Icma.az
close
up
RU
Repetitor yanına getmirdim 300 bal toplayan Aydan

Repetitor yanına getmirdim 300 bal toplayan Aydan

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Dövlət İmtahan Mərkəzi aprelin 12-də keçirilən 11 illik buraxılış imtahanının nəticələrini açıqlayıb. 7 nəfər abituriyent maksimal 300 bal toplayıb. Bakı şəhəri, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin (FRİTL) şagirdi Aydan Gülalıyeva imtahanda 300 bal toplayaraq adını ölkə birinciləri sırasına yazdırıb.

Redaktor.az-a danışan Aydan uğurunun sirrini çox çalışmaqda gördüyünü deyir.

Aydan repetitor yanına getmədən hazırlaşdığını bildirib. Onun sözlərinə görə, liseydə aldığı təhsil və müəllimlərinin dəstəyi bu nəticədə böyük rol oynayıb:

“Liseydə oxuduğum üçün repetitor yanına getmirdim. Öncə valideynlərim, daha sonra isə müəllimlərim mənə hər zaman dəstək oldular”.

O, məktəbdən əlavə hər gün orta hesabla 5 saat dərs çalışdığını deyib. Aydan sosial şəbəkələrdən istifadə etmədiyini, boş vaxtlarını isə daha çox araşdırmalar aparmaqla keçirdiyini vurğulayıb.

Dediyinə görə, ən vacib məsələlərdən biri motivasiyanı itirməməkdir:

“Motivasiyadan düşəndə özümə “mən bacararam” deyə ruh verirdim”.

İmtahan günü həyəcan keçirmədiyini deyən Aydan nəticəsini öyrənəndə sevincini ilk olaraq ailəsi ilə bölüşüb. O hesab edir ki, uğurun əsas sirri davamlı zəhmət və məqsədə inanmaqdır.

Gələcək planlarından danışan Aydan hüquqşünas olmaq istədiyini bildirib. O, təhsilini Prezident yanında Dövlət İdarəçilik Akademiyasında davam etdirməyi arzulayır. Qarşısına qoyduğu növbəti məqsəd isə 11-ci sinifdə də maksimum nəticə əldə etməkdir.

Sonda isə yaşıdlarına belə səslənib:

“Ruhdan düşməsinlər, daha çox çalışsınlar. Mən hər zaman Vətənimə yararlı bir vətəndaş olmaq istəyirəm”.

Aminə ŞAHSUVARQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 08 May 2026 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see667

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see329

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see318

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see310

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see307

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see305

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see288

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see278

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see273

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see264

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see253

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see240

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see239

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see239

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see236

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see235

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see231

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see221

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see208

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri