Icma.az
close
up
RU
AAYDA nın “əziz xələf”i Dilqəm Qəniyev: Böyük pullar, bahalı avtomobillər, xaricdə biznes… FOTOLAR SİYAHI

AAYDA nın “əziz xələf”i Dilqəm Qəniyev: Böyük pullar, bahalı avtomobillər, xaricdə biznes… FOTOLAR SİYAHI

Tribuna portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu həftənin ortalarında baş verən güclü yağışlardan sonra təkcə Bakıda deyil, ölkənin əksər ərazilərində sel, daşqın və yolların su basması halları qeydə alınıb.

Tribunainfo.az xəbər verir ki, bu olaylardan biri də Bakı-Quba yolunun su altında qalmasıdır.

Söhbət Bakı-Quba yolundan, yəni əksəriyyətin pullu yol kimi tanıdığı avtobandan gedir. Bu barədə sosial şəbəkələrdə və mediada çeşidli məlumat və görüntülər yayınlanıb. Onlardan məlum olan budur ki, yolun düzgün inşa edilməməsi səbəbindən yağış sularını axıtmaq, yoldan kənarlaşdırmaq mümkün olmayıb.

Tribunainfo.az bununla əlaqədar maraqlı bilgilər əldə edib. Birmənalı olaraq bəlli olan odur ki, ölkə üzrə yolların asfaltlanması və inşası işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi olub. Lakin Agentlikdə bu yolların layihələndirilməsini, inşasını və nəzarətini həyata keçirməklə yanaşı, maliyyə ayrılması işini konkret bir nəfər həyata keçirir. Təbii ki, söhbət Agentliyin rəhbəri Saleh Məmmədovdan getmir. O quruma başçılıq edir, sənədləri imzalayır, vəssəlam.

Elə Tribunainfo.az-ın əldə etdiyi məlumatlar da belə deməyə əsas verir ki, bu işlərin başında Dövlət Avtomobil Yolları Agentliyinin baş mühəndisi Dilqəm Qəniyev dayanır. Bəlli olan odur ki, bu günlərdə su altında qalan Bakı-Quba pullu yolunun layihə müəllifi də elə Qəniyev olub.

Agentlikdə baş mühənsid olsa da, bütün işləri həyata keçirən, hətta maliyyə ayrılmasına belə qərar verən şəxsion də məhz sözügedən şəxs olduğu deyilir.

Etibarlı mənbələr qeyd edir ki, gündə 20 dəfə Agentliyin rəhbəri Saleh Məmmədovun yanında olur. Özünün müəyyən etdiyi dairəyə pul ayrılması, hansı yolun kimin çəkməsi kimi qərarları razılaşdırmaq və ya sənədləri imzalatmaq üçün gündəlik Məmmədova baş çəkən bu şəxs, bütün bunları yəqin ki, qarşılıqsız etmir.

Qaynaqlar qeyd edirlər ki, Dilqəm Qəniyev kimə, hansı idarəyə və ya şirkətə pul ayrılması məsələsinə təkbaşına qərar verir. Onun razılığı olmadan heç kim, bir metr asfalt belə döşəyə bilməz. O, yalnız Saleh Məmmədovun etibarından istifadə edərək, bu işləri görür. Üstəlik, Məmmədovun bu işlərdən xəbəri olmadığı da deyilir.

Mənbə iddia edir ki, Dilqəm Qəniyev nəinki yolların çəkilməsinə qərar verir, həm də bütün Yol İdarə rəhbərlərini də nəzarətində saxlayır. Onlara hansı layihələrin verilməsi lazım gəldiyinə qərar verir.

Bundan başqa, o, inşa edilmiş. Yollara baxış keçirərək, asfaltın qalınlığından tutmuş tərkibinə qədər hər şeyi yoxlayan şəxsdir. Yəni, sözünə qulaq asmayan adamın görüyü işin üstündən birddəfəlik xətt çəkərək, başına oyun berlə aça bilər.

Aydın məsələdir ki, Dilqəm Qəniyev bütün inşa edilən yollara “ok” qərarı verir. Yəni, istismara qəbul etdiklərini rəsmiləşdirir. Güman ki, bütün bunları da qarşılıqsız etmir.

Belə bir gümanda olmağımı da səbəbsiz deyil. Çünki Dilqəm Qəniyevin böyük maddi imkanlara malik olduğuna dair bir xeyli məlumatlar var. Məsələn, onun bahalı avtomobil kolleksiyasına sahib olduğu bildirilir.

 Belə ki, parkinqində “Galenvagen”, “Lexus” və digər bahalı maşınlardan hansını istəsəniz tapmaq mümkündür deyir, mənbələr. Məsələn, cənab Qəniyevin idarə etdiyi avtomobillər arasında 10-OO-466 dövlət nömrə nişanlı “Porshe”, 10-AU-466 dövlət nömrə nişanlı “Lexus” markalı avtomobillər var. Bu avtomobillərin hər birinin hansı yüksək dəyərə malik olmasını yazmağa isə gərək yoxdur. Çünki hamı bundan xəbərdardır.

Amma mənbələr Dilqəm Qəniyevin sərvətinin bununla yekunlaşmadığını da deyirlər. Məsələn, bildirirlər ki, əgər Baş Prokurorluq onun və yaxın qohumlarının “Ziraat Bank”dakı hesablarını yoxlasa, habelə köçürmələrinə araşdırsa, çox böyük məbləğli əməliyyatlar keçirildiyini aşkarlaya bilər.

Bu azmış kimi, sözügedən şəxsin Almaniyada hoteli və restoranı da var. Onları isə həmin ölkədə yaşayan qardaşının işlətdiyi deyilir.

Ölkə içində əsasən maşın həvəskarı kimi tanınsa da, Bajıda yerləşən 9-cu mikrorayondda özəl tibb klinikasının olduğu da verilən məlumatlar sırasındadır.

Həmin məlumatlarda qeyd olunanlardan biri də budur ki, Dilqəm Qəniyev təkcə, yol çəkməklə deyil, həmçinin baş mühəndisi olduğu Agentliyin rəhbəri Saleh Məmmədovun tikinti işlərinə də rəhbərlik edir. Məsələn, hazırda Nərimanov rayonun ərazisində Saleh Məmmədova məxsus tikinti şirkətlərində aparılan işləri məhz sözügedən şəxsin nəzarətindədir.

Son bilgilər budur ki, Dilqəm Qəniyev yeyib-içməyi də çox sevir. Elə bu səbəbdəndir ki, Bakı-Quba yolu yağış suları altında qaldığı bir vaxt, habelə Bakıda yağış suları səbəbindən bütün dövlət qurumları iş başındaykən hörmətli Qəniyev, Novxanıda restoranlardan birində yemək yeyirmiş. Hətta çalışdığı qurumdan dəfələrlə ona zəng edərək, işə gəlməsi istənilsə də, adam buna əhəmiyyət belə verməyib.

Yazıda adı keçən qurum və şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Fərda Uğur   

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 18 Aprel 2025 17:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see274

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see255

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see243

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see234

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see221

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see206

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see199

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see186

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see180

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see175

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see175

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see165

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see164

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see163

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see151

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see150

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see148

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see145

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see143

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri