“9990 nömrəsindən gələn zənglə bağlı yayılan iddialara DİN dən REAKSİYA FOTO
Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Son günlərdə sosial şəbəkələrdə və messencərlərdə “9990” nömrəsindən gələn zənglərlə bağlı çağırış xarakterli məlumatlar yayılıb. Sözügedən məlumatlarda həmin zəngi açan şəxslərin bütün informasiyalarının ələ keçirildiyi iddia edilir.
Bu isə insanlar arasında təşvişə səbəb olub.
Mövzu ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanladıq. DİN-dən Bizim.Media-ya bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir və feykdir:
“Bank kartlarına müdaxilə və ya pul oğurlanması ilə bağlı hər hansı hal aşkarlanmayıb. Məsələ DİN-in aidiyyəti baş idarəsi tərəfindən araşdırılır. Əgər hər hansı təhlükəli xüsusat müəyyən olunarsa, ictimaiyyət dərhal məlumatlandırılacaq".
DİN vətəndaşları rəsmi mənbələrdən təsdiqlənməyən məlumatlara inanmamağa və şayiələrin yayılmasına yol verməməyə çağırıb.
Aygün Hüseyn, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 14 Noyabr 2025 17:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















