Icma.az
close
up
RU
Günəşin altında görüməyən təhlükə: Yay istisi faciəyə çevrilə bilər

Günəşin altında görüməyən təhlükə: Yay istisi faciəyə çevrilə bilər

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

İyun ayı ərzində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhərində yerləşən çimərliklərdən - Şıxov, Bilgəh, Buzovna və Pirşağıda baş verən sudaboğulma hadisələri ilə bağlı 6 müraciət daxil olub.

Bu barədə TƏBİB məlumat verib.

Daxil olan çağırışlar əsasında təcili tibbi yardım briqadaları dərhal hadisə yerlərinə cəlb olunub.

Hadisələr nəticəsində Bakı şəhəri üzrə 2 nəfər (1-i qadın, 1-i kişi cinsli olmaqla) sudaboğulma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə təxliyə olunub. 1 nəfərə isə (kişi cinsli) yerində tibbi yardım göstərilib.

Ümumilikdə, 3 (kişi cinsli) şəxsin isə həkiməqədər ölüm faktı qeydə alınıb.

Regionlar üzrə - Saatlı, Astara və Lənkəran rayonlarından müraciətlər daxil olub. Müracitlər üzrə 2023-cü il təvəllüdlü azyaşlı (kişi cinsli) Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

3 nəfərin (kişi cinsli) isə sudaboğma nəticəsində həkiməqədər ölüm faktı qeydə alınıb.

Günvurma ilə bağlı isə iyun ayı ərzində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhərindən 2 nəfər müraciət edib. Onlardan 1 nəfəri tibb müəssisəsinə hospitalizasiya olunub, 1 nəfərə yerində tibbi yardım göstərilib.

Regionlar üzrə günvurma ilə bağlı Quba və Qax rayonlarından daxil olun müraciətlər üzrə 1 nəfər tibb müəssisəsinə hospitalizasiya olunub, 1 nəfərə isə yerində tibbi yardım göstərilib.


Tibb və fəlsəfə elmləri doktoru, tanınmış həkim Şəmsiyyə Namazlı "Sherg.az"a açıqlamasında bildirib ki, yay aylarında günvurma halları hər il mütəmadi olaraq müşahidə olunur:


“Bunun əsas səbəbi, əhalinin günəş radiasiyasına qarşı düzgün davranış qaydalarına əməl etməməsi ilə bağlıdır. Xüsusilə çimərliklərə gedən şəxslər günəş şüalarının ən intensiv olduğu saatlarda 11:00-dan 16:00-a qədər birbaşa günəş altında qalmaqdan çəkinməlidirlər. Daha təhlükəsiz və tövsiyə olunan vaxtlar səhər saatlarının erkən çağları 08:00–10:30 və günün ikinci yarısında saat 17:00-dan sonradır. Ultrabənövşəyi şüalar həm dəriyə, həm də orqanizmin ümumi fəaliyyətinə mənfi təsir göstərir. Dərinin yanmasına, vaxtından əvvəl qocalmasına, immun sisteminin zəifləməsinə, eyni zamanda qan təzyiqinin yüksəlməsinə və ürək-damar sisteminə mənfi təsirlərə səbəb ola bilər. Xüsusilə risk qrupuna aid şəxslər  -ürək-damar xəstəlikləri olanlar, qalxanvari vəz disfunksiyası ilə yaşayanlar, şəkərli diabet xəstələri üçün bu vəziyyət ciddi fəsadlarla nəticələnə bilər. Belə şəxslərə günəş şüaları altında uzun müddət qalmaq ümumiyyətlə məsləhət görülmür. Günvurma klinik baxımdan yüngül, orta və ağır dərəcəli formada təzahür edə bilər. Yüngül və orta hallarda bədən temperaturunun yüksəlməsi, ürəkbulanma, baş ağrısı və başgicəllənmə, taxikardiya (ürək döyüntülərinin artması), tənəffüsün sürətlənməsi və ümumi halsızlıq əlamətləri müşahidə olunur”.


Ekspertin sözlərinə görə ilkin yardım tədbirləri olaraq zərərçəkmiş şəxs dərhal kölgəli və sərin bir yerə aparılmalı, bədəninə sərin su vurulmalı, eyni zamanda maye qəbulu təmin edilməlidir:

“Bu hallarda təmiz su verilməsi xüsusilə vacibdir. Orta və ağır dərəcəli hallarda isə dərhal tibbi yardım göstərilməli və müvafiq müalicə tədbirləri həyata keçirilməlidir. Profilaktik baxımdan, küləkli havalarda çimərlikdən istifadə məsləhət görülmür, çünki bu zaman dəriyə təsir edən günəş radiasiyası ilə yanaşı, əlavə olaraq temperatur dəyişmələri də orqanizmə əlavə yük yarada bilər. Ümumiyyətlə, çimərlik və açıq hava fəaliyyəti zamanı günəşdən qoruyucu vasitələrdən istifadə etmək, maye balansını qorumaq və uyğun saatlarda açıq havada olmaq sağlamlıq baxımından ən doğru yanaşmadır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://sherg.az
archiveBu xəbər 03 İyul 2025 15:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see392

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see235

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see212

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see209

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see201

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see182

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see176

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see172

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see168

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see167

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see166

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see165

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see151

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see148

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see142

2026 da işləri “yağ kimi” gedəcək 5 BÜRC KONKRET

04 Yanvar 2026 10:01see142

Aydın Sezer: ABŞ Latın Amerikasını hələ də arxa bağçası kimi görür

04 Yanvar 2026 18:38see139

İranda etirazların səkkizinci günüdür

04 Yanvar 2026 09:16see136

ABŞ ın Venesuelada irimiqyaslı əməliyyat keçirəcək

04 Yanvar 2026 08:59see129

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri