91 lərdən olan Zakir Sərdarovun adı Göygöldə küçəyə verildi
Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
Göygöl şəhərində küçə adının dəyişdirilməsi ilə bağlı müvafiq qərar qəbul edilib.
Bakıvaxtı.az-ın məlumatına görə, Göygöl Rayon İcra Hakimiyyəti başçısının imzaladığı sərəncama əsasən, şəhər ərazisində yerləşən Gənclik küçəsi bundan sonra görkəmli alim Zakir Sərdarovun adını daşıyacaq.
Qərar Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının nəzdində fəaliyyət göstərən advermə komissiyasının müzakirələri və rəyinə uyğun olaraq qəbul olunub. Sərəncamda qeyd olunur ki, küçəyə Zakir Sərdarovun adının verilməsi onun Azərbaycan elminə, dövlətçiliyinə və ictimai-siyasi fikir tariximizə verdiyi mühüm töhfələrlə bağlıdır.
Qeyd edək ki, Zakir Həsən oğlu Sərdarov Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, elmi kadrların hazırlanmasında əvəzsiz xidmətləri olan görkəmli alim və ziyalı kimi tanınıb. O, Yeni Azərbaycan Partiyasının yaradılmasında iştirak edən “91-lər” hərəkatının üzvlərindən biri olub, elmi əsərlərində erməni saxtakarlıqlarına qarşı ardıcıl mövqe nümayiş etdirib. Alim 5 kitabın, 300-dən artıq elmi məqalənin və 4 monoqrafiyanın müəllifidir.
Sərəncama əsasən, müvafiq dəyişikliklərin aparılması üçün sənəd Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə göndərilib. Eyni zamanda, Göygöl Rayon İcra Hakimiyyətinin aidiyyəti qurumlarına bələdiyyə ilə birlikdə zəruri tədbirlərin icrası tapşırılıb.
Zeynəb Rzayeva
Baxış sayı:89
Bu xəbər 31 Dekabr 2025 14:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















