A plus marketdən alınan yağ kifli çıxdı VƏTƏNDAŞ ŞİKAYƏTİ VİDEO
Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Masazır qəsəbəsində fəaliyyət göstərən “A plus” marketlə bağlı redaksiyamıza şikayət daxil olub.
Avtosfer.az xəbər verir ki, narazılıq edən şəxs iyunun 5-də adıçəkilən marketdən etdiyi alış-veriş zamanı ciddi problem yaşandığını bildirib.
Onun sözlərinə görə, həmin gün marketdən müxtəlif ərzaqlarla yanaşı, Yeni Zelandiyada istehsal olunduğu bildirilən yağ məhsulu da alıb. Lakin evə gəlib məhsulu açdıqda xoşagəlməz mənzərə ilə qarşılaşıb.
Vətəndaş qeyd edir ki, yağın qablaşdırması tam orijinal vəziyyətdə olub və məhsulu aldığı zaman xaricdən görünən heç bir problem müşahidə etməyib. Lakin qablaşdırmanı açdığı an səthində aydın şəkildə kif izləri və üfunət hiss olunub. Bu hal onu dərindən narahat edib və məhsulun keyfiyyətinə şübhə yaradıb.
Daha sonra məhsulun üzərindəki etiketi diqqətlə yoxlayan vətəndaş maraqlı bir detalı da aşkar edib. O görüb ki, yağın son istifadə tarixinə cəmi bir gün qalıbmış.
Qeyd edək ki, marketlərdə yağ, ət və süd məhsulları vitrinlərdən azı 3 gün qalmış çıxarılmalıdır.
Fidan
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 10 İyun 2025 14:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















