Icma.az
close
up
RU
XX əsrin ən qanlı faciəsi II Dünya Müharibəsi...

XX əsrin ən qanlı faciəsi II Dünya Müharibəsi...

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan həm ön, həm də arxa cəbhədə qəhrəmanlıq nümayiş etdirib

XX əsrin ən qanlı və dağıdıcı müharibəsi sayılan II Dünya Müharibəsi demək olar ki, bütün dövlətlərin tarixində silinməz bir iz buraxdı. On milyonlarla insanın həyatını itirdiyi, şəhərlərin, kəndlərin, hətta dövlətlərin yerlə-yeksan olduğu, bu qanlı savaşda, faşizmə qarşı mübarizədə demək olar ki, hər kəs öz gücü müqabilində yer aldı, qələbəyə töhfə verdi. Müharibənin statistikasına nəzər salsaq:

- 1939-1945-ci illəri əhatə edən II Dünya Müharibəsinə 60-dan çox dövlət, ümumilikdə 1 milyard 700 milyon insan - o dövr üçün dünya əhalisinin dörddə üçü qatılıb;

- Döyüşlər təxminən 40 ölkənin ərazisində gedib;

- Müharibədə təxminən (fərqli statistikalar mövcuddur) 70 milyona yaxın insan həyatını itirib, 100 milyon insan yaralanıb və yaxud bu və ya digər dərəcədə əlillik qazanıb;

- Azərbaycanın da daxil olduğu keçmiş SSRİ İkinci Dünya müharibəsində 30 milyon nəfər itki verib. 

Beləliklə, 6 il çəkən müharibə müttəfiqlərin faşist koalisiyası üzərində qələbəsi ilə nəticələndi. 1945-ci il mayın 8-dən 9-a keçən gecə alman generalı Vilhelm Keytel qeydsiz-şərtsiz təslim aktını imzaladı. Həmin ilin 14 noyabrında isə başlıca alman hərbi müqəssirlərin mühakimə olunması ilə əlaqədar Nürnberq prosesi başlandı...

Azərbaycanın qələbədəki böyük rolu və payı

Vurğulandığı kimi, faşizmə qarşı mübarizədə demək olar ki, dünyanın əksər xalqları, dövlətləri iştirak edirdi. Bu qələbədə həmin dövrdə Sovet İttifaqının tərkibində olan Azərbaycan da önəmli rol oynadı. Azərbaycanın sənaye potensialı, xüsusilə Bakı nefti sovet ordusunun yanacaq təminatının əsas mənbəyi idi. Qələbəyə gedən yolun “neft yolu” adlandırılması təsadüfi deyil - 1941-ci ildə SSRİ-də istehsal olunan neftin 75 faizi Azərbaycana məxsus idi. 2019-cu ilin oktyabrında Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasındakı çıxışında Azərbaycan Prezidenti İlham Əliyev bu məsələyə toxunub. Bildirib ki, faşizm üzərində ümumi Qələbəmizə Azərbaycan layiqli töhfə verib. Azərbaycanın 600 mindən çox oğlu və qızı Böyük Vətən müharibəsi cəbhələrində döyüşüb, onların yarısı ümumi Qələbəmiz uğrunda canlarından keçib: “Müharibə illərində göstərdikləri igidliyə görə Azərbaycanın 130-dan çox nümayəndəsi Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Azərbaycan bütün ölkəni yanacaqla təmin edib. Cəbhə üçün çox zəruri olan neftin 70 faizdən çoxu, benzinin 80 faizi, motor yağlarının 90 faizi Azərbaycanın payına düşürdü. Bunlar olmasaydı, sovet ordusu düşmənə qalib gələ bilməzdi”.

Bəli, sözügedən Dünya müharibəsi Azərbaycan sərhədlərindən uzaqda getsə də, biz bu müharibədə qazanılan qələbədə böyük pay sahibi olmuşuq. Müharibə illərində Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq və şücaət nümunələri göstərib. Qısa müddətdə respublikada 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi yaradılıb. Respublikamızdakı sənaye müəssisələri gecə-gündüz fəaliyyət göstərərək cəbhə üçün zəruri olan müxtəlif məhsullar, həmçinin silah istehsal etməyə başlayıb. Paralel olaraq yerli əhali həm də ordunun ərzaq təminatında böyük rola sahib olub.

Faşizmə haqq qazandıranlar...

Beləliklə, II Dünya Müharibəsi faşizmə, işğala qarşı dirəniş, mübarizə savaşı kimi tarixə yazılıb. Bu müharibə hər bir ölkənin tarixində izlər buraxıb - bu gün dünyanın əksər ölkələrində yaşayan ailələr bu müharibədə öz yaxınlarını, əzizlərini itiriblər. II Dünya Müharibəsində qazanılan qələbəyə göstərilən hörmət və ehtiram həmin insanların - faşizmə qarşı mübarizə aparan insanların xatirəsinə hörmət əlamətidir.

Amma bəzi dövlətlər nəinki bu əbədi xatirələrə hörmət qoymur, əksinə, faşizmə köləlik etmiş, günahsız insanların öldürülməsində rolu, əli və iştirakı olan bədnam terrorçulara heykəllər belə qoyurlar. Bu kimi addımlar vandalizm aktlarının, eləcə də faşizm ideologiyasının təbliği deməkdir. Belə hallar müharibə və işğalçılıq ideologiyasını təbliğ edən ölkələrdə xüsusilə geniş yayılıb. Məsələn, Ermənistan bu məsələdə bariz nümunədir. Bir neçə il bundan əvvəl Ermənistanda faşist cəlladı və canisi, Njde ləqəbi ilə məşhur olan Qaregin Ter-Arutyunyana 6 metr hündürlüyündə heykəl qoyulub, heykəlin açılışında bu ölkənin keçmiş prezidenti iştirak edib.

Tarixə və bugünkü reallıqlara nəzər yetirdikdə Q.Nijdenin kimliyi və bu səpkidə Ermənistan dövlətinin, bu ölkəyə rəhbərlik edənlərin, erməni millətçilərinin terrorçu mahiyyəti, faşizm ideologiyasından qidalanmasını əks etdirən aşkar faktlar ortaya çıxır. 2019-cu ildə keçirilən tədbirdəki çıxışında Prezident İlham Əliyev bildirib: “Rusiya Xarici İşlər Nazirliyi “Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsi, neonasizmin yayılması və irqçiliyin, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və onlarla bağlı dözümsüzlüyün müasir formalarının yayılmasına şərait yaradan praktikanın digər növləri ilə bağlı vəziyyət haqqında” məruzəsində deyilir ki, Ermənistanın keçmiş hakim respublikaçılar partiyası millətçi təmayüllü, Üçüncü Reyx ilə əməkdaşlıq etməsi haqqında məlumat olan, birmənalı siyasi mövqeyi olmayan Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsi üçün addımlar atıb”.

44 günlük müharibə: faşizm üzərində növbəti qələbə...

Faşist rejimi ilə əməkdaşlıq etmiş şəxsin qəhrəman obrazında təqdim olunması yalnız regionda deyil, bütün dünyada təbliğ olunan antifaşizmə ziddir. Bu kimi addımlar təkcə tarixin saxtalaşdırılması deyil, eyni zamanda gənc nəsildə yanlış ideoloji yönləndirməyə xidmət edir. Amma belə bir addımın Ermənistan tərəfindən atılması təəccüblü görünməməlidir. 30 ilə yaxın Azərbaycan torpaqlarını işğal altında saxlayan, azərbaycanlılara qarşı soyqırımı həyata keçirən Ermənistanın terrorçu Njdeyə heykəl qoyması bir daha sübut etdi ki, həmin dövlət terrorist düşüncəyə və ideologiyaya əsaslanır.

Tarix göstərir ki, azadlıq və ədalət uğrunda mübarizə xalqın milli ruhunun gücü ilə qələbə gətirir. II Dünya müharibəsində faşizmə qarşı vuruşan Azərbaycan oğulları insanlığın xilası üçün canlarını fəda etdilər. Bu şanlı irs 2020-ci ilin 44 günlük Vətən müharibəsində də özünü göstərdi. Azərbaycan əsgəri bu dəfə torpaqlarımızı azad etməklə həm tarix qarşısında, həm də beynəlxalq hüquq qarşısında ədaləti bərpa etdi. Hər iki savaşda Azərbaycan xalqı göstərdi ki, haqlı olan heç vaxt məğlub olmur və hər bir nəsil öz zəfər dastanını yazmağa qadirdir.

P.İSMAYILOV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:252
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 09 May 2025 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri