Icma.az
close
up
RU
“90 dəqiqə burada oynayan hər an zədələnə bilər” Rəşad Sadıqov

“90 dəqiqə burada oynayan hər an zədələnə bilər” Rəşad Sadıqov

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Sabah bizi olduqca önəmli oyun gözləyir. Düşünürəm ki, oyuna yaxşı hazırlaşa bilmişik. Könül istəyərdi ki, hazırlaşmaq üçün daha çox vaxtımız olsun. Sabah 40 gün tamam olacaq ki, 9-cu oyuna çıxacağıq”.

“Qafqazinfo” xəbər verir ki, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov deyib.

O, sabah Azərbaycan Kubokunun finalında “Sabah”a qarşı keçirəcəkləri oyundan danışıb: 

“Hər biri də bizim üçün ağır keçib. Yorğunluq, gərginlik var. Mövsümün ən yaxşı oyunlarından birini keçirmək istəyirik. Qarşımızda ciddi rəqib var. Baxımlı futbol oynayan, yaxşı heyətə ,yaxşı futbolçu və məşqçi heyəti olan komanda ilə oynayacağıq. Ən yaxşısını etməyə çalışacağıq ki, qalib olaq”. 

- İki komandanı müqayisə etsəniz, ən çox üstünlüyü hansı tərəfdə görərdiniz?

- Kimin hansı üstün və çatışmayan cəhətləri varsa, mövsüm onu göstərib. Sabahkı matçda mövsümboyu üstünlüklər və çatışmazlıqlar üzərindən yox, əksinə, nə edək ki, qalib gələk deyə düşünürük. Hədəfimiz, oyun planımız var. Çalışacağıq ki, intizamlı şəkildə bunu edək və qalib biz olaq.

- Onun 7 kubok titulu var, siz də Azərbaycan Kubokunda 2 final görmüsünüz. Bu, sizin üçün xüsusi üstünlük görünə bilər?

- Əvvəlki illərdə çempionatın favoriti ilə qarşılaşmışıq. Bu mövsüm də “Sabah”la. Qismətdə hər üç dəfə çempionla qarşılaşırıq. Rəqibdə psixoloji üstünlük yaradır. Onlar daha əmin hiss edəcəklər özlərini. Valdas Dambrauskas da təcrübəlidir. Bizim üzərimizdə təzyiq daha çox olacaq. İtirəcək çox şeyimiz var. Rəqib isə çempiondur. Daha rahat olan tərəf olacaqlar. İtirəcək çox şeyimiz olanı üstünlüyə çevirərək, daha döyüşkən oynamağa çalışırıq. Çempionatdan avrokuboklara getmək çətin görünür. Bəlkə də sabahkı oyun bizim üçün son şansdır.

- İki dəfə “Qarabağ”da finalda oynamısınız. Hər ikisində də çox yaxşı. “Sabah”la son matçda isə 2:2 oynamışdınız. Sabah Rəşad Sadıqov “Sabah”ı necə analiz edib? Daha fərqli oynayacaqsınızmı?

- Oyunöncəsi mətbuat konfransında bəzi sualları açıq cavablamaq olmur. Çox da sürpriz gedişat olmayacaq. Başa düşürük ki, rəqib bu mövsüm oynadığı kimi oynayacaq, üstünlüyə yiyələnməyə, qol vurub daha rahat oynamağa çalışacaq. Rəqibin hücum potensialını və səviyyəsini başa düşürük. Sabah bizim də müəyyən planımız var. Çalışacağıq ki, onu intizamlı şəkildə həyata keçirək. Sabah baxımlı oyun oynamaq istəyirik. Azarkeşlər bu finalı gözləyirlər. İstəyərdik ki, gözəl oyun keçsin. Oyun necə keçəcək, onu sabah görəcəyik.

- “İmişli”yə qarşı Qubada, bərbad stadionda oynadınız, ekstra güc sərf etdiniz...

- Çox məyusedicidir. Təsəvvür edin, kubokla bağlı maraqlı hadisələr başımıza gəlir. Ən çox şikayət edən mən idim ki, kubokda az oyun olur. Neçə ildir 1/8 finaldan başlayırıq. Bu mövsüm “Neftçi” ilə də 1/8 finalda qarşılaşdıq. Bu mövsüm final erkən oldu, sıx qrafikə düşdük. Finala istədiyimiz kimi hazırlaşa bilmirik. Son matçı Qubada oynadıq. Mayda palçıqda oynamaq, meydança su... Əlavə yorğunluq... Dəyişikliklərdən gördünüz ki, oyuna çox güc qoya bilmədik. Meydançanın vəziyyətindən görürdüm ki, 90 dəqiqə burada oynayan hər an zədələnə bilər.

- “Omoniya”ya 6:0 uduzmuşdunuz. Bu mövsüm də uduzdunuz. Qisas hissi yaradır sizdə? 

- Bəli cənab Dambrauskasla qarşılaşmışıq. Məndə xüsusi aqressiya yoxdur, hörmətim var ona. Sevinirəm ki, çempionatımızda belə məşqçimiz var. Ümid edirəm ki, bir gün eyni şərtlərlə qarşılaşarıq. Onun və mənim edəcəyim həmlələr daha maraqlı olacaq.

- Sizin və komandada əhval-ruhiyyədə necədir?

- Əhvalım yüksəkdir. Zirə ilə üçüncü finalımızı oynayacağıq. Bayram əhval-ruhiyyəsindəyik. Futbolçularıma təşəkkür edirəm. Altıncı ilimdir. Beş ildə 2-ci olmuşuq, birində 3-cü. Altı dəfə medallar uğrunda mübarizə aparmışıq. Yüksək yerlər uğrunda mübarizə aparmışıq. Futbolçularımla hər zaman qürur hissi duymuşam. Bu mövsüm yay seleksiya dönəmində kimin iddialı, kimin titullar uğrunda mübarizə aparacağını öncədən görmək olurdu. Komandam sona qədər yarışın içində idi. “İmişli” oyununda bəlkə də yarışdan qopduq. Finala görə, oynaya bilərdik. Oyuna güc qoya bilərdik. Amma başa düşürdük ki, bizi final gözləyir. Biz daha çox sabahkı oyuna güc verdik. Sabahkı nəticədən asılı olmayaraq, 6 ildəki əzmkarlıq, xüsusilə son 2 ildə ki, nəticələrə görə futbolçularıma təşəkkür edirəm.

- Penaltilər seriyasına hazırlaşmısınız?

- Hazırlaşmışıq. Ola bilsin ki, Damrabuskasın yerində mən də penalti seriyasına hazırlaşmazdım. İlk hədəfim o olardı ki, 90 dəqiqədə hədəfə çatım. Biz də istəyərdik ki, matç 90 dəqiqədə bitsin. Amma hər şey realdır.

- Bəzi klublar var ki, sabah “Sabah”a azarkeşlik edəcək. “Neftçi” avrokubok şansını artıracaq, “Qarabağ” Avropa Liqasına, “Turan Tovuz” isə Konfrans Liqasında 2-ci təsnifatdan başlayacaq. Bu məqam sizə əlavə motivasiya verəcək?

- Bu barədə futbolçularla danışmışıq. Elə vəziyyət yaranıb ki, finalda məğlubiyyətimiz hər dörd kluba sərf edir. Futboldur. Anlayışla qarşılayıram. Yəqin ki, onların yerində olsaydım, “Sabah”ın qalib gəlməsini istəyərdim. Hansısa neqativ və ya üstünlük yaratmır. Öz oyunumuza, hədəflərimizə köklənmişik. Başa düşürük ki, bu oyun klubun tarixində necə önəmlidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 12 May 2026 19:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see265

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see183

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see177

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see176

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see171

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see171

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see170

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see170

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see168

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see168

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see167

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see167

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see165

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see165

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see164

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see163

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see162

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see160

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see158

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri