ABA sədri: Rəqəmsal ödənişlərlə bağlı AMB nəzdində innovativ hab yaradılmalıdır
Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Maliyyə ekosistemində rəqəmsal ödənişlər sahəsində yeni nailiyyətlərin əldə edilməsi və bençmark olaraq qəbul edilmiş ölkələrlə rəqabət aparılması üçün cari ildə Mərkəzi Bank nəzdində innovativ hab yaradılmalıdır.
“APA-Economics” xəbər verir ki, bunu Azərbaycan Maliyyə Forumunda çıxışı zamanı Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev deyib.
O bildirib ki, bu addım həmçinin Ani Ödənişlər Sistemindən (AÖS) daha aktiv nüvə komponenti olaraq istifadə edilməsi, innovativ həllərin tətbiqi üzrə düzgün planlaşdırmanın aparılması və real məhsulların tətbiqinin təşviqi üçün zəruridir.
“Bank hesablarının məsafədən açılması prosedurunun təkmilləşdirilməsi, habelə rəqəmsal bankçılıq sahəsində qanunvericilik bazasının formalaşdırılması üzrə işlərin görülməsini də zəruri hesab edirik” - ABA sədri əlavə edib.
Baxış sayı:100
Bu xəbər 14 Fevral 2025 10:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















