'yaşıl enerji' ixracçısı kimi tanınaq. Çünki, ölkəmizin bərpaolunan enerji sahəsində real texniki potensialı 135 giqavat, dənizdə isə 157 giqavat ilə ölçülür.”

2024-cü il ərzində Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri də iqtisadi artıma müsbət təsirini qoruyub saxlayıb və hətta bir az gücləndirib. 44 günlük müharibədən sonra bu işlərə 19 milyard manata yaxın vəsait xərclənib ki, 2024-cü ilin III rübündə daha 755 nəfər (231 ailə) öz doğma torpaqlarına geri qaytarılıb.

Cari ildə ölkə iqtisadiyyatında müsbət dinamika hökm sürdüyünə dair daha bir əyani sübut isə valyuta ehtiyatlarımızla bağlıdır. 1 oktyabra kimi ümumi strateji valyuta ehtiyatlarımızın həcmi 73 milyard dollara çatıb.

Ekspert bildirir ki, il ərzində müsbət faktorlar, məqamlar və irəliləyişlərlə bərabər növbəti illərdə ölkə iqtisadiyyatı üçün makroiqtisadi sabitliyə təhdid törədə biləcək hallar da müşahidə olunub:

“Məsələn, xarici ticarət dövriyyəsinin azalması ölkəmizi gələcəkdə bəzi problemlərlə üzləşdirə bilər ki, ötən ildən başlanan bu proses, həm də idxal-ixrac əməliyyatlarını birincinin xeyrinə dəyişməsi fonunda baş verdiyindən daha təhlükəli sayılır. Yəni, demək istədiyim odur ki, neft hasilatımız onsuz da azalır və qazdan əldə olunan gəlirlərsə bunu əvəz etmir. Nə qədər ki, qeyri-neft-qaz ixracından əldə etdiyimiz dollarlar bizi qane etməyəcək, neft faktoru iqtisadiyyatımızda mövcud makroiqtisadi sabitlik üçün barometr rolunu oynamaqda davam edəcək. Neft hasilatının enməsi və bu sahədə xarici qiymət volatilliyinin yaratdığı və yaxud hələ yaradacağı risklər, xarici ticarət dövriyyəsinin enişi, qeyri-neft ixracı üzrə dayanıqlığın və ardıcıllığın kövrək xarakter daşıması, kənara valyuta axını makroiqtisadi sabitlik üçün ən neqativ və pozucu təsir və təzyiq göstərə bilən təhlükəli simptom və amillər sayılır”.

Mütəxəssislər ümumilikdə 2025-ci ildə cari ildəkindən daha çox uğur və iqtisadi nəticələr əldə olunacağına ümid edir və əsas yaradan cəhətlərin daha çox olduğunu bildirirlər. Xüsusilə gələn ildən irimiqyaslı sosial paketin həyata keçirilməsi əhalinin rifahının yüksəldilməsi baxımından əhəmiyyətli addım hesab edilir.
İqtisadiyyatın daha da inkişaf etməsi və global rəqabətə davamlı olmasını təmin etmək üçün innovativ sahələrə, texnologiyaların inkişafına və xarici bazarlarla əlaqələrin genişləndirilməsinə xüsusi diqqət yetirilməlidir. Bu amillər Azərbaycanın gələcəkdə daha yüksək iqtisadi göstəricilər əldə etməsi və regionda möhkəm iqtisadi mövqe qazanması üçün əsaslı zəmin yaradır.

Millət vəkili Vüqar Bayramov növbəti il üçün gözləntilərini bildirərək qeyd edib ki, Prezident tərəfindən yeni dövrün yeni hədəfləri müəyyənləşdirilib.

“İşğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması davam etdiriləcək. Növbəti ildə sosial paket genişlənəcək. 3 milyon nəfəri əhatə edən sosial ayırmalar həyata keçiriləcək. Eləcə də milli təhlükəsizliyin, müdafiə qabiliyyətimizin gücləndirilməsi də prioritetdir. 2025-ci ildə də iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun payının artırılması, sahibkarların daha da dəstəklənməsi ilə bağlı islahatların dərinləşməsi gözlənilir. Digər vacib məqamlardan biri də yaşıl iqtisadiyyatın genişləndirilməsi ilə bağlıdır. Azərbaycanın 2025-ci ildə yaşıl iqtisadiyyatla bağlı daha çox layihənin reallaşdırılacağı gözlənilir”, - deputat bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://modern.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Elməddin: Biznesim batdı, dirçəldə bilmədim

29 Mart 2025 21:14see214

Vətəninə və Musiqi Sənətinə Həsr Olunmuş Bir Həyat

29 Mart 2025 19:18see150

PSJ 3 xalı 6 qolla qazanaraq çempionluğa doğru gedir VİDEO

30 Mart 2025 01:19see123

Orban administrasiyası vətəndaşların poçtuna bülleten göndərir: səbəb…

29 Mart 2025 23:52see119

Qazaxda narkokuryerlər saxlanıldılar

30 Mart 2025 14:50see118

Mançester Siti də ciddi itki stadionu qoruyucu ayaqqabı ilə tərk etdi

31 Mart 2025 00:38see115

Nasaz və idarə olunmayan avtomobilə cərimə gəldi DİN dən AÇIQLAMA VİDEO

30 Mart 2025 20:46see115

III Çarlz xəstəxanaya yerləşdiridikdən sonra ilk bəyanatını verdi

30 Mart 2025 13:33see114

Pakistanın Baş naziri İlham Əliyevi təbrik etdi KONKRET

29 Mart 2025 17:32see112

BVF Ukraynada münaqişənin 2025 ci ilin sonuna qədər bitəcəyini proqnozlaşdırır

30 Mart 2025 03:06see112

Ukrayna demək olar ki, ABŞ la yeni müqavilə şərtləri ilə razılaşmayacaq

30 Mart 2025 02:46see111

Xankəndinin mərkəzindəki edam otağı ndan TÜKÜRPƏDƏN GÖRÜNTÜLƏR

31 Mart 2025 00:49see111

Dünya nizamının dəyişməsinə təsir edən gizli razılaşmalar

30 Mart 2025 22:14see110

Bölgədə güc balansı dəyişir Türkiyə bu ölkəyə xüsusi təyinatlılar GÖNDƏRİR

29 Mart 2025 20:04see110

“Qarşıdakı matçlara da xallar qazanmaq üçün çıxacağıq” Rəşad Sadıqov

30 Mart 2025 21:03see108

Volkan Konak səhnədə huşunu itirdi, xəstəxanaya aparıldı VİDEO

31 Mart 2025 01:16see108

Aleksandr Turçin Əli Əsədovu təbrik etdi

30 Mart 2025 13:46see108

Tramp İranı heç vaxt görmədikləri partlayışlarla hədələyib

30 Mart 2025 18:55see108

Qarabağ erməniləri İrəvanda toplaşdı

30 Mart 2025 20:46see107

Bu bürc çətinlikləri özünə maqnit kimi çəkir

30 Mart 2025 00:39see107
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri