Icma.az
close
up
RU
9 May Qələbə Günü sakinlərin gözü ilə SORĞU

9 May Qələbə Günü sakinlərin gözü ilə SORĞU

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu il 9 May - faşizm üzərində Qələbədən 85 il ötür. İkinci Dünya müharibəsi bəşər tarixinin ən dəhşətli, faciəli fəlakətlər dövrü kimi yadda qalıb. 9 May SSRİ-nin qələbəsi ilə başa çatıb və faşizmin süqutu ilə nəticələnib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə müharibə veteranlarının problemlərinə böyük diqqət və qayğı ilə yanaşıb. Hər il 9 May ölkəmizdə də təntənəli şəkildə qeyd olunur. Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev hər zaman İkinci Dünya müharibəsi veteranlarına yüksək diqqət və qayğı ilə yanaşır, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl addımlar atır. Bu ildə cənab Prezident müharibə veteranlarına və onların ailələrinə bir dəfəlik maddi yardımın ayrılması ilə bağlı sərəncam vermişdir. Bu mövzu ilə bağlı SİA-da paytaxt sakinlərinin fikrlərini öyrənməyə çalışıb.

Şəhər sakini Həbib Əliyev: “Biz nahaq yerə ruslarnan bir yerdə vuruşmuşuq. Ruslar Qarabağda 90-cı illərdə bizim başımıza nə oyunlar açdılar. Bizdə gedəy hələ orda bir parad da, keçirdəy. Ümumiyyətlə mən 9 mayın bir bayram kimi keçirilməsini dəstəkləmirəm. Düzdür ikinci dünya müharibəsi veteranlarımız və şəhidlərimiz var. Qalanlara allah can sağlı versin, dünyadan köçənlərə rəhmət eləsin. Cənab Prezidentdə hər zaman veteranlara diqqət və qayğı göstərib, onların sosial rifahının yaxşı olması üçün nə lazımdı edilib, lakin mən 9 mayın bayram kimi qeyd edilməsini bəyənmirəm”.

Şəhər sakini Rafət Həmidova: “9may qələbə bayramı Azərbaycan tarixində həqiqətəndə iz qoymuş bir hadisədir. Bakı həmin illərdə qəhrəman şəhər statusu verilməli idi, lakin o dövrdə olan hakimiyyət bunu etmədilər. O dövrdə istər ön cəbhədə, istərsə də arxa cəbhədə çox böyük qəhrəmanlıq nümayiş etdirmişlər. Lakin indi ki, dövrdə özümdə əliləm və Ağdam rayonundanam və onuda qeyd edim ki, 90-cı illərdə gedən döyüşlərdə məndə bir Azərbaycan qadını kimi arxa cəbhədə öz köməyliyimi göstərmişəm. Amma neçə illərdir ki, heç bir sosial yardım ala bilmirəm”.

Şəhər sakini Təranə Məmmədova: “Mən bu məsələyə çox yaxşı baxıram. Allah cənab Prezidentin canın sağ eləsin ki, müharibə veteranlarını heç bir zaman unutmur və onlara diqqət və qayğısını əsirgəmir. Mənim xatirələrimdə də, keçmişdə 9 may çox yaxşı idi. Parad təşkil olunurdu. 9 mayı möhtəşəm çoşğu ilə qarşılayırdıq.

Şəhər sakini Nəsib Mirzəyev: “Mən özüm 1941-ci ildə dünyaya gəlmişəm. Sovet hakimiyətinin müharibəyə ilk başladığı il hesab olunur 1941-ci il. Mənim uşaqlıq illərim müharibə dövrünə təsadüf etdi. Həmin illər çox ağır idi. Çörəy növbəsi olunurdu, talonlarla çörək paylanırdı. Bakı nefti müharibəyə göndərilirdi. Həmin illər həm ön cəbhədə həm də arxa cəbhədə Azərbaycan insanları qəhrəmancasına faşistlərlə döyüşmüşdülər. İndi ki, dövrdə isə cənab Prezidentin onlara diqqət və qayğısı və bizlərə olan hörməti hiss olunur. Allaha şükür yaxşı yaşıyırıq. Sülh və əmin-amanlıq dövründə yaşayıyırıq. Allah dövlətimizə və cənab Prezidentə can sağlığı versin. Allah onu və ailəsini qorusun”.

Şəhər sakini Rüstəm Rəhimov: “Bizim dövlətimiz müharibə veteranlarına hər zaman öz diqqət və qayğısını göstərir. 9 may Qələbə Günündə təkcə Azərbaycan xalqı yox 15 ölkənin vətəndaşları çiyin-çiyinə döyüşmüş və faşistlərin üzərində qələbə qazanmışdır. Lakin bu müharibədə Azərbaycanın payı çox böyük olmuşdur. Azərbaycan nefti ilə bu müharibədə qazanılan qələbəyə öz əsasını qoyub. Bu tarixdir. Bunu unutmaq olmaz və hər il bunu qeyd etmək lazımdır. Bu qələbəni qeyd etmək həm də gənclərin milli ruhunun oyanmasına çox böyük təsir göstərə bilər. Bizim sovet ittifaqı qəhrəmanlarımız olub. Həzi Aslanov, Mehdi Hüseynzadə kimi qəhrəmanlarımız olub. Prezidentində müharibə veteranlarına göstərdiyi qayğıda öz yerində, heç bir zaman onları unutmur və onlara diqqət və qayğı göstərir”.

Şəhər sakini Zəruyya Əmiraslanova: “9 may Qələbə günü həqiqətəndə Azərbaycan tarixi üçün çox önəmli bir gündür. Həmin dövrlərdə çox çətin olsa da, sovet ordusu faşistlər üzərində qələbə qazanmağa nail ola bildilər. Həmin dövrdə Bakı nefti birinci Qazaxıstana göndərilir daha sonra isə oradan paylanılırdı. Həmin illərdə bizi məyus edən hadisələrdən biri də Bakıya qəhrəman şəhər statusunun verilməməsi oldu. Hətda həmin dövrdə Hitler demişdi ki, biz Bakını ələ keçirə bilsək o zaman müharibənin qalibi ola bilərdik deyib. Lakin həmin müharibədə bizim neçə-neçə oğul və qızlarımız şəhid oldu. Allah onlara rəhmət eləsin. Amma onların bu qəhrəmanlıqları olmasaydı bəlkə hal-hazırda biz müstəqil olmaya bilərdik. Cənab Prezidentdə hər zaman müharibə veteranlarına öz diqqət və qayğısını göstərmiş və veteranların yanında olmuşdur”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:161
embedMənbə:https://sia.az
archiveBu xəbər 06 May 2025 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see434

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see372

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see290

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see276

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see258

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see251

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see248

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see237

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see230

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see226

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see222

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see220

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see218

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see218

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see211

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see210

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see208

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see207

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see202

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri