Icma.az
close
up
RU
“A frame” tikdirmək istəyənlərin nəzərinə

“A frame” tikdirmək istəyənlərin nəzərinə

Metbuat saytına istinadən Icma.az xəbər verir.

Son dövrlər Azərbaycanda, xüsusilə də rayonlarda və istirahət bölgələrində "A-frame" tipli evlərə maraq əhəmiyyətli dərəcədə artıb. Həm turizm obyekti tikdirmək istəyənlər, həm də sadə vətəndaşlar belə evlərə maraq göstərirlər.

Memar Muxtar Ərturan Metbuat.az-a açıqlamasında bildirib ki, son bir il ərzində belə A-frame evlərin inşası, alışı və satışı əsasən Abşeron yarımadasında, həmçinin turistik mərkəzləri olan rayonlarımızda böyük vüsət alıb:

“Bunun müsbət tərəfləri odur ki, "A-frame" evlər tez bir müddətdə inşa olunur. Çünki bu evlərinin inşasında daş, karkas, beton kimi vasitələr az istifadə olunur, buna baxmayaraq dayanıqlılığı uzunmüddətlidir. Daş evlər kimi tam möhkəm olmasa da, "A-frame" evlər Azərbaycan iqliminə – küləyə, qara və istiyə dözümlü olduqları üçün əlverişlidir”.

M.Ərturanın sözlərinə görə, "A-frame" evlərlə bağlı Azərbaycan inşaat bazarında mütəxəssislərin sayı azdır. Ona görə də bu tip evlərin necə inşa olunması barədə çox az adam məlumatlıdır:

“Bu sahədə məlumatı olmayan bəzi şəxslər pul qazanmaq məqsədilə “A-frame evlərin ucuz qiymətə satışı” adı altında tikintisini həyata keçirirlər. Reklamlarda tez-tez rast gəlirik ki, “cəmi 15 min manata a-frame evlər və ya “cəmi 20 min manata 6 otaqlı A-frame” və s. Amma bunlar hamısı yanlış fikirlərdir. "Frame" sözünün mənası metal karkas, ferma tipli deməkdir. Ferma tipli binalar isə əsasən metal konstruksiyada inşa olunur. Bu isə onu göstərir ki, layihələndirmə və tikinti zamanı həm monolit betondan, həm də metal konstruksiyadan istifadə olunmalıdır. Əfsuslar olsun ki, "A-frame" evləri tikən bəzi şirkətlər və fərdi şəxslər, xüsusilə maklerlər standartlara uyğun tikmirlər. Yerli topoqrafik planlara əsaslanmadan, bəzi hallarda fundamenti normal şəkildə hazırlamırlar. Həmçinin metal konstruksiyasını hazırlayarkən aşırımlara diqqət yetirmirlər. Bunun da nəticəsində ya həmin evlərin birinci mərtəbəsi su altında qalır, ya da gələcəkdə evin özündə səslər əmələ gəlir, izolyasiya məsələlərində problemlər yaranır”.

Mütəxəssis qeyd edib ki, günümüzdə bazarda yeni standartlara uyğun inşa olunan "A-frame" evlərin qiyməti bir kvadrat metr üçün 320, 380, 400 manat civarındadır:

“A-frame ev inşa edilərkən üç əsas məsələyə xüsusi diqqət yetirilməlidir. Birinci, evin fundamentinin düzgün təyin olunması, yəni qurulacağı yerin uyğunluğu və fundament qatının qalınlığı ilə tərkibində istifadə olunan armaturun düzgün seçilməsidir. İkinci məsələ metal konstruksiyada istifadə olunan dəmirlərin en kəsiyinin standartlara uyğun olması və bütün bağlantıların 100 faiz etibarlı şəkildə yerinə yetirilməsidir. Üçüncüsü isə "A-frame"də istifadə olunan dam örtüyü və pəncərələrin xüsusi izolyasiya qatı ilə təmin olunmasıdır. Çünki bu formatlı evlərdə dam birbaşa yer səviyyəsindən başlayır. Bu isə hər hansı rütubət, nəmişlik və digər bu kimi problemlərin yaranmasına səbəb ola bilər. Ona görə də izolyasiya məsələlərinə ciddi yanaşılmalıdır. Nəzərə almaq lazımdır ki, burada “kürsü” yoxdur və bu da onu izolyasiya baxımından daha həssas edir”.

Sevinc İbrahimzadə / Metbuat.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:529
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 19 May 2025 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see329

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see312

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see297

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see256

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see251

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see248

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see243

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see234

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see230

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see218

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see213

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see209

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see207

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see206

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see197

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see183

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see183

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see179

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see177

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri