Icma.az
close
up
RU
93 yaşlı kişi gənc qadınla evləndi: Uşaqlarının doğulmasından danışdılar

93 yaşlı kişi gənc qadınla evləndi: Uşaqlarının doğulmasından danışdılar

Lent az saytına istinadən Icma.az xəbər verir.

Avstraliyada 93 yaşlı həkim Con Levin 37 yaşlı həyat yoldaşı Yanin Lu ilə birlikdə oğul övladı sahibi olub. Yaş fərqinə baxmayaraq, cütlük ikinci uşaq dünyaya gətirməyi planlaşdırır.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, cütlük koronavirus pandemiyası dövründə övlad sahibi olmaq qərarına gəlib. 2024-cü ilin fevral ayında Levin və həyat yoldaşı Yanin Lunun oğlu Qabbi dünyaya gəlib.

93 yaşında ata – “Hədəfim oğlumun 21 yaşını görməkdir”

Melburn şəhərində yaşayan ailə həkimi Con Levin sağlam qocalma üzrə mütəxəssisdir. O bildirib ki, oğlunun doğulması inanılmaz bir hadisə olub, çünki bu proses donor sperması və süni mayalanma (IVF) yolu ilə baş tutub. Levin, yaşına baxmayaraq, övladının uşaqlıq illərində onun yanında olmağı planlaşdırır:

“Əlbəttə, onun 21 yaşını qeyd edəcəyim günə qədər yanında olmaq mənim məqsədimdir”,  – Levin qeyd edib.

İkinci uşağı planlaşdırırlar

Qabbi hələ körpə olsa da, Levin və Lu artıq ikinci uşaq sahibi olmaq üçün süni mayalanma prosesinə yenidən başlayıblar.

Tanışlıq hekayəsi: dil dərsindən ailəyə uzanan sevgi

Levinin ilk həyat yoldaşı Veronika ilə 57 illik evliliyindən üç övladı olub. O, 2013-cü ildə həyat yoldaşını itirib, övladlarından biri isə 65 yaşında vəfat edib.

Daha sonra Levin Çin dili öyrənməyə qərar verib və çin dili müəllimi olan Yanin Lu ilə tanış olub. Cütlük 2014-cü ildə Las-Veqasda evlənib.

Maddi deyil, sevgi üçün evlənib

Yanin Lu bildirib ki, pandemiya dövründə karantin tətbiq olunduqdan sonra analıq barədə düşünməyə başlayıb. O, ərinin yaşına görə münasibətlərinə yönələn mənfi fikirləri rədd edərək deyib: “Conla tanış olduğum vaxt o iflas etmişdi. Mən var-dövlət üçün deyil, sevgi üçün evləndim”.

O, həmçinin əlavə edib ki, çox vaxt oğlunu ərinin nəvəsi və ya nəticəsi hesab edirlər.

Uzunömürlülük sirri: sağlam həyat tərzi

Dr. Levin artıq 20 ilə yaxındır ki, yaşlanmaya qarşı mübarizə ilə bağlı məsləhətlər verir. O, 30 il ərzində özünə böyümə hormonu vurub, idmandan, vegetarian qidalanmadan və səhər yeməyindən imtina edərək nizamlı həyat sürüb.

Levin spirtli içki və siqaretdən uzaq durduğunu deyərək sağlamlığını bu həyat tərzinə borclu olduğunu vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:142
embedMənbə:https://lent.az
archiveBu xəbər 14 Oktyabr 2025 20:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see155

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see150

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see144

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see136

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see128

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see128

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri