Icma.az
close
up
RU
81 yaşda evlənmə normalıdır? “Bayquş kimi tək qalmaq istəyirsə...”

81 yaşda evlənmə normalıdır? “Bayquş kimi tək qalmaq istəyirsə...”

Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.

81 yaşlı Xalq artisti Polad Bülbüloğlunun üçüncü dəfə ailə qurması onun şəxsi həyatını ictimai müzakirələrin mərkəzinə qoyub.

“Elə insanlar var ki, hansı yaşda olmasından asılı olmayaraq, tək qalmaq istəmir. Bu, çox normal haldır, patoloji bir şey deyil. Heç yaş məsələsi də rol oynamır. Bir dəfə evlənib boşanıb və ömrünün sonuna qədər də yalqız yaşayan şəxslər də var. Bu da onların şəxsi seçimidir”.

Bunu “Yeni Sabah”a psixiatr Azad İsazadə deyib. Pepperoni pizza

Onun sözlərinə görə, belə insanlar övladları ilə də birlikdə qala bilmirlər:

“Söhbət təkcə həyat yoldaşından getmir. Belə insanlar heç övladları ilə birlikdə də qala bilmirlər. Lakin təkliyi sevməyən insanlar da var. “O olmasın, bu olsun” tamaşasında da deyildiyi kimi: “Sən dul, mən dul, gəl mənə bənd ol”. Bəzi insanlar tək qalmaqdan qorxur və sözün həqiqi mənasında, bundan bezir. Bunu çox normal qarşılayıram. Kim hansı yaşda evlənir, evlənsin.

Elə insanlar da var ki, hətta 9 dəfə evlənir. Həmin insanlar daim yeni nələrinsə axtarışında olurlar. Evlənirlər və boşandıqdan sonra da tək qala bilmədiklərini görürlər. İdeal insanı tapana qədər də dəfələrlə evlənənlər var. Bəzi insanlar da var ki, bir insanla evlənib boşanır, yenidən həmin insanla evlənirlər. Başa düşürlər ki, başqası ilə evlənməkdənsə, tanıdıqları biri ilə davam etmək daha asandır. Ona görə də eyni insanla yenidən evlənməyi üstün tuturlar”.

A.İsazadə bildirib ki, psixologiyada belə bir patoloji vəziyyət var ki, bəzi insanlar uzun müddət eyni adamla birlikdə yaşaya bilmir:

“Bəzən bu insanlar biri-biri ilə yaxınlaşdıqdan sonra sanki tərəflər bir-birini yandırır və uzaqlaşırlar. Məlumdur ki, cütlüklər arasındakı məsafə çox az olur. Sevən insanlar bir-birlərini öpüb qucaqlayırlar. Bundan tez bezən insanlara xroniki subaylar deyirik. Bu xüsusiyyət daha çox kişilərə xasdır. Qadınlar arasında isə çox az rast gəlinir. Belə insanlar bir müddət tək qalmaq istədiklərini düşünürlər. Zamanla isə başa düşürlər ki, həyatlarında biri olmalıdır, amma bu da daimi çəkmir. Bu hal isə patolojidir və bununla məşğul olmaq vacibdir.

20-21-ci əsrdə boşanmaq adi hal alıb. Bunu təəssüflə qeyd etməliyəm. Bəzən biz özümüz də tək qalmaq ehtiyacı duyuruq. Həmin hal bir neçə gün davam edirsə, bu, normal haldır. Lakin insan davamlı olaraq bayquş kimi tək qalmaq istəyirsə, normal deyil. Bu insanlar heç kəslə ünsiyyət qurmaq istəmir və özlərini cəmiyyətdən təcrid edirlər. Tək qalmaq istəmək normal haldır, lakin bunu həyat tərzimizə çevirmək normal deyil”.

Aydan Hacı


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:150
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 28 Avqust 2026 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see324

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see321

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see314

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see282

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see277

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see269

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see264

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see260

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see258

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see251

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see232

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see231

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see230

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see228

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see225

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see222

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see220

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see217

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see213

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri