9 min nəfərə reabilitasiya vasitəsi verilib
Cebheinfo saytına istinadən Icma.az xəbər verir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi bu ilin yanvar-avqust aylarında əlilliyi olan 9 min şəxsi 376 min reabilitasiya vasitəsi ilə təmin edib.
"Cebheinfo.az" xəbər verir ki, qeyd olunan reabilitasiya vasitələrindən 1599-u təkərli oturacaq (o cümlədən 27-si mühərrikli təkərli oturacaq), 1230-u aşağı və yuxarı ətraf protezi, 1896-sı əsa, qoltuqaltı və dirsəkaltı ağac olub.
Həmçinin əlilliyi olan şəxslərə 5385 cüt protez və ortopedik ayaqqabı, 1413 eşitmə aparatı, 152 korset və s. reabilitasiya vasitələri təqdim olunub.
Reabilitasiya vasitələrini almaq üçün özlərinin və ya yaxınlarının Bakıya, Agentliyin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinə gəlmək imkanı olmayan əlilliyi olan şəxslərə bu vasitələr evlərinə aparılaraq təqdim olunub.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:98
Bu xəbər 29 Sentyabr 2026 11:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















