Icma.az
close
up
RU
Paytaxtda möhtəşəm Novruz şənliyi FOTO

Paytaxtda möhtəşəm Novruz şənliyi FOTO

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Xalqımızın ən əziz və sevimli bayramı olan Novruz ölkəmizin bütün güşələrində olduğu kimi paytaxt Bakıda da xüsusi coşqu və böyük məhəbbətlə qeyd edilir.

“Cebheinfo.az” xəbər verir ki, Bakıda metronun “Gənclik” stansiyasının yaxınlığında yerləşən və ötən il istifadəyə verilən yeni istirahət parkında Bakı Şəhər İcra Hakimiyyətinin humanitar şöbəsi və “Regional İnkişaf” İctimai Birliyi ilə birgə Bakı sakinləri, və şəhərimizin çoxsaylı qonaqları, həmçinin uşaq evlərinin balaca sakinləri internat məktəblərinin şagirdləri üçün “Ruhumuza bahar gəlir” adlı möhtəşəm Novruz şənliyi təşkil edilib. 

Yüksək bayram əhval-ruhiyyəsində təşkil edilən və xüsusi zövqlə bəzədilmiş parkda  xalq tətbiqi sənət nümunələrinin təbliğ edildiyi çadırlar quraşdırılıb.

Tədbirdə əllərində dövlət bayraqları olan milli geyimli atlılar, dəvələrin, ponilərin müşayəti ilə Kosa, Keçəl, Bahar qızı, nağaraçılar, jonqlyorlar, pəhləvanlar və çalğıçılar iştirak ediblər. 

Tədbir zamanı mərkəzdə quraşdırılan səhnədə populyar incəsənət nümayəndələri ilə yanaşı rəqs kollektivləri çıxış edib, kəndirbazlar öz məharətlərini göstərib, idman meydançasında zorxana, güləş, kəndirdartma, gimnastika üzrə nümunəvi çıxışlar olub.

Eyni zamanda çadırlarda müxtəlif sahələr üzrə ustad dərsləri keçirilib, iştirakçılara paxlava, çay təqdim olunub. Novruzun əsas personajları olan Kosa, Keçəl və Bahar qızı toplaşanları şənləndirib, Bayram tonqalının ətrafında sakinlərlə birgə rəqs ediblər. 

Gün ərzində davam edən bayram tədbiri iştirakçıların böyük sevincinə səbəb olub və bayram əhval-ruhiyyəsi yaradıb.

Nigar
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:170
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 19 Mart 2026 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see508

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see410

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see342

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see309

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see284

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see275

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see275

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see264

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see232

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see226

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see219

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see214

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see213

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see212

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see211

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see210

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see206

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see199

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see182

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri