Icma.az
close
up
RU
Menu

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

“Böyük Azərbaycan naminə. ƏZİZ ƏLİYEV”

“Böyük Azərbaycan naminə. ƏZİZ ƏLİYEV”

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu günlərdə tədqiqatçı alim Adıgözəl Məmmədovun Azərbaycan tarixində görkəmli iz qoymuş dövlət və partiya xadimi, tibb elmləri doktoru, professor, Azərbaycanın Əməkdar həkimi Əziz Əliyevin ictimai və siyasi fəaliyyətinə həsr olunan “Böyük Azərbaycan naminə. ƏZİZ ƏLİYEV” kitabı işıq üzü görüb.

Azərbaycan Dövlət Universitetinin tibb fakültəsinin bazasında Azərbaycan Dövlət Tibb İnstitutunun yaradılmasında Əziz Əliyev böyük rol oynayıb. 1932-ci ildə həmin institutun direktoru təyin edilən Ə.Əliyev azərbaycanlı kadrları işə cəlb edib, ana dilində dərs vəsaitləri və monoqrafiyaların yazılmasına nail olub.

Ə.Əliyev həm də qısa müddətdə başqa dillərdə olan tibbi kitablardan ən vaciblərinin Azərbaycan dilinə tərcüməsini təşkil edir. Onun təşəbbüsü ilə İ.Berberinin “Boğaz, burun, qulaq xəstəlikləri”, A.Qaltiçinin “Uşaq xəstəlikləri”, V.Skvortsovun “Farmakologiya kursu”, E.Freyzeldin “Histologiya” kitabları və digər dərsliklər ana dilimizə tərcümə edilib. Ümumiyyətlə, 1930–1945-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun əməkdaşları tərəfindən 80 adda dərslik və dərs vəsaiti nəşr olunub ki, bunların da 55-i Əziz Əliyevin instituta rəhbərlik etdiyi 5 illik dövrə təsadüf edir.

Əziz Əliyev1937-ci il yanvarın 1-dən iyunun 26-dək Azərbaycan Dövlət Universitetinin rektoru vəzifəsində işləyib. Naxçıvan MSSR-in Culfa dairəsindən SSRİ Ali Sovetinin, birinci çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olub. O, 1939-cu ilin sentyabrından 1941-ci ilin martınadək Azərbaycan Respublikasının Xalq Səhiyyə komissarı olub. Əziz Əliyev 1941-ci ilin aprelindən 1942-ci ilin sentyabrına qədər Azərbaycan KP MK-nın üçüncü katibi vəzifəsində işləyib.

Məhz o illərdə də Böyük Azərbaycan layihəsinin əsası qoyulurdu və 1941-ci ildə Əziz Əliyevin başçılıq etdiyi azərbaycanlılardan ibarət böyük bir qrup İrana göndərilir. Hərbi Şuranın qərarı və Zaqafqaziya ordusu komandanının əmri ilə sentyabrın 16-da polkovnik-komissar Əziz Əliyev Təbrizə daxil olan 47-ci ordunun Hərbi Şurasının üzvü seçilir.

Əziz Əliyev sovet ordusunun hissələrinin yerləşdiyi bütün şəhərlərdə və yaxın kəndlərdə əhali arasında geniş təbliğat işləri aparıb. O, Bakıya göndərdiyi məlumatında bildirir: “Yayılan təbliğat vərəqələrinin əhaliyə güclü təsiri var. Bizə bir çox yerlərdə kəndlilər açıq şəkildə deyirdilər: “Əgər siz getmək istəsəniz belə, biz ordunun İran Azərbaycanını tərk etməsinə icazə verməyəcəyik”. Artıq Azərbaycanın bütün bölgələrində əhali İranın dövlət orqanlarının törətdiyi qanunsuzluqlardan bizə şikayət etməyə başlayıb. Biz onları hər cür qoruyuruq. Əhali tərəfindən hərarətlə qarşılanan “Vətən uğrunda” qəzetinin artıq iki nömrəsini Azərbaycan dilində nəşr etmişik. Urmiya və Pəhləvidə Azərbaycan dilində qəzetin nəşrinə böyük ehtiyac var. Təbrizdə 15 il ərzində ana dilində, bir dənə də, olsun elm-texniki nəşrlər çap edilməyib, yazıçı və şairlərin yaradıcılığının inkişafı üçün şərait yaradılmayıb. Zeynal Gənci, Turxan Gənci, Nadir Fitrət, Ruhi, Sadiq Naxçıvan, Qeybullah Cavid və təbrizli başqa şair və yazıçılar əsərlərini çap etdirə bilmirdilər. Məktəblərdə, bir qayda olaraq, rəhbər vəzifələr farslar tərəfindən zəbt edilib. Professor-müəllim heyətinin əsas hissəsi mövcud nizam-intizamın əleyhinə çıxıb, xalq təhsili sistemində köklü dəyişiklik, məktəblərdə dərslərin Azərbaycan dilində keçirilməsini, farslara görə imtiyazların aradan qaldırılması tələblərini irəli sürür. Şəhərlər və kəndlər son dərəcə antisanitariya vəziyyətindədir”.

Arxiv sənədlərinə əsaslanan müəllif Əziz Əliyevin Cənubi Azərbaycanda və Dağıstanda işlədiyi illəri maraqlı rakursdan işıqlandırır, oxuculara o dövrün hadisələrinə yeni baxış bucağı təqdim edir. Xüsusilə, kitabda Əziz Əliyevin Cənubi Azərbaycandakı məhsuldar fəaliyyətindən sonra Dağıstana rəhbər təyin olunmasının səbəbləri barədə, o dövrdə Mərkəzi Komitənin katibi olmuş Mirhəsən Seyidovun xatirələrinə yer verilir (“Tam məxfi – Mirhəsən Seyidov, Xatirələr”. Əlyazma).

M.Seyidov belə qeyd edirdi: “Qohumum, həkim Əliyev Əziz Məmmədkərim oğlunun ailəsi, bizim kimi, 1918-ci ilin mart hadisələri zamanı erməni daşnaklarının türklərə qarşı törətdikləri qırğınlardan qaçaraq, İrəvan şəhərini tərk edib, Naxçıvan vasitəsilə Bakıya köçüb. Azərbaycan Dövlət Universitetinin tibb fakültəsini bitirdikdən sonra həkim, daha sonra Tibb İnstitutunun rektoru, Xalq Səhiyyə Komissarı, MİK Rəyasət Heyətinin katibi olub. Ə.Əliyev M.C.Bağırovun təşəbbüsü ilə Azərbaycan KP MK-nın katiblərindən biri seçilib. Böyük Vətən müharibəsi başlayan kimi Əziz Əliyev Azərbaycanın digər məsul işçiləri ilə birlikdə sovet qoşunlarının tərkibində Cənubi Azərbaycana göndərilib. 1942-ci ildə Krım tatarlarının deportasiyası məsələsindən sonra müharibənin qızğın vaxtında Moskvada müəyyən qüvvələr Qafqaz xalqlarının Orta Asiyaya köçürülməsi məsələsini SSRİ Dövlət Müdafiə Şurası qarşısında qaldırmağa hazırlaşırdılar. İlk seçim Dağıstan xalqlarının üzərinə düşürdü. Dağıstanın rəhbərliyi M.C.Bağırovun onlara xoş münasibətini yaxşı bilirdi. Buna görə də tələsik bir qrup ağsaqqal Bakıya Bağırovla görüşə gəlir. Onlar Bağırovdan xahiş edirlər ki, Dağıstan xalqlarının başına gələ biləcək dəhşətli faciənin qarşısını alsın. Bağırov Stalinə zəng vuraraq ağsaqqallar barədə məlumat vermiş, məsələnin mahiyyətini ətraflı danışmağa başlamış və dərhal anlamışdı ki, bu məsələ hələ Stalinə çatmayıb. O, xalqlarımız arasında tarixən formalaşmış münasibətlərdən danışaraq bildirib ki, dağıstanlı heyvandarlar ailələri ilə birlikdə yüz minlərlə qoyunun qışladığı Azərbaycanda yaşayır və hər dördüncü neft ustası dağıstanlıdır.

O, Stalindən dağıstanlıların doğma yurdlarından köçürülməmələrini xahiş etmiş və onların sədaqətli olacaqlarına dair bütün məsuliyyəti öz üzərinə götürmüşdür. Stalin isə demişdir: “Mənə hələ bu barədə məlumat verilməyib, əgər siz dağıstanlıların sədaqətli olacaqlarına görə bütün məsuliyyəti öz üzərinizə götürürsünüzsə, yaxşı, qoy belə olsun. Onların köçürülməsinə razılıq verməyəcəm, onda bu respublikanı öz himayənizə götürün, rəhbər heyəti etibarlı və yetişmiş kadrlarla əvəzləyin, orda nizam-intizamı bərpa edin”.

Həmin an M.C.Bağırov Dağıstana yeni rəhbər kimi Əziz Əliyevin namizədliyini irəli sürür. O, deyir: “Yoldaş Stalin, siz Əziz Əliyevi tanıyırsınız. O, istər İranda, istərsə də burada Mərkəzi Komitədə təşkilatçı partiya işçisi kimi özünü yaxşı tərəfdən göstərib”. Stalin Bağırovun sözünü bitirməyə imkan vermədən “doğru və düzgün namizəddir”, – deyərək razılığını bildirir.

Beləliklə, Dağıstan Vilayət Partiya Komitəsinin birinci katibi vəzifəsinə seçilən Əziz Əliyevlə birlikdə Azərbaycanın hüquq-mühafizə orqanlarının, komsomolun, həmkarlar ittifaqlarının böyük bir qrupu Dağıstana ezam edilir. Əziz Əliyev başda olmaqla, oraya göndərilən insanların fədakar əməyi sayəsində müharibə illərində və müharibədən sonra bu respublikada heç bir neqativ fakt meydana çıxmadı. Beləliklə, Dağıstan xalqlarının köçürülməsi məsələsi bir daha qaldırılmadı.

Sonda qeyd etmək istəyirəm ki, bu tədqiqat əsəri, həqiqətən də, tariximizin bir çox gizli səhifələrinə işıq salır və gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsində xüsusi əhəmiyyət kəsb edir.

Vaqif ŞADLİNSKİ,
Əməkdar elm xadimi, Rusiya Tibb Elmləri Akademiyasının akademiki

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:314
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Dekabr 2024 00:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see378

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see370

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see364

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see339

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see334

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see255

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see243

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see237

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see236

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see230

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see227

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see223

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see213

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see210

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see210

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see204

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see197

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see178

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see173

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri