Icma.az
close
up
RU
Menu

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

Məşhur aşpazın restoranı borca görə bağlandı

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Röya tanınmaz obrazda (Foto/Video)

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Baş idarə rəisinə yeni rütbə verildi

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

Moskva bəyanatı QÜVVƏDƏN DÜŞÜB: Vaşinqton bəyannaməsi əsasdır

Moskva bəyanatı QÜVVƏDƏN DÜŞÜB: Vaşinqton bəyannaməsi əsasdır

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Son illər Azərbaycan və Ermənistan arasında diplomatik münasibətlər, regionda sülh və təhlükəsizliyin təmin edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. 1990-cı illərin sonlarından etibarən tərəflər arasında bir sıra beynəlxalq bəyanatlar və razılaşmalar imzalanmış, onların məqsədi münaqişənin sülh yolu ilə həllinə nail olmaq və regionda iqtisadi əlaqələri inkişaf etdirmək olmuşdur. Bu prosesdə Moskva bəyanatı xüsusi yer tutur. Bəyanat imzalandığı dövrdə münaqişənin dayandırılması və müəyyən humanitar və iqtisadi öhdəliklərin icrasını nəzərdə tutsa da, illər ərzində bəzi müddəaların yerinə yetirilməməsi onun effektivliyini şübhə altına qoymuşdur. Xüsusilə Zəngəzur dəhlizi ilə bağlı öhdəliklərin icrasının gecikməsi və ya yerinə yetirilməməsi bu sənədin praktiki tətbiqində problemlər yaratmışdır.

Bu kontekstdə Moskva bəyanatının qüvvədə olub-olmaması və onun əvəzində hansı sənədlərin önəm kəsb edəcəyi məsələsi aktuallıq qazanır. Son diplomatik proseslər, xüsusilə Vaşinqtonda əldə olunan razılaşmalar, Moskva bəyanatının faktiki olaraq qüvvədən düşdüyünü göstərir və gələcəkdə istinad ediləcək əsas sənəd kimi Vaşinqton bəyannaməsini önə çıxarır.

Mövzunu Bakıvaxtı.az-a şərh edən siyasi ekspert Əli Zülfüqaroğlu bildirib ki, Moskva bəyanatı faktiki olaraq artıq qüvvədən düşüb:

"Uzun illər ərzində Ermənistan ümumiyyətlə bu sənədin qüvvədən düşməsi üçün çalışırdı. Lakin bəyanatın müddəaları, xüsusilə Zəngəzur dəhlizi ilə bağlı bəndin icra olunmaması problematik məsələ yaratmışdı".

Əli Zülfüqaroğlu: "Ermənistanın bunu bəyan etməsi reallığı əks etdirir və heç bir əks təsirə malik ola bilməz"

Onun sözlərinə görə, bu məsələ Vaşinqtonda öz həllini tapdı və nəticədə Moskva bəyanatı tamamilə qüvvədən düşmüş sayılır: 

"İnanıram ki, bundan sonra istinad ediləcək sənəd Vaşinqton bəyannaməsi olacaq və bu, Moskva bəyanatının artıq qüvvədən düşdüyünü göstərir. Ermənistanın bunu bəyan etməsi reallığı əks etdirir və heç bir əks təsirə malik ola bilməz".

Mövzunun hüquqi tərəfləri ilə bağlı Bakıvaxtı.az-a söz açan hüquqşünas Ayxan Məmmədli diqqətə çatdırıb ki, beynəlxalq hüquq prinsiplərinə görə, bir tərəfin müqavilə və ya bəyanat öhdəliklərini yerinə yetirməməsi həmin sənədin tətbiqinin məhdudlaşdırılmasına və ya faktiki olaraq qüvvədən düşməsinə səbəb ola bilər: 

"Vaşinqtonda əldə edilmiş razılaşmalar nəticəsində Moskva bəyanatının müddəaları ilə bağlı yaranmış problem həll edilmiş və bu, Moskva bəyanatının hüquqi baxımdan artıq praktiki qüvvəsinin itirildiyini göstərir".

Ayxan Məmmədli: "Gələcəkdə tərəflər arasında hüquqi və diplomatik münasibətlərdə istinad ediləcək əsas sənəd Vaşinqton bəyannaməsi olacaq"

Müsahibimizin fikrincə, Moskva bəyanatının qüvvədən düşməsi faktı beynəlxalq hüquq normaları çərçivəsində real vəziyyəti əks etdirir:

"Ermənistanın bu barədə rəsmi bəyanat verməsi hüquqi baxımdan sənədin statusunu təsdiqləyir və bu, heç bir əks təsirə malik ola bilməz. Gələcəkdə tərəflər arasında hüquqi və diplomatik münasibətlərdə istinad ediləcək əsas sənəd Vaşinqton bəyannaməsi olacaq".

Əli Hüseynov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 29 Avqust 2025 17:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see334

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see328

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see327

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see325

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see322

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see319

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see308

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see259

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see258

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see243

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see234

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see229

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see213

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see209

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see205

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see203

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see203

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see203

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see202

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri