Icma.az
close
up
RU
9 noyabr bəyanatı qüvvədən düşüb? “Moskva çalışacaq ki, prosesə daxil olsun”

9 noyabr bəyanatı qüvvədən düşüb? “Moskva çalışacaq ki, prosesə daxil olsun”

Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.

"Rusiya rəsmilərinin söylədiyi fikirlərin heç bir əsas yoxdur. Çünki artıq yeni şərtlər yaranıb və reallıqlar dəyişib. 9/10 noyabr bəyanatını vacib edən hansısa bir məqam qalmayıb”.

Bu sözləri “Yeni Sabah”a politoloq Oqtay Qasımov deyib.

O bildirib ki, avqustun 8-də baş tutan Vaşinqton görüşü bütün məsələləri qaydasına qoyub: Dominos pizza

“9 noyabr 2020-ci il üçtərəfli bəyanatıbda Zəngəzur dəhlizi ilə bağlı müddəa var idi və bunun həyata keçməsi mümkün olmadı. Rusiyanın Ermənistanı manipuliyasiya edərək, vaxtı uzatması prosesi uğursuzluğa sürüklədi. Avqustun 8-də baş tutan Vaşinqton görüşü isə bütün məsələləri qaydasına qoydu. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin mətni paraflandı və birgə bəyanat verildi.

Bundan başqa, ABŞ və Ermənistan arasında Zəngəzur dəhlizinin açılması və işlədilməsi ilə bağlı memorandum imzalandı. Bu baxımdan, 9 noyabr bəyanatı artıq aktuallığını itirib.

Nəzərə alaq ki, Azərbaycan və Ermənistan sözügedən üçtərəfli bəyanatın aktuallığını itirdiyini bildirirsə və prosesi ikilikdə irəli aparırsa, o zaman burada üçüncü tərəfə ehtiyac qalmır. Çünki 9 noyabr bəyanatı bu proseslərdə Rusiyanın vasitəçiliyini və moderatorluğunu nəzərdə tuturdu. Amma gəlin görək Rusiya öz üzərinə düşən öhdəlikləri, vəzifələri yerinə yetirdimi? Böyük ölçüdə bu vəzifələr yerinə yetirilmədi”. 

Politoloq vurğulayıb ki, Rusiyada kimin nə deməsindən asılı olmayaraq, artıq yeni bir mərhələ başlanıb:

“Rusiya Qarabağ bölgəsində sülhməramlı adı ilə yerləşdi. Amma yerləşdikdən sonra nəyi gördük? Qarabağ ərazisində qalmış 15 minə yaxın Ermənistan hərbçiləri və yerli separatçıların silahlı qüvvələri bölgədən çıxarılmadı. Onlar tərksilah olunmadı, əksinə, dəstək verildi. Yəni sülhməramlılar öz missiyalarına uyğun olmayan fəaliyyətlərlə məşğul oldular.

Bu baxımdan, üçüncü tərəfin - Rusiyanın mövqeyi əhəmiyyətini itirdi. Tərəflər artıq 2023-cü ilin noyabrından ikitərəfli qaydada prosesləri irəliyə apardılar. Danışıqlar keçirildi və sülh müqaviləsinin mətni razılaşdırıldı.

Buna görə də Rusiyada kimin nə deməsindən asılı olmayaraq, artıq yeni bir mərhələ başlandı. Rusiyanın bu açıqlamalarını postimperiya sindromu kimi dəyərləndirilməlidir.

200 ildən bəri Qafqazda dominant güc olan Rusiyanın proseslərdən tədricən daha da kənarda qalmasının ağrıları yaşanmaqdadır. Təbii ki, Moskva çalışacaq ki, prosesə daxil olsun. Amma buna imkanı varmı? Fikrimcə, çox cüzidir”.

Xatırladaq ki, avqustun 28-də Ermənistan baş naziri Nikol Paşinyan artıq 9 noyabr 2020-ci il bəyanatının aktuallığını itirdiyini bildirib.

Nazim Hacıyev


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:91
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 29 Avqust 2025 11:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see196

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see194

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see185

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see181

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see168

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see164

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see164

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see163

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see161

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see157

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see156

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see152

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see151

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see147

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see147

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see145

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see139

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see139

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see137

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri