Icma.az
close
up
RU
Ev tikdirmək istəyənlərin NƏZƏRİNƏ: Bu tarixdə başlasanız, daha ucuza BAŞA GƏLƏCƏK

Ev tikdirmək istəyənlərin NƏZƏRİNƏ: Bu tarixdə başlasanız, daha ucuza BAŞA GƏLƏCƏK

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

Son dövrlərdə tikinti sektorunda canlanma müşahidə olunur. Bu səbəbdən bu ilin yanvar-fevral aylarında Azərbaycanda tikinti materiallarının qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 3,5% – 5,7% çox olub.
Ekspertlər hesab edirlər ki, bahalaşma növbəti aylarda da davam edəcək.
Qiymətlər hansı həddə qədər bahalaşacaq?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, ənənəvi olaraq mart ayından tikinti materialları bahalaşmağa başlayır:
“Bu bahalaşma oktyabr-noyabr aylarındadək davam edir. Bu da onunla bağlıdır ki, yaz-yay aylarında tikinti sektorunda xüsusi canlanma olur. Son illərdə Qarabağda və Şərqi Zəngəzurda aparılan iri miqyaslı tikinti işləri də bazara öz təsirini göstərir. Yəqin ki, aprel ayından biz daha çox bahalaşmanın şahidi olacağıq.
Bütövlükdə təcrübə göstərir ki, tikinti mövsümünün sonunadək inşaat materiallarının qiymətində 10-12% artım baş verəcək. Bənzər şəkildə, daşınma xərclərində də 15-20% civarında artım gözlənilir. Nəqliyyat xərclərinin artması xüsusilə idxal olunan tikinti materiallarının qiymətinə birbaşa təsir edəcək. Ancaq payız aylarında tikinti materiallarının qiymətində eniş olacaq. Bunu son illərin təcrübəsinə əsasən deyirəm”.
Müsahibimiz bildirib ki, tikinti materiallarına olan tələbatın əsas hissəsini yerli istehsal hesabına ödəyirik:
“İnşaat materiallarının bir qismi də Rusiyadan idxal edirik.Hələlik, Rusiya bazarında da sabitlikdir. Üstəlik Rusiya-Azərbaycan iqtisadi münasibətlərində hər hansı bir problem yoxdur. Ona görə də Rusiyadan gətirilən inşaat materiallarının qiymətində də kəskin artım gözlənilmir. Ona görə də narahatlığa əsas yoxdur.
İnşaat bazarında hər il olduğu kimi 10-12% bahalaşma proqnozlaşdırılır. Bu da normaldır. Çünki tələb artdıqca təklif də dəyər qazanır. Payızda qiymətlərdə sabitləşmə qaçılmazdır”.
Surxay Atakişiyev, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:254
embedMənbə:https://bizim.media
archiveBu xəbər 13 Mart 2025 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see361

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see264

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see250

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see238

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see231

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see228

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see224

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see222

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see216

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see214

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see200

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see190

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see189

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see189

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see187

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see184

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see172

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see172

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri