Icma.az
close
up
RU
Zakir Sərdarovun adına küçə salındı

Zakir Sərdarovun adına küçə salındı

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Biləsuvarda Milli Məclisin mərhum deputatı, ictimai-siyasi xadim, tarixçi alim və “91-lər” hərəkatının tanınmış nümayəndəsi Zakir Həsən oğlu Sərdarovun adı əbədiləşdirilib.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov sərəncam imzalayıb.

Qərara əsasən, Biləsuvar şəhərində əvvəlki illərdə yaşayış sahəsi kimi formalaşmış və yeni inzibati bölgüyə uyğunlaşdırılmış ərazi bundan sonra Zakir Sərdarovun adını daşıyacaq. Sərəncam sakinlərin müraciətləri və keçirilən yığıncağın nəticələri nəzərə alınmaqla qəbul edilib. Müvafiq olaraq, küçə adlarını əks etdirən lövhələrin quraşdırılması və ünvan sistemində dəyişikliklərin aparılması aidiyyəti qurumlara həvalə olunub.

Qeyd edək ki, Zakir Sərdarov 1943-cü il dekabrın 31-də Qərbi Azərbaycanın Qaraqoyunlu mahalında anadan olub. O, Yeni Azərbaycan Partiyasının yaradılmasında fəal iştirak edib, həmçinin 1992-ci il dekabrın 7-də təsis olunan Heydər Əliyevin Müdafiə Komitəsinin üzvü olub.

Mərhum deputat Milli Məclisin İnsan hüquqları komissiyasında, Azərbaycan–Almaniya Parlamentlərarası Dostluq Qrupunda, SSRİ və Azərbaycan Jurnalistləri İttifaqında təmsil olunub.

Zakir Sərdarov SSRİ Jurnalistlər İttifaqının Fəxri fərmanı, Azərbaycan Jurnalistlər Birliyinin “Qızıl Qələm” mükafatı və “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilib.

O, 1999-cu il dekabrın 14-də vəfat edib.

Əli Hüseynov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 20 May 2026 13:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see413

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see300

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see296

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see289

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see281

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see271

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see270

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see258

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see253

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see237

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see230

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see223

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see204

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see194

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see193

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see188

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see180

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see180

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see168

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri