Icma.az
close
up
RU
“9 MAY PARADI BEYNƏLXALQ FACİƏYƏ ÇEVRİLƏ BİLƏR...” Tofiq Zülfüqarov

“9 MAY PARADI BEYNƏLXALQ FACİƏYƏ ÇEVRİLƏ BİLƏR...” Tofiq Zülfüqarov

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Qələbə paradı “canlı qalxan” yaratmaq cəhdidir”

“Hərbi qarşıdurmanın yüksəlməsi ehtimalı qaçılmaz olur”

Məlum olduğu kimi, mayın 9-da həm Moskvada, həm də Kiyevdə Qələbə günü münasibətilə tədbirlər keçirilməsi və həmin tədbirlərdə xarici qonaqların iştirakı gözlənilir.

“AzPolitika” xəbər verir ki, Azərbaycanın sabiq XİN başçısı Tofiq Zülfüqarov bu tədbirlərin keçirilməsinin məqsədəuyğun olmadığı və bundan təbliğat üçün istifadə edildiyi barədə paylaşım edib:

“Qələbə gününə çox az vaxt qalıb...Təəssüflər olsun ki, anti-Hitler koalisiya qüvvələrinin “ox” ölkələri üzərində qələbəsini qeyd edən bu bayram keçmiş müttəfiqlərin düşmən olması səbəbindən, demək olar ki, dərhal siyasi qarşıdurma alətinə çevrildi.

O, bu gün də qarşıdurmanın əsas təbliğat vasitələrindən biri olmaqda davam edir.

Artıq həm Moskvada, həm də Kiyevdə yüksək rütbəli xarici qonaqların iştirakı elan olunmaqla müxtəlif tədbirlərin, o cümlədən Qələbənin 80 illiyi şərəfinə hərbi paradların keçiriləcəyi açıqlanıb.

Üstəlik, Rusiya mənbələri və bəzi xarici mənbələr atəşkəs əldə olunarsa, Qərb liderlərinin də bayram tədbirlərində iştirak edə biləcəyini ehtimal edirdi. Bununla belə, hər gün buna ümid azalır. Üstəlik, hərbi qarşıdurma səviyyəsinin yüksəlməsi ehtimalı getdikcə qaçılmaz olur.

Göründüyü kimi, düşmən bayramını məğlubiyyətə və ya beynəlxalq əhəmiyyətli faciəyə çevirmək “iştahası” nəinki istisna edilmir, əksinə, çox ehtimal olunan ssenari kimi görünür.

Mülki təyyarəmizin faciəvi itkisi hərbi əməliyyatların çoxlu sayda günahsız insanın ölümünə səbəb ola biləcəyinə bir nümunədir...

Hesab edirəm ki, atəşkəs razılaşması olmadan belə miqyaslı tədbirlərin təşkili və xarici qonaqların dəvət edilməsi mahiyyətcə onlardan öz təbliğat kampaniyası üçün “canlı qalxan” yaratmaq cəhdidir.

Nə qəribə “qonaqpərvərlik”dir, elə deyilmi?”

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:198
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 18 Aprel 2025 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see742

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see573

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see323

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see317

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see286

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see284

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see278

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see273

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see272

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see268

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see268

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see267

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see265

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see246

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see231

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see227

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see220

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see215

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see200

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri