Onlara 490 min reabilitasiya vasitəsi verilib
Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi bu ilin yanvar-sentyabr aylarında əlilliyi olan 11 min şəxsi 490 min reabilitasiya vasitəsi ilə təmin edib.
“Qafqazinfo” xəbər verir ki, qeyd olunan reabilitasiya vasitələrindən 3231-i təkərli oturacaq (o cümlədən 135-i mühərrikli təkərli oturacaq), 1506-sı aşağı və yuxarı ətraf protezi, 2445-i əsa, qoltuqaltı və dirsəkaltı ağac olub.
Həmçinin əlilliyi olan şəxslərə 6654 cüt protez və ortopedik ayaqqabı, 2089 eşitmə aparatı, 162 korset və s. reabilitasiya vasitələri təqdim olunub.
Reabilitasiya vasitələrini almaq üçün özlərinin və ya yaxınlarının Bakıya, Agentliyin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinə gəlmək imkanı olmayan əlilliyi olan şəxslərə bu vasitələr evlərinə aparılaraq təqdim olunub.

Baxış sayı:142
Bu xəbər 14 Oktyabr 2026 12:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















