9 May Qələbə Günü ilə əlaqədar internet kəsildi Nazirlikdən AÇIQLAMA
Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.
Rusiyanın paytaxtı Moskvada internet kəsilib.
Yenisabah.az xəbər verir ki, səhər saatlarından etibarən Moskva sakinləri mobil telefonlar vasitəsilə göstərilən xidmətlərdən istifadədə problemlər yaşamağa başlayıblar.
Rusiya Fövqəladə Hallar Nazirliyi mayın 5-də verdiyi yazılı açıqlamada 9 May Qələbə Günü ilə əlaqədar şəhərdə internetin məhdudlaşdırıla biləcəyi barədə xəbərdarlıq edib.
Mobil internetə çıxışda yaranan problemlər səbəbindən bankomatlar, kuryer və taksi xidmətlərində də fasilələr yaranır. Digər tərəfdən, dron hücumları səbəbindən Moskva hava limanlarından uçuşlara da məhdudiyyətlər qoyulur.
Ukrayna ordusunun ötən gün ərzində Rusiyanın paytaxtı Moskvaya pilotsuz təyyarələrlə hücumlar təşkil etdiyi bildirilib. Bir çox xarici liderlərin qatılacağı 9 May Qələbə Günü qeyd etmələri öncəsi Moskvada hərbi paradın məşqləri davam edərkən, Ukrayna Prezidenti Vladimir Zelenski mayın 9-da keçiriləcək hərbi paradda iştirak edəcək əcnəbilərin təhlükəsizliyinə zəmanət verə bilməyəcəklərini söylədi.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Zelenski Moskvaya gəlməyi planlaşdıran dünya liderlərini açıq şəkildə hədələyib.
Aytac Şahin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 07 May 2025 12:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















