Icma.az
close
up
RU
Pandemiya uşaqlarının inkişaf problemləri

Pandemiya uşaqlarının inkişaf problemləri

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Pandemiya dövrü və bu dövrdə doğulan uşaqlar arasında autizm spektri pozuntuları, nitq geriliyi və sosial-emosional inkişafda gecikmələr müşahidə olunur. Bu vəziyyətin əsas səbəbləri pandemiya şəraitində yaranan sosial və psixoloji mühitlə bağlıdır. Karantin rejimləri və sosial izolyasiya uşaqların normal inkişafı üçün zəruri olan stimulları məhdudlaşdırdı. Körpələr və kiçik yaşlı uşaqlar erkən yaş dövründə sosial-emosional əlaqələr və qarşılıqlı ünsiyyət yolu ilə inkişaf edir. Lakin pandemiya səbəbindən bu proses pozuldu, ailədaxili ünsiyyət artdığı halda, uşaqların sosial mühitlə təması əhəmiyyətli dərəcədə azaldı.

Texnologiyadan ifrat istifadə də bu dövrdə doğulan və ya uşaqlıq dövrü pandemiya dövrünə təsadüf edən azyaşlılarda ciddi inkişaf problemlərinə səbəb oldu. Uşaqlar pandemiya dövründə daha çox ekran qarşısında vaxt keçirərək insanlarla ünsiyyətdən uzaq qaldılar. Televizor və planşetlər vasitəsilə əldə olunan məlumatların interaktiv olmaması, nitqin inkişafı üçün zəruri olan qarşılıqlı əlaqəni əngəllədi. Bu nitq geriliyi və sosial bacarıqlarda zəifliklə nəticələndi.

Valideynlərin pandemiya dövründə artan stress və narahatlığı da uşaqların inkişafına təsir etdi. Ailədaxili gərginlik uşaqların emosional sabitliyinə mənfi təsir göstərdi. Valideynlər çox vaxt uşaqlarla kifayət qədər keyfiyyətli ünsiyyət qura bilmədi, bu da sosial və nitq bacarıqlarında geriliklərin yaranmasına səbəb oldu.

Statistik məlumatlar problemin miqyasını daha aydın göstərir. ABŞ-da pandemiya illərində doğulan uşaqların 20%-dən çoxunda nitq və sosial bacarıqlarda gecikmələr müşahidə edilib. Böyük Britaniyada məktəbəqədər yaş qrupunda uşaqların 30%-ə qədərində ünsiyyət problemləri qeydə alınıb. Azərbaycanda isə 1-ci sinif şagirdləri arasında nitq geriliyi və sosial uyğunlaşma problemləri ilə bağlı artım müşahidə olunur.

Bu problemlərin həlli üçün erkən müdaxilə proqramları tətbiq edilməli, nitq terapiyası və davranış müalicəsi kimi xidmətlər genişləndirilməlidir. Məktəbəqədər və ibtidai təhsil müəssisələrində uşaqların sosial və emosional inkişafını dəstəkləyən xüsusi proqramlar hazırlanmalıdır. Valideynlər üçün təlimlər təşkil olunmalı, uşaqların nitq və sosial bacarıqlarını inkişaf etdirmək üçün onlara praktik metodlar öyrədilməlidir. Sistemli yanaşma ilə bu problemlərin təsirləri azaldıla bilər və uşaqların inkişafına dəstək verilə bilər.

Kamran Əsədov,

ADPU-nun Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 16 Noyabr 2024 15:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see826

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see274

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see269

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see266

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see261

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see244

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see238

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see237

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see225

Şölət Zeynalov: “Xaricdən gələn ideoloji risklərə qarşı dayanıqlı olmalıyıq”

12 Oktyabr 2026 14:37see203

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see196

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see193

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see193

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see192

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see189

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see188

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see187

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see183

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see183

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri