Icma.az
close
up
RU
90 il sonra təkrarlanan TARİX II Dünya Müharibəsi də belə başlamışdı...

90 il sonra təkrarlanan TARİX II Dünya Müharibəsi də belə başlamışdı...

Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.

Uzun illərdir yaşanan gərginlik fonunda Rusiya iddia edir ki, Avropa ona qarşı hücuma hazırlaşır.
Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Qruşko Avropa ölkələri Birləşmiş Ekspedisiya Qüvvələrinin (OES) keçirdiyi təlimlər çərçivəsində Kalininqrad vilayətinin dəniz blokadası və ələ keçirilməsi ssenarilərini məşq etdiklərini bildirib.
Onun sözlərinə görə, OES himayəsi altında keçirilən təlimlərdə belə ssenarilər də nəzərdən keçirilir.
Qruşko qeyd edib ki, son illərdə Uzaq Şimal, Şimali Atlantika və Baltik dənizi zonasında operativ reaksiya üçün məsul olan Avropa hərbi qüvvələrinin fəallığı artmaqdadır.
O, həmçinin NATO-nun “Baltik keşikçisi” əməliyyatını xatırladıb.
Bu əməliyyat Baltik dənizinin dibində enerji və kommunikasiya kabellərinin zədələnməsindən sonra başladılıb.
Bu əsasda da XİN rəsmisi hesab edir ki, Avropa ölkələri Birləşmiş Ekspedisiya Qüvvələrinin (OES) keçirdiyi təlimlər çərçivəsində Kalininqrad vilayətinin dəniz blokadası və ələ keçirilməsi ssenarilərini məşq edir.
Aleksandr Qruşko bəyan edib ki, ölkəsi mümkün ciddi münaqişə halında prioritet hədəflər siyahısını yenidən nəzərdən keçirərkən Fransanın nüvə silahını Avropanın nüvəsiz ölkələrinin ərazisində yerləşdirmək niyyətini nəzərə alacaq.
Xatırladaq ki, mart ayında Fransa nüvə qüvvələrinin Avropanın nüvə silahına malik olmayan ölkələrdə yerləşdirilməsi ehtimalını istisna etməyib. Bu xüsusda əsasən də Polşa nəzərdə tutulur. Fransa Prezidenti Makron həmçinin Parisin malik olduğu nüvə silahlarının sayının artırılması barədə göstəriş verib.
II Dünya müharibəsi də belə başlamışdı...
Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov isə Almaniyaya xəbərdarlıq edib. O bildirib ki, Almaniyada hərbi sənaye və ordunun gücləndirilməsi fonunda hər şey II Dünya müharibəsindən əvvəlki durumu xatırladır.
Xatırladaq ki, II Dünya Müharibəsindən əvvəl də Almaniya sürətlə silahlanma mərhələsinə qədəm qoymuşdu. İndi də Almaniyanın avtomobil nəhəngləri profillərini dəyişərək, maşınların əvəzində silah istehsalına üstünlük verməyə başlayıb.
Avropa ilə Rusiya arasında savaş başlayacaq?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Qabil Hüseynli bildirib ki, Avropa ilə Rusiya arasında savaş ehtimalı indiki halda mümkünsüzdür:
“Rusiyanın Ukraynaya təcavüzü bu ana qədər hərbi məsələlərə ciddi önəm verməyən Avropa ölkələrini də istər-istəməz oyatdı. Avropa artıq dərk edir ki, Rusiyanın qarşısı alınmasa o, Ukraynadan sonra şirniklənərək, qitənin daha dərinliklərinə doğru irəliləmək niyyətinə düşəcək.
Onun nəticəsidir ki, Avropa ABŞ-dan fərqli olaraq Ukrayna məsələsinə daha çox həssas yanaşır. Eyni zamanda, paralel olaraq qitə ölkələri özlərinin hərbi gücünü də artırır. Bu əsasda da görürük ki, əsasən Böyük Britaniya, Fransa və Almaniya hərbi cəhətdən möhkəmlənməyə çalışırlar”.
Politoloq deyir ki, Moskvanı xüsusən də Almaniyanın silahlanma yönündəki hərəkətləri qıcıqlandırır:
“Çünki Rusiyaya hələ də belə düşünür ki, Almaniya silahlana bilməz”.
Həmsöhbətimizin fikrincə, Avropa ölkələri Birləşmiş Ekspedisiya Qüvvələrinin təlimlərinə isə adi təlimlər kimi baxmaq lazımdır:
“Hər bir dövlət gərgin münasibətlərin mövcud olduğu dövrdə sabitlik dövrü ilə müqayisədə daha çox dərəcədə öz təhlükəsizliklərinin qayğısına qalır. Birləşmiş Ekspedisiya Qüvvələrinin təliminə də bu kontekstdə yanaşmaq lazımdır”.
 

Ekspertin sözlərinə görə, Moskvanın belə məqamları qabartması isə əslində özünün gələcək ekspansiyasına don geyindirmək, qarşı tərəfi cavab tədbirlərinə əl atmaqla hədələmək məqsədi daşıyır:


“Bütün hallarda Avropa ilə Rusiya arasında savaşın olacağı ehtimalı çox aşağıdır. Moskva xeyli zəifləyib. Rusiya heç Ukraynanın öhdəsindən gələ bilmir. Bu əsasda onun başqa bir Avropa ölkəsinə hücumu Rusiyanı birmənalı şəkildə daha ağır duruma salacaq. Rusiya yalnız Ukrayna müharibəsindən uduşlu çıxacağı təqdirdə, Avropanı da cəzalandırmaq barədə düşünə bilər. İndiki halda isə bunlar boş söhbətlərdir”.
Rüfət Sultan, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://bizim.media
archiveBu xəbər 25 Aprel 2026 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see599

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see312

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see301

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see294

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see291

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see289

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see279

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see261

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see256

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see248

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see245

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see236

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see231

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see231

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see230

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see226

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see225

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see225

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see223

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri