Icma.az
close
up
RU
“90 bal toplayan uşaqlar 60 70 balı güclə yığa biliblər” Repetitor

“90 bal toplayan uşaqlar 60 70 balı güclə yığa biliblər” Repetitor

Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


“Mən o məktəbə necə ümidlərlə getmişdim, ümidlərimi öldürdünüz...”
Yeniavaz.com
xəbər verir ki, bunu martın 9-da Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanında iştirak etmiş abituriyentlərdən biri sosial şəbəkə hesabında yazıb.
Bu mövzu 2 gündür sosial şəbəkələrdə ən çox müzakirə olunanlardandır. Belə ki, abituriyentlər və repetitorlar imtahana salınan sualların əksəriyyətinin blok imtahanı səviyyəsində olduğunu və abituriyentlərin xeyli vaxtını aldığını iddia edirlər.
“Azərbaycan dili mətnlərini çox vaxt aparan etmisiniz. Mətn suallarına görə 2 saat vaxtım getdi. Riyaziyyatın açıq sualları çox çətin idi. Belə imtahan olmur”, -  digər abituriyent imtahanla bağlı təəssüratlarını belə ifadə edib.
Maraqlıdır ki, bu tip paylaşımları yalnız abituriyentlər deyil, həmçinin valideynlər və repetitorlar da edirlər.
Məsələ ilə bağlı Yeniavaz.com-a danışan Azərbaycan dili fənni üzrə repetitor kimi fəaliyyət göstərən Tükəzban Məmmədli bildirib ki, “Abituriyent” jurnalında təqdim olunan sual modelləri bu qədər çətin olmayıb:
“Azərbaycan dili fənnindən 20 qapalı sual 50 bal, 10 açıq sual 50 balla hesablanır. Yəni açıq suallar çox önəmlidir. Qrammatik suallardan ikisini çıxmaqla qalanı buraxılış yox, blok səviyyəsində salınıb. Nəzərə alınmalı idi ki, buraxılış imtahanını hər kəs verir: attestat almaq istəyənlər, texnikuma sənəd verənlər və s. OTK-nın, “Güvən” nəşriyyatının və s. keçirdiyi sınaqlarda, həmçinin “Abituriyent” jurnalında təqdim olunan sual modelləri bu çətinlikdə deyildi. Bəs bu sınaqlar nə üçündür? Valideyn 20 manat boğazından kəsib hər ay uşağını sınağa göndərib. Belə çıxır ki, bu sınaqlar baş qatmaq, göz boyamaq, uşaqları aldatmaq üçündür? İkincisi, mətnlər o qədər də çətin və dili qəliz deyildi. Sadəcə “Dərbənd sərhədində” mətni elə də məna yükü olmayan söz yığını idi. Bunlar elə də böyüdüləsi məsələ deyil. Məsələ vaxt aparan tapşırıqların çox olması və mətnlə bağlı açıq suallarda həddən artıq tələbin qoyulması idi. Məsələn, DİM vəsaitlərində üslubi cəhətdən zənginləşdirilməli bir cümlə olurdusa, bu dəfə iki cümlə verilmişdi və ya bir faktla yox, iki faktla əsaslandırma tələb olunurdu. Üç saatın bir saatını Azərbaycan dilinə ayırmalı olan abituriyent bu müddət ərzində 10 qrammatik tapşırığı yazmalı, iki uzun mətni çox diqqətlə oxumalı, 10 qapalı sual üçün təkrar-təkrar mətnə qayıtmalı, 10 açıq suala isə səliqəli və ətraflı cavab yazmalıdır. Hələ digər iki fənni və imtahan həyəcanını demirəm”.
Tükəzban Məmmədli deyir ki, sınaqlarda yüksək bal toplayan abituriyentlər imtahanı zəif yazıblar:
“Sınaqlarda Azərbaycan dilindən 90 və üzəri bal toplayan uşaqlar 60-70 balı güclə toplaya biliblər və bunun səbəbi zəif hazırlaşmaq və ya çalışmamaq deyil. Bir müəllim kimi məni də ən çox bu məsələ narahat edir. Məqsəd 50 ballıq açıq suallarla uşaqların vaxtını almaq olub. Bu nə elmi biliyin göstəricisidir, nə də hazırlıq səviyyəsinin. Azərbaycan dilini yaxşı yazan abituriyentlər də var. Kimlərdir? Riyaziyyatın və ingilis dilinin vaxtını Azərbaycan dilinə ayıran, nəticədə o fənlərə vaxtı qalmayan uşaqlar. Sosial şəbəkələrdə müəllimlərin və şagirdlərin bununla bağlı onlarla paylaşımını görmək olur. Bəs bu qədər insan haqsızdırmı?”
Yeniavaz.com-a danışan təhsil eksperti Elçin Əfəndiyev isə bildirib ki, imtahanın çətin və ya asan olması ilə bağlı hazırda fikir bildirmək düzgün deyil:
“Çoxunun təsəvvüründə belə formalaşıb ki, bu attestat imtahanıdır və sadə olmalıdır. Amma xeyr, bu, qəbul imtahanının birinci mərhələsidir. Ümumilikdə 700 ballıq imtahan prosesinin bir parçasıdır. Kimlərsə abituriyentləri yalnız sadə suallar üzərində hansısa təşkilatın keçirdiyi imtahanlara yönləndirə bilər. Məsələn, OTK portalı və ya hansısa qiymətləndirmə mərkəzi. Orada asan suallar üzərində yüksək bal toplayırlar və düşünürlər ki, buraxılış imtahanında da bu balı əldə edəcəklər. Amma belə deyil. İmtahanın çətin və ya asan olduğunu yalnız nəticələr müəyyən edəcək. Hazırda bu barədə fikir bildirmək düzgün deyil. Heç kim deyə bilməz ki, “bu mövzu tədris proqramında yoxdur, bu mövzu tədris olunmayıb”.
Qeyd edək ki, məsələ ilə bağlı DİM də açıqlama yayıb. Qurumdan bildirilib ki, imtahan sualları hazırlanarkən iştirakçıların hazırlıq səviyyələrinin fərqləndirilməsi əsas məqsədlərdən biridir:
“Çünki imtahanda yalnız zəif və orta hazırlıqlı abituriyentlər deyil, yaxşı hazırlıqlı iştirakçılar da bir-birindən fərqləndirilməlidir. Ümumiyyətlə imtahanın asan və ya çətin olması nisbi məsələdir. İmtahan iştirakçısının hazırlıq səviyyəsinə görə bu dəyişir. Hər hansı tapşırıq kimə görə çətin, kimə görə asan ola bilər. İmtahanın mürəkkəblik dərəcəsi sosial şəbəkələrdə yazılanlara əsasən müəyyən edilmir. Bunu əsasən hər imtahandan sonra zəif hazırlıqlı iştirakçılar yazırlar. Bu hər il təkrarlanır”.
Fəridə Əsədzadə
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:224
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 11 Mart 2026 18:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see621

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see497

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see475

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see324

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see313

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see305

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see304

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see300

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see293

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see287

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see263

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see261

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see257

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see254

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see254

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see253

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see249

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see248

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see246

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri