Abad məhəllədə Novruz şənliyi qeyd edildi Foto
Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Paytaxtın Xətai rayonu, R.Məmmədov küçəsi 24,26 ünvanında Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əiyevanın təşəbbüsü ilə “Bizim həyət” layihəsi çərçivəsində yaradılan məhəllədə Novruz şənliyi təşkil olunub.
Axar.az xəbər verir ki, bu barədə Bakı Şəhər Xətai Rayon İcra Hakimiyyətinin məlumatında deyilir.
Məhəllə sakinləri, ağsaqqallar, şəhid ailələri üzvləri, qazilər bayramı yüksək sevinc hissi ilə qeyd ediblər.
Bayramda Novruz atributları, milli mətbəximizin və geyimlərimizin nümunələri nümayiş etdirilib, müğənnilər müxtəlif mahnılar səsləndirib, Kosa, Keçəl və Bahar qızı toplaşanları şənləndirib və bayram tonqalının ətrafında sakinlərlə birgə rəqs ediblər.
Baxış sayı:87
Bu xəbər 15 Mart 2025 01:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















