Icma.az
close
up
RU
Aaron Remzi 35 yaşında karyerasını bitirdi

Aaron Remzi 35 yaşında karyerasını bitirdi

Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Uels yığmasının, “Arsenal”ın və “Yuventus”un sabiq yarımmüdafiəçisi Aaron Remzi karyerasını bitirdiyini elan edib.

"Football-plus.az" xəbər verir ki, 35 yaşlı oyunçunun sonuncu klubu ötən ilin sonunda ayrıldığı Meksika “Pumas”ı olub. Uelsli 2024-cü ilin sentyabrından bəri milli komandada çıxış etməyib, ona daimi zədələr mane olub.
“Sizi təmsil etmək mənim üçün şərəf idi”
Aaron builki dünya çempionatına qədər yığmaya dönəcəyinə ümid edirdi. Komanda final mərhələsinə vəsiqə qazanacağı təqdirdə yığmada oynayacağına söz vermişdi. Ancaq belə olmadı: Uels pley-offun yarımfinalında Kardiffdə Bosniya və Hersoqovinaya uduzmaqla (1:1, p. – 2:4) DÇ-yə qatılmaq şansını itirdi. Və Remzi belə qərar verdi ki, artıq vidalaşmaq zamanıdı:

“Bu asan qərar deyil. Uzun-uzadə düşüncələrdən sonra futbolçu karyeramı bitirməyə qərar verdim. Uels yığmasından başlamaq istəyirəm: bu ölkənin futbolkasını daşımaq, həmin formada çoxlu qeyri-adi an yaşamaq mənim üçün böyük şərəf idi. Rəhbərliyi altında oynadığım bütün məşqçilərin, mənə bütün məsələlərdə yardım edən personalın böyük töhfəsi olmasaydı, bu mümkün olmazdı”.


Aaron həmçinin milli komandanın əsas fanat qrupu olan “Qırmızı divar”a xüsusi minnətdarlıq edib:

“Həm pis, həm də sevincli günümdə yanımda olubsuz. Bütün eniş-yoxuşlardan keçmisiz, uğurlarımızın vacib hissəsinə çevrilibsiz. Sizi təmsil etmək mənim üçün şərəf idi. Sağ olun”.


Futbolçu indiyə qədər formasını geydiyi bütün klubları yada salıb, eləcə də xanımına və uşaqlarına təşəkkür edib:

“Yanımda olmasaydız, bütün bunlara nail olmaq mümkünsüz idi”.


Aaronun karyerası
Remzi peşəkar karyerasına “Kardiff Siti”nin akademiyasında başlayıb və 2008-ci ildə əsas komandada debüt edib. Onun meydanın mərkəzindəki inamlı oyunu top-klubların diqqətini cəlb edib, xavbek tezliklə “Arsenal”la müqavilə bağlayıb. Remzi ən yaxşı illərini məhz Londonda keçirib, Arsen Vengerin sisteminin ən vacib oyunçularından biri olub. Uelskinin yolu heç də həmişə hamar olmayıb: iki dəfə icarəyə göndərilib – “Nottingem Forest”ə və doğma “Kardiff”ə. 2010-cu ildə isə ağır zədə alıb. “Stok Siti”nin müdafiəçisi Rayan Şoukross ilə toqquşmada ayağı iki yerdən sınıb, bu üzdən bir ili boşa verib. Buna baxmayaraq, yaşıl meydana qayıdıb və İngiltərə kubokunun iki finalının qəhrəmanı olub: onun qolları 2014-cü və 2017-ci illərdə “Arsenal”a titul qazandırıb. Həmçinin 2015-ci ildə bu turniri qazanıb, üstəlik üç dəfə ölkə Superkubolunun qalibi olub.
Remzi 2019-cu ildə azad agent kimi “Yuventus”a keçib. Turində İtaliya çempionu olub, bu ölkənin kubokunu və Superkubokunu qazanıb, ancaq zədələr üzündən əsas heyətdə möhkəmlənə bilmədiyinə görə icarə əsasında doğma “Kardiff”ə qayıdıb. Sonra xavbek “Nitsa”nın formasını geyib, 2023-cü ildə yenidən “Kardiff”də görünüb, amma bu dəfə daimi əsasda. Sağlamlıq durumundakı problemlər üzündən, demək olar ki, oynamayıb, əvəzində 2024/25 mövsümünün sonunda, Ömər Rizanın istefasından sonra çempionşipin son üç oyununda baş məşqçinin səlahiyyətlərini yerinə yetirib. Komandanın çempionşipdə yerini qorumaq şansı olsa da, 3 oyunda qazanılan iki xal buna imkan verməyib.
Aaron 2025-ci ildə futbol karyerasını Meksikada davam etdirib, “Pumas”la müqavilə bağlayıb. Bu mərhələ uğursuz olub: uelsli cəmi 6 oyun keçirəndən sonra yenidən zədə alıb, həmçinin şəxsi faciə yaşayıb – itini itirib. Müəyyən mükafat elan olunmasına baxmayaraq, it tapılmayıb ki tapılmayıb. Mediada yazılanlara inansaq, bu itki futbolçunun psixoloji durumuna ciddi təsir göstərib və müqavilənin pozulmasının səbəblərindən biri olub.
Remzi Uels yığmasınd a 86 oyun keçirib və 21 qol vurub. O, oyun və qol sayına görə yığma tarixinin liderlərindən biridi.
“Remzi lənəti”
Aaron azarkeşlərin yadında təkcə “Arsenal”la “Yuvenus”un heyətindəki oyunlarına görə yox, həm də futbola dəxli olmayan bir səbəbdən qalıb. Ən qeyri-adi konspiroloji nəzəriyyələrdən biri məhz onun adı ilə bağlıdı. Yarımmüdafiəçi nadir hallarda qol vurub. Ancaq o hər dəfə fərqlənəndə ...məşhurlardan kimsə dünyasını dəyişib. Blogerlər və media bu üst-üstə düşməni “Remzi lənəti” adlandırıb.
Ölənlərin siyahısı yetərincə genişdi. Baxın, Aaronun qol vurduğu günün ertəsi və ya iki-gün ərzində siyasətçi Müəmmər Qəddafi, müğənni Uitni Hyuston, “Apple” şirkətinin yaradıcısı Stiv Cobs, “Forsaj”ın ulduzu Pol Uoker və aktyor Robin Uilyams dünyasını dəyişib. Və bütün bu ölümlər onun “topçular”ın şərəfini qoruduğu illərdən yalnız 2011-13 aralığını əhatə edir. Əslində siyahı çox zəngindi.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 15 Aprel 2026 00:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mövsümüdür, amma qiyməti düşmür meyvə tərəvəz niyə bahadır? ARAŞDIRMA

31 Avqust 2026 16:06see335

Fizioterapiya ilə bağlı vacib məqamlar Səhiyyə Nazirliyinin mütəxəssisi açıqladı

31 Avqust 2026 11:56see318

Qədim şəhərin divarları rənglərin dili ilə danışanda

31 Avqust 2026 14:46see287

Azərbaycan səhiyyəsi nə zaman əhalini qane edəcək? KONKRET

31 Avqust 2026 12:56see266

Səhərlər şişmiş və sərt əllər zobdan ola bilər

31 Avqust 2026 16:07see246

Bu dərman saç tökülməsinə qarşı EFFEKTLİDİR

31 Avqust 2026 13:39see243

Əl ayağınız şişirsə, su çatışmazlığından ola bilər

31 Avqust 2026 17:04see240

Belə oturanların onurğa sümüyü əyilir

31 Avqust 2026 16:07see238

Bu qidalar sərxoşluqdan sonrakı vəziyyəti ağırlaşdıra bilər Həkimlər izah ETDİ

31 Avqust 2026 21:50see237

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see230

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see224

Ürək döyüntüsü 100 olanlar 2 analiz versin

31 Avqust 2026 16:33see222

İrana qarşı iqtisadi təzyiq aylarla davam edə bilər Bessent

31 Avqust 2026 18:53see221

Düyü, kartof və makaronu soyuq yeyin İZAH

31 Avqust 2026 16:39see205

Gecə 1 dən gec yatanlarda infarkt riski artır

31 Avqust 2026 16:17see199

Astarada şəhid ailələri üçün mənzillər alınacaq

01 Sentyabr 2026 00:19see195

Kosmosda sakitlik olacaq? Sentyabrın ilk yarısında maqnit fırtınaları ilə bağlı proqnoz

01 Sentyabr 2026 04:02see194

Şuşa Laçın avtomobil yolunda qazıntı aparan 2 nəfər vəfat edib

31 Avqust 2026 22:04see190

Zamiq 90 dəqiqə oynadı, “Eqnatiya” geri dönüş etdi

01 Sentyabr 2026 02:14see190

Əli Cəbrayılova UEFA dan beynəlxalq təyinat

01 Sentyabr 2026 01:02see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri