Icma.az
close
up
RU
907 ci düzəlişin ləğvi Azərbaycanın haqlı mövqeyinin tanınmasıdır ŞƏRH

907 ci düzəlişin ləğvi Azərbaycanın haqlı mövqeyinin tanınmasıdır ŞƏRH

Icma.az bildirir, Metbuat portalına istinadən.

“907-ci düzəlişin ləğv olunması məsələsi ABŞ Konqresində yeni parlamentdə qaldırılacaq".

Bunu politoloq Natiq Miri Metbuat.az-a açıqlamasında bildirib. O əlavə edib ki, bu məsələ ABŞ prezidentinin səlahiyyətlərinə aiddir:

“907-ci düzəliş ləğv edilmir, sadəcə icrası dayandırılır. Bu düzəlişin icrasının dayandırılması müddəti göstərilmir. Son Bayden administrasiyasının hakimiyyəti dövrünə qədər, bu cür icraat bir illik müddətə dayandırılır və hər il Azərbaycanla əməkdaşlıq fonunda təzələnirdi. Yəni düzəlişin icrası bir illik müddətə dayandırılırdı. İndiki vəziyyətdə prezident Donald Trampın bunu bir illik müddətəmi, yoxsa davamlı olaraqmı dayandıracağı hələlik bəlli deyil”.

N.Miri vurğulayıb ki, ləğv olunması qərarını qəbul edən Nümayəndələr Palatasıdır və bu baxımdan həll olunacaq məkan da Konqresdir:

"Sadəcə prezident öz səlahiyyətindən istifadə edərək müvəqqəti dayandırır. Biz isə bunun davamlı olmasını və birdəfəlik ləğv edilməsini istərdik. 1992-ci ildə qəbul olunan bu düzəliş Azadlıq Aktına qarşı olan bir sənəddir, Azərbaycan üçün həqiqəti əks etdirməyən və təzyiq mexanizmi olaraq ortaya atılmış siyasi riyakarlıqdır. Gerçəkdə isə azadlığı məhdudlaşdırılan, yurd-yuvasından qovulan tərəf Azərbaycan idi, Azərbaycan xalqı idi. Əgər azadlığın məhdudlaşdırılmasından söhbət gedirsə, bu düzəliş Azərbaycana deyil, Ermənistana tətbiq olunmalı idi. Çünki Azərbaycanın torpaqlarını, o cümlədən Qarabağı işğal edən Ermənistan ordusu idi”.

Politoloq əlavə edib ki, icraatın dayandırılması Azərbaycana və onun dövlət başçısına olan münasibətin göstəricisidir:

“Azərbaycan dövlət başçısı indiyə qədər aparılan danışıqlarda bu məsələni açıq şəkildə qaldırıb, bəyan edib və Tramp administrasiyası da ehtiyac duyub ki, Azərbaycan üçün həssas olan bu mövzunu nəzərə alaraq icranı dayandırsın. Hər bir halda bu, müsbət hadisədir. Azərbaycana qarşı müsbət münasibətin göstəricisidir və iki dövlət arasında strateji tərəfdaşlığa yönəlmiş əngəllərin aradan qaldırılması addımıdır. Əgər strateji tərəfdaşlıq niyyəti varsa, bu cür əngəlləyici amillər ortadan qaldırılmalıdır. Çünki dostlar arasında belə qərəzli münasibətlər olmur. Bu, Azərbaycana qarşı münasibətdir və müsbət dəyərləndirilməlidir. Təbii ki, könül istərdi ki, bu məsələ parlament səviyyəsində qoyulsun və birdəfəlik ləğv olunsun, yalnız icranın dayandırılması ilə kifayətlənilməsin”.

Sevinc İbrahimzadə / Metbuat.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 08 Avqust 2025 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see156

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see155

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see155

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see147

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see142

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see138

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see133

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see133

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see132

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see132

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see132

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see132

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see131

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see130

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see127

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri