Icma.az
close
up
RU
“907 ci düzəliş AXC Müsavat hakimiyyətindən qalan “miras”dır Deputatdan sərt sözlər

“907 ci düzəliş AXC Müsavat hakimiyyətindən qalan “miras”dır Deputatdan sərt sözlər

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

“Cənab Prezident jurnalistlərlə görüşündə “907- ci düzəliş” məsələsinə xüsusi toxundu və haqlı olaraq qeyd etdi ki, bu düzəliş Azərbaycan - Amerika münasibətlərinin üzərində uzun müddət qara bulud kimi fırlanırdı...”
Demokrat.az xəbər verir ki, bu fikirləri ADMP sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.
“Və mən, 907- ci düzəliş haqda ətraflı məlumatı olmayanların diqqətinə bir vacib məqamı çatdırmaq istəyirəm: Həmin hadisə 1992 - ci ildə baş verib. Yəni, AXC - Müsavat cütlüyünün hakimiyyəti dövründə! Lap dəqiq desəm: O zaman idarəçiliyin başında dayanan marjinal qrup qısa müddət ərzində diplomatiyamızı, xarici əlaqələri elə kökə saldı ki, nəhayətində bizim heç bir dövlətlə normal münasibətlərimiz qalmadı. Nə qonşularla, nə da başqaları ilə. Niyə?! Çünki ölkə xaosa sürüklənmişdi. Çünki müdafiə nazirimiz riyaziyyat, xarici işlər nazirimiz fizika müəllimi idi. Çünki Vaşinqtonun, Linkolnun, Kennedinin adını həyatında bircə dəfə də olsun eşitməyən Arif Hacılı kimi “ağıl qısırı” ilə, beşikdən birbaşa Prezident Aparatına transfer olunan Əli Kərimli kimi südəmərlə Biləcəridən o tərəfə keçmək, Azərbaycan - Amerika münasibətləri qurmaq mümkün deyildi!
Nəhayət: Əgər, o dövrdə Azərbaycanın vəzifə iearxiyasında 3 - cü pillədə qərarlaşan şəxs - mötəbər qonaqlarla, məsələn, Marqaret Tetçerlə düzənlənən görüşdə protokol gərəyi süzülmüş çaxırı son damlasına qədər başına çəkib, ardınca da bütöv dəstə “petruşka”nı barmağına dolayaraq “zakuska” edirdisə - əlbət ki, qarşısındakı xarici təmsilçi beləsi ilə nəinki dövlət təması, heç şəxsi təmas belə qurmazdı!
Ona görə də yenidən xatırlatmaq istəyirəm: Bizim bir çox bəlalarımız, problemlərimiz kimi, “907 - ci düzəliş” də, Azərbaycana AXC - Müsavat cütlüyünün hakimiyyəti dövründən “miras” qalıb və...nə təəssüf ki, həmin düzəlişin (maddənin) qəbul edilməsində ən az erməni lobbisi qədər “xidmət”i, rolu olan Əli Kərimli, Cəmil Həsənli kimi ünsürlər, siyasət dəllalları bu günün özündə də “diplomatiya” adinı dillərinə gətirməkdən və xarici media orqanlarında beynəlxalq siyasətlə bağlı palaz - palaz yazılar dərc etdirməkdən utanmırlar!” – deyə Partiya sədri fikirlərinə davam edib.
Jalə
Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:152
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 08 Yanvar 2026 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri