Rəşad Sadıqov: “Bakıda 90 dəqiqə belə oynasaq, mərhələni keçəcəyik”
Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Konfrans Liqasının II təsnifat mərhələsinin “Payde” (Estoniya) – “Zirə” (1:0) matçından sonra “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırdı.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı təəssüratlarını bölüşdü:
– İlk dəqiqələrdən rəqib üzərində istədiyimiz təzyiqi yarada bildik, üstünlük qazandıq və qol epizodlarımız oldu. Təəssüf ki, həmin dəqiqələrdə fərqlənə bilmədik. Birinci hissə bizim üçün üstün keçdi. İkinci hissəyə də fəal başladıq, lakin son 15–20 dəqiqədə oyun bərabərləşdi və rəqib təhlükəli epizodlar yarada bildi. Rəqibin avrokuboklar təcrübəsinin olduğunu oyunun sonunda hiss etdik. Allahın izniylə evdəki oyunda rəqib üzərində qələbə qazanıb mərhələni keçmək istəyirik.
– İki fərqli hissə izləməyimizin səbəbi nə idi? Birinci hissədə rəqibin qapıya zərbəsi yox idi, ikinci hissə isə tam fərqli keçdi…
– Birinci hissədə böyük üstünlüklə oynayırdıq, yaxşı epizodlarımız var idi, lakin istifadə edə bilmədik. İkinci hissədə oyun müəyyən dəqiqələrdə bərabərləşdi, müəyyən dəqiqələrdə rəqib üstün oldu, xüsusilə də standart vəziyyətlərdən sonra təhlükə yaratdılar. Epizodların birində dönən topu uzaqlaşdıra bilmədik, rəqib fərqləndi. Çalışacağıq ki, birinci hissədə göstərdiyimiz futbolu Bakıda 90 dəqiqə ərzində göstərək və qələbə qazanaq.
– Legioner limitinin götürülməsi klublara müsbət təsir etdimi və yerli futbolçuların performansında irəliləyiş var?
– Bu, dəfələrlə cavablandırdığımız sualdır və düşünürəm ki, bu günün mövzusu deyil. Bu gün limitin bizim oyuna və ya məğlubiyyətimizə heç bir aidiyyatı yoхdur. Rəqib qalib gəldi, biz də çalışdıq. Səfərdə oynayırdıq, bu gün rəqib üstün oldu, amma çalışacağıq ki, Bakıda üstün tərəf biz olaq.
Ayxan
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 23 İyul 2026 23:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















