Icma.az
close
up
RU
ABB 2025 ci ili 336 mln. mənfəət, 1 mlrd. manatdan çox faiz gəliri ilə bitirib HESABAT

ABB 2025 ci ili 336 mln. mənfəət, 1 mlrd. manatdan çox faiz gəliri ilə bitirib HESABAT

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanın ən böyük dövlət bankı ABB 2025-ci ili 335,7 mln. manat xalis mənfəətlə bitirib.

“APA-Economics” bu barədə banka istinadən xəbər verir. Bankın xalis mənfəəti ötən bir ildə 14,3% və ya 42 mln. manat artıb.

Hesabat dövründə ABB-nin faiz gəlirləri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 181,4 mln manat və ya 19,8% artaraq 1,095 mlrd. manata yüksəlib. Artımın əsas mənbəyi müştərilərə verilmiş kreditlər üzrə faiz gəlirlərinin 157,6 mln manat (+23,7%) artması olub ki, bu da kredit portfelinin genişlənməsi və faiz gəlirliyinin yüksəlməsi ilə izah edilir.

Eyni zamanda faiz xərcləri daha sürətlə – 55,3% artaraq 387,4 mln manata çatıb. Bu artım əsasən depozitlər üzrə faiz ödənişlərinin və cəlb edilmiş resursların maya dəyərinin yüksəlməsi ilə bağlıdır. Nəticədə xalis faiz gəliri artsa da, artım tempi nisbətən məhdud olub – 5,6%.

Maraqlıdır ki, bankın qeyri-faiz gəlirləri üzrə dinamika daha yüksək olub. Qeyri-faiz gəlirləri illik müqayisədə 32,7% artaraq 451,5 mln. manata yüksəlib. Ötən il bank komissiya gəlirlərindən 66 mln. manat daha çox (+28,7%) qazanıb.

Qeyri-faiz xərcləri isə 20,4% artaraq 627,5 mln manata çatıb. Xərclərin artmasına baxmayaraq, gəlir artımı bunu kompensasiya edib və nəticədə vergidən əvvəl mənfəət 13,4% artaraq 417,9 mln manat olub.

Bankın cəmi aktivləri il ərzində faktiki olaraq dəyişməyərək 13,63 mlrd. manat səviyyəsində qalıb. Bununla belə, aktivlərin tərkibində mühüm dəyişiklik baş verib.

ABB-nin nağd pul vəsaitləri və ekvivalentləri 658 mln. manat və ya 20,8% azalaraq 2,50 mlrd. manata enib. Bu, bankın likvid vəsaitlərinin bir hissəsinin daha gəlirli istiqamətlərə yönəldildiyini göstərir. Paralel olaraq müştərilərə verilmiş kreditlər (xalis) 651 mln. manat və ya 11,1% artaraq 6,52 mlrd. manata çatıb. Kredit portfelində artımın drayveri biznes kreditləri (+14%) və istehlak kreditləri (+10,3%) olub.

Bu, bankın real sektor və əhali ilə kredit münasibətlərini aktivləşdirdiyini göstərir. Risklər baxımından mühüm məqam ondan ibarətdir ki, kreditlər üzrə mümkün zərərlər üçün məqsədli ehtiyatlar 486,7 mln manatdan 564,9 mln manata yüksəlib. Bu artım kredit portfelinin böyüməsi fonunda risklərin daha konservativ qiymətləndirildiyini göstərir.

Bankın cəmi öhdəlikləri isə 1,35% azalaraq 11,42 mlrd manata düşüb. Fiziki şəxslərin depozitləri 23,8% artaraq 3,40 mlrd manata yüksəlsə də, hüquqi şəxsləri üzrə depozit portfeli 12,5% azalaraq 5,49 mlrd manata enib.

Bu, depozit bazasında əhali vəsaitlərinin payının artdığını, korporativ vəsaitlərin isə qismən azaldığını göstərir. Bundan əlavə, Mərkəzi bank və dövlət fondları qarşısında öhdəliklərin 53%-dən çox azalması bankın dövlət mənbələrindən asılılığının azaldığını göstərir.

Müsbət məqamlardan biri də kapitalın möhkəmlənməsidir. Cəmi kapital 7,5% artaraq 2,20 mlrd manata çatıb.

Ümumilikdə, balans göstəriciləri bankın daha çox kreditləşməyə yönəldiyini, likvidlik ehtiyatlarını azaltdığını, lakin kapital mövqeyini gücləndirdiyini göstərir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:225
embedMənbə:https://apa.az
archiveBu xəbər 14 Yanvar 2026 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see282

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see264

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see262

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see248

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see247

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see241

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see241

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see240

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see237

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see231

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see226

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see225

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see213

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see211

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see208

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see208

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see202

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see201

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see195

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün

29 Noyabr 2026 04:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri