Aaron Remzi “Oksford Yunayted”i çalışdıra bilər
Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.
“Arsenal”ın və Uels millisinin keçmiş yarımmüdafiəçisi Aaron Remzi “Oksford Yunayted”in baş məşqçi vəzifəsi üçün namizəd siyahısındadır.
İdman.Biz-in “Daily Mail”ə istinadən məlumatına görə, klub ötən həftə komandanın Çempionşipdən aşağı liqaya düşməsindən sonra vəzifəsindən kənarlaşdırılan Mett Blumfildin yerinə başqa bir oyunçu axtarır.
2026-cı ilin aprelində oyunçu karyerasını bitirən ayrılan 35 yaşlı Remzi artıq “Oksford” rəhbərliyi ilə danışıqlar aparıb. Keçmiş futbolçunun tam menecerlik təcrübəsinin olmamasına baxmayaraq, klubun idarə heyətində yaxşı təəssürat yaratdığı bildirilir. Bu iş onun ilk daimi baş məşqçilik işi ola bilər.
2025-ci ildə Remzi Ömer Rizanın işdən çıxarılmasından sonra “Kardiff”də qısa müddətli müvəqqəti menecer vəzifəsində çalışıb. Onun rəhbərliyi altında komanda üç oyun keçirib, iki heç-heçə edib və bir dəfə məğlub olub. “Oksford” Birinci Liqada növbəti mövsümün hazırlıqlarına başlamaq üçün tezliklə yeni menecer təyin etməyə ümid edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:299
Bu xəbər 22 İyun 2026 20:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















