Məşhur mağazadan məhsul aldı, saxta çıxdı VƏTƏNDAŞ ŞİKAYƏTİ FOTO
Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.
Vətəndaş “Umico” tətbiqi vasitəsilə etdiyi alışdan narazı qaldığını bildirib. Avtosfer.az xəbər verir ki, şikayətçi deyir ki, 18 avqust tarixində “Umico” -da “Teledoctor” mağazasından “Play Station5” üçün “joystick” alıb. Lakin məhsulu alıb yoxladıqda orijinal məhsulla heç bir əlaqəsi olmadığını görüb:
“Mağazaya zəng etdim, dedilər ki, bizə də orijinal adı ilə gəlib. Əgər istəmirsənsə, qaytarmaq üçün Umico-da sorğu yarat. Mən də sorğu yaratdım. 3 gün sonra Umico əməkdaşı zəng etdi və bildirdi ki, yalnız kağız qəbz olduğu halda məhsulu qaytara bilərəm. Mən isə qəbzi atdığım üçün bu mümkün deyil. Burada başa düşmədiyim odur ki, müştərinin kağız qəbzi itirməsi daha anormal haldır, yoxsa mağazanın saxta məhsul satması?” – deyə vətəndaş qeyd edib.
Şikayətçi əlavə edib ki, məsələ ilə bağlı sosial şəbəkədə də paylaşım edib və aldığı “joystick”i orijinal məhsulla müqayisə edərək fərqləri izləyicilərə göstərib.
Fidan
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 22 Avqust 2025 16:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















